Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar


Süxurların elektrik xüsusiyyətləti və Elekrtik karotajı (EK). Standart elektrik karotajı , Fərz olunan xüsusi müqavimət üsulu Quyu potensialı üsulu



Yüklə 9,76 Mb.
səhifə7/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

Mühazirə 2.
Süxurların elektrik xüsusiyyətləti və Elekrtik karotajı (EK). Standart elektrik karotajı , Fərz olunan xüsusi müqavimət üsulu Quyu potensialı üsulu


MÜHAZİRƏNİN PLANI

  1. Süxurların elektrik xüsusiyyətləti və Elekrtik karotajı (EK).

  2. Standart elektrik karotajı

  3. Fərz olunan xüsusi müqavimət üsulu

  4. Quyu potensialı üsulu

Süxurların xüsusi elektrik müqaviməti (ölçü vahidi omm, tərəfləri 1m bərabər olan kub şəkilli süxurun müqavimətidir) süxurun elektrik müqavimətindən, quruluşundan (skelet və məsamə boşluğundan, laylanma istiqamətindən və ayrı-ayrı fazaların mühitdə tutduğu həcmlərin nisbətindən, fazalar arası sərhədlərdə yaranan fərqli mühitdən (keçid zonası), temperatur, quyu diametri və təzyiqdən asılıdır.
Süxurlarən bərk fazası müxtəlif minerallardan təşkil olunmuşdur. Mineralların xüsusi müqavimətinə görə keçirici (10-8-10-4 omm), yarımkeçirici (10-4-108 omm) və dielektrik xüsusiyyətinə malik olurlar. Süxur əmələgətirən minerallar dielektrik növünə aid edilir.
Süxurlar ayrı-ayrı bərk mineral dənəciklərin kombina­siyalı yığımından və bu yığımların aralarındakı boşluqları dolduran lay flüidindən ibarətdir. Mineralların xüsusi müqavi­məti mində bir Omm-dən milyonlarla Omm-dək dəyişilir. V.N. Daxnov xüsusi müqavimətin qiymətinə görə mineralları yeddi sinifə ayırır: İfrat kiçik ( <10-6 -Qızıl, platin,gümüş); Çox kiçik (10-6-10-2- Qrafit, pirit, xalkopirit, kobalt, nikel); Kiçik (10-2-102 -Maqnetit, ilmenit, markazit və s); Orta (102-106- Boksit, hematit, dəmir, slüdə, montomorillonit, xromit və s); Yüksək (106-1010 - Anhidrid, monasit); Çox yüksək (1010-1014 -Kalsit, kvars, kükürd, çöl şpatı və s.); İfrat yüksək (>1014- Halit, silvin, neft)
Mineralların xüsusi müqavimətinin geniş hüdudda dəyişməsi əlverişli amil kimi elektrik üsulları ilə süxurların tədqiqinə imkan verir. Nəzərə almaq lazımdır ki, neft və qaz yataqlarının əksəriyyəti çökmə süxurlarda formalaşır. Bununla yanaşı çökmə süxurlardan: gillərin, qumların, qum daşlarının, alevrolitlərin, qravelitlərin, əhəngdaşlarının, dolomitlərin xüsusi müqavimətləri 10-1-dən 104 Omm-dək dəyişir ki, bu göstərici süxurtörədən mineralların dənəcik­lərinin xüsusi müqavimətindən bir neçə dəfə kiçikdir. Belə bir fərq süxurun ikinci komponenti olan lay flüidinin təsirindən yaranır. Süxurların məsamələri adətən lay suları ilə doymuş olur.
Elektrik karotajı ilə tədqiqat zamanı quyuya elektrodlardan ibarət zondlar buraxılı:



Şək. a-bir qütbülü, çevrilmiş potensial zond; b-bir qütbülü daban qradient zond; c-iki qütbulu çevrilmiş potensial zond

Cərəyan elektrodlarına cərəyan verildikdə onun ətrafında elektrik sahəsi yaranır və elekrtik sahəsinin cəryan xətləri mühitə daxil olur.



Şək. 1- elekrtik sahəsi (dairələr); 2-cərəyan xətti (qırıq xətlər)

M və N ölçü elektrodunda potencial yaradır ( ). Ölçü zamanı bu elektrodlar arasındakı potensiallar fərqi ( ) qeyd edilir ki, bu qiymət elektrodlar arasındakı süxurun xüsusi müqavimərinə mütəhasibdir.


Fərz olunan xüsusi müqavimə (F.x.m) üsulu dərinlikdən asılı olaraq kəsiliş üzrə suxurların fərz olunan xüsusi müqavimətin dəyişməsinin öyrənilməsinə əsaslanır. Dərinlikdən asılı olaraq suxurların f.x.m-nin dəyişməsini əks etdirən əyriyə fərz olunan xüsusi müqavimət əyrisi deyilir. Bu üsulun mahiyəti belədir. Quyuya 3 elektroddan ibarət zond qradiyent və ya potensial zond salınır. Cərəyan mənbəyindən A elektroduna cərəyan verilir və mühitdə elektrik sahəsi yaradılır. Bu elektrik sahəsi paylanaraq süxura daxil olur. Nəticədə M və N ölçü elektrodları arasındakı potensiallar fərqi ölçülərək layların xüsusi müqavimət təyin olunur.
Burada A və B cərəyan elektrodu (qidalandırıcı elektrod) M və N ölçü elektrodlarıdır. Biz A və B cərəyan elekronlarının yaratdığı elektrik sahəsində M nöqtəsindəki potensialının aşağıdakı şəkildə yaza bilərik.
(2)
Uyğun olaraq A və B elektrodların N nöqtəsindəki poitensialların aşağıdakı şəkildə yaza bilərik:
(3)
A və B elektrodlarının M və N ölçü elektrodlarından potensiallar fərqini aşağıdakı şəkildə yaza bilərik:
(4)
Nəzərə alsaq ki, B elektrodu yer səthində basdırılıb və onun təsiri sıfıra bərabərdir və Biz burada nu tapsaq. Onda (4) düsturunu aşağıdakı kimi yazarıq.
(5)
Sonuncu ifadəni k ilə işarə etsək, fərz olunan xüsusi müqaviməti aşağıdakı düsturla ifadə edərik.
(6)
Burada -fərz olunan xüsusi müqavimət, -zond əmsalıdır, potensiallar fərqi, cərəyan şiddətidir.
.(7)
(7) düsturundanda göründüyü kimi -fərz olunan xüsusi müqavimət parametrinin vahidi Om.m-dir.
Bu düstur bir cinsli izotrop mühitlər üçün doğrudur. Alınan müqavimət əyrisinə bir sıra amillər təsir göstərir ki, quyu şəraiti ətraf layların qalınlığı lay qalınlığı ilə zond uzunluqlarının müsbət təsiri və s. məhz buna görədə alınan müqavimət əyrisinə fərz olunan xüsusi müqavimət əyrisi deyilir və f.x.m şəklində yazılır



-fərz olunan xüsusi müqavimət əyrisi bərk suxurlar qarşısında maksimum anomaliya ilə, gilli-qumlu laylar qarşısında azalma isdiqamətində orta göstərici ilə, qumlu-gilli laylar qarşısında artma isdiqamətində orta göstərici ilə, gilli-laylar qarşısında isə minimum göstərici ilə səciyyələnir.



Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə