Mühazirə Kursun məqsədi. Quyuda tədqiqat. Ölçü şərtləri. Elektrik karotajında istifadə edilən zondlar


Karotaj zondları, onun növünün və əmsalının təyİnİ



Yüklə 9,76 Mb.
səhifə5/42
tarix18.04.2023
ölçüsü9,76 Mb.
#106092
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathQiyabi Mühazir konspektl ri

Karotaj zondları, onun növünün və əmsalının təyİnİ
Quyularda elektrik karotaj işləri zamanı zond adlanan qurğudan istifadə olunur. 4 elektroddan ibarət olan qurğuya zond deyilir Bu qurğuya (zonda) iki cərəyan elektrodu (A və B) və iki ölçü elektrodu (M və N) daxildir.
Cərəyan elektrodları (A və B) vasitəsi ilə quyuda süni elektrik sahəsi yaradılır və ölçü elektrodları vasitəsilə bu sahədə ya potensiallar, ya da potensiallar qradiyenti ölçülür. Məhz buna görə də karotaj zondları iki qrupa ayrılır:

  1. qradiyent zondlar

  2. potensial zondlar

qradiyent və potensial zondları qurğuda yerləşən cüt elektrodlar arasındakı məsafəyə görə ayırd etmək olur.
Əgər qurğuda eyni təyinatlı elektrodlardan hər ikisi (ya 2 cərəyan ya da 2 ölçü elektrodu) iştirak edərsə, bu elektrodlar cüt elektrodlar, digər elektrod isə tək elektrod adlanır.
Qradiyent zondlar: cüt elektrodlar arasında məsafə tək elektroddan ona yaxın olan cüt elektoda qədər olan məsafədən bir neçə dəfə kiçik olarsa, belə zondlara qradiyent zondlar deyilir.
Qurğudakı cərəyan elektrodlarının sayından asılı olaraq qradiyent zondlar bir qutblü və iki qütblü olurlar.
Əgər qurğuda 1 cərəyan elektrodu iştirak edərsə zond 1 qütblü, 2 cərəyan elektrodu iştirak edərsə zond 2 qütblü qradiyent zond adlanır.
Cüt elektrodların tək elektroda nəzərən yuxarıda və aşağıda yerləşməsindən asılı olaraq qradiyent zondlar tavan və daban qradiyent zondlara ayrılırlar.
Əgər cüt elektrodlar tək elektroda nəzərən aşağıda yerləşərsə, belə qradiyent zonda daban qradiyent zondu deyilir. daban qradiyent zondla bircinsli və yüksək müqavimətli lay şəraitində ölçülmüş əyrisinin maksimumu layın dabanında, minimumu isə layın tavanında alınır.
Əgər cüt elektrodlar tək elektroda nəzərən yuxarıda yerləşərsə, belə zondlara tavan qradiyent zondlar deyilir. Bu zondlarla alınmış əyrisinin maksimumu layın tavanında, minimumu isə layın dabanında alınır.
Şəkil 1-də qradiyent zondun növləri verilmlşdir.

  1. 1 qütblü tavan qradiyent zondu.

  2. 1 qütblü daban qradiyent zondu.

  3. 2 qütblü daban qradiyent zondu

  4. 2 qütblü tavan qradiyent zondu.




●B

●M

●A

●N



●O

●O



●M



●A



●A

●M




●O

●O


●M

●B

●N

●A


1 2 3 4
Şəkil 1. qradiyent zondun növləri.
Qradiyent zondlar əsas 3 parametrlə xarakterizə olunurlar.

  1. Xəyali ölçü nöqtəsi-cüt elektrodlar arasındakı məsafənin tən ortasında yerləşir və O hərfi ilə işarə olunur.

  2. zond uzunluğu- xəyali ölçü nöqtəsindən tək elektroda qədər olan məsafəyə deyilir və ilə işarə olunur. - (1 qütblü qradiyent zond üçün)

(2 qütblü qradiyent zond üçün)

  1. zond əmsalı- 1 qütblü və 2 qütblü qradiyent zondlar üçün zond əmsalı uyğun olaraq aşağıdakı kimi ifadə olunur.

1 qütblü qradiyent zondların zond əmsalı

2 qütblü qradiyent zondların zond əmsalı
-dir
Zond əmsalının ölçü vahidi «metr»-dir

Yüklə 9,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə