Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar


Müqavimətin xarakter qiymətlərinin təyini



Yüklə 9,76 Mb.
səhifə12/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

3.1.1. Müqavimətin xarakter qiymətlərinin təyini.
Quyu YKZ əyrisini qurmaq üçün müqavimətin xarakter qiymətləri (optimal, orta və ekstremal qiymətlər) təyin edilir. Boyük qalınlığa malik laylar üçün qəbul edilir. Müqavimətin xarakter qiymətlərini təyin edərkən quyu şəraitinin və layın qalınlığının təsirini nəzərə almaq lazımdır.
1. ρlay > ρətr və h / dq >16-25 olduqda əyrilər üzərində xüsusi müqavimətin optimal (ρopt) qiyməti götürülür. Bu halda ρopt -ın qiyməti əyri üzərində və lay qarşısında h-AO (lay qalınlığı və zond uzunluğunun fərqi) nöqtədə götürülür. Zond tavan qradiyent zondu olduqda layın dabanından yuxarı, zond uzunluğuna bərabər olan ekran zonası çıxılır, daban qradiyent zondu olduqda isə layın tavan hissəsindən aşağı ekran zonası çıxılır (şək. 3.2).
2. Layın xüsusi müqaviməti (ρlay) ətraf süxurların xüsusi müqavimətindən (ρətr) az fərqləndikdə və h/dq > 16÷25 olduqda fərz olunan xüsusi müqavimətin orta qiyməti (ρort) götürülür.


Şəkil 3.2 , 3.3
3. h <16dq (3÷5 m) olan halda isə müqavimətin ekstremal qiymətlərindən: əgər ρlay >ρətr olarsa ρfxm , ρlay<ρətr olduqda isə qiymətlərindən istifadə etmək tövsiyə olunur.


3.2 Nəzəri YKZ paletkaları
Müəyyən nişanələrə görə qruplaşdırılmış və sonsuz qalınlıqlı laylar üçün qurulmuş ρfxmməh-un AO/dq-dən asılılığını ifadə edən nəzəri əyrilər YKZ paletkası adlanır. YKZ əyriləri iki və üçtəbəqəli olur.
3.2.1. İkitəbəqəli YKZ əyriləri
Bu əyrilər qazıma məhlulunun laya hopmayan halı üçün hesablanıb. Bu halda iki variant mümkün ola bilər:
a) qazıma məhlulunun xüsusi müqaviməti layın xüsusi müqavimətindən kiçikdir (ρməh< ρlay)
b) qazıma məhlulunun xüsusi müqaviməti layın xüsusi müqavimətindən böyükdür (ρməh> ρlay)
YKZ-nin ikitəbəqəli nəzəri əyriləri ρməhlay halı üçün YKZ–1A paletkasında (şək.3.3) ρməh> ρlay halı üçün isə YKZ-1B paletkasında qruplaşdırılır.
Paletkada təsvir olunan «A» əyrisi YKZ əyriləri ilə onların sağ asimptotlarının kəsişmə nöqtəsinin həndəsi yerini səciyyələndirir.
İkitəbəqəli YKZ əyrisi bir nisbi parametrlə: ρlay /ρməh işarə olunur ki, bu YKZ əyrisinin modulu adlanır və əyrinin şifrini göstərir.

Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə