Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə55/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
165 
mukoepidermoid şişlər radiohəssaslığı ilə fərqlənir. Mukopidermoid karsinoma 
kəsikdə makroskopik olaraq irinlə dolmuş boşluqlardan əmələ gəlmiş ağımtıl-
boz rəngli homogen toxumadan ibarət olur. 
Asinozhüceyrəli karsinoma 1,5-2% hallarda, ancaq qadınlarda və qu-
laqətrafı  ağız suyu vəzisində rast gəlinir. Kliniki olaraq xoşxassəli  şişi xatır-
ladır, lakin mikroskopik müayinədə infiltrativ böyümə  əlamətləri aşkar edilir. 
Kliniki müşahidələr və müasir morfoloji tədqiqatların nəticələri göstərir ki, asi-
nozhüceyrəli karsinoma infiltrativ böyüməyə, residiv və metastazverməyə me-
yilliyi ilə xarakterizə olunan bədxassəli şişdir. 
Adenosistoz karsinoma (silindroma) ağız suyu vəzilərinin şişlərinin 9-
13%-ni təşkil edir. Adenosistoz karsinoma daha çox (50-60% hallarda) kiçik 
ağız suyu vəzilərində rast gəlinir, kişi və qadınlarda təxminən eyni tezlikdə 
təsadüf edir. Adenosistoz karsinomanın kliniki gedişi xəstələrin bir qrupunda 
pleomofr adenomanı xatırladır, digərlərində isə  ağrılarla, mimik əzələlərin 
parezi ilə müşaiyət edilir, bərk səthli və məhdud hərəkətli olur. Bu xüsusiyyət-
ləri, həmçinin lokalizasiyasının müxtəlifliyi (böyük ağız suyu vəziləri, ağız 
boşluğunun və yuxarı tənəffüs yollarının kiçik ağız suyu vəziləri) adenosistoz 
karsinomanın rəngarəng kliniki gedişə malik olmasına dəlalət edir. Demək olar 
ki, hər bir xəstədə adenosistoz karsinoma özünəməxsus kliniki şəklə malik 
olur. Xərçəngin bu forması üçün ilfiltrativ və perinevral böyümə xarakterikdir. 
Adenosistoz karsinoma zamanı regionar limfa düyünlərində metastazlar 5-10% 
hallarda müşahidə olunur. Bu şişlər üçün hematogen metastazvermə daha 
xarakterik olub xəstələrin 45-50%-də rast gəlinir. Metastazlar əksər hallarda ağ 
ciyərlər və sümüklərdə inkişaf edir. Bu qrup şişlər həmçinin residiv verməyə 
meyillidirlər. Adenosistoz karsinoma kəsikdə sarkomadan az fərqlənir, az 
hallarda isə  şiş toxumasının bəzi nahiyyələrində onun cüzi nəzərə çarpan 
paycıqlı quruluşu ayırd edilir. 
Karsinomaların digər növləri (yastıhüceyrəli xərçəng, adenokarsinoma 
və diferensiasiya olunmayan xərçəng) ağız suyu vəzisi şişlərinin 12-15%-ni 
təşkil edirlər. Bu şişlər əksərən böyük ağız suyu vəzilərində müşahidə olunur. 
Şişin inkişaf tempi sürətli olduğundan xəstələr həkimə nisbətən tez müraciət 
edirlər.  Şiş  bərk, ağrısız, qeyri-dəqiq konturlu olur. Xəstəliyin başlanğıcında, 
əsasən, səthi lokalizasiyalarda şiş  hərəkətli ola bilər. Lakin ətraf toxumaların 
infiltrasiyası nəticəsində şiş tədricən hərəkətliliyini itirir, ağrı əmələ gəlir və o, 
irradiasiyaedici xarakter alır.  Şişin dəriyə sirayəti nəticəsində sonuncu qırmı-
zımtıl rəng alır, üz sinirinin parezi əlamətləri meydana çıxır. Gecikmiş  mər-
hələlərdə şiş ətraf əzələ və sümük toxumalarına və beyin əsasına yayılır. Çey-
nəmə  əzələlərinin prosesə  cəlb olunması  nəticəsində kontraktura əmələ  gəlir. 
Xəstələrin 40-50%-də regionar limfa düyünlərində metastazlar aşkar edilir. 
Bəzən metastatik limfa düyünləri birincili şişə nisbətən daha sürətlə böyüyür. 
Hematogen metastazlar adenosistoz karsinomaya nisbətən az təsadüf edir, 
əsasən, ağ ciyərlər və sümüklərdə rast gəlinir. Kəsikdə makroskopik olaraq ho-


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
166 
mogen və ya heterogen olub, çoxsaylı kiçik və ya iri solitar sistlərdən ibarət 
olur, şiş ilə ətraf toxumanın sərhədi seçilmir. 
Pleomorf adenomada xərçəng qarışıq  şişin maliqnizasiyasının nəticəsi 
olub, bədxassələşmə tezliyi 4-20% təşkil edir. Pleomorf adenoma nə  qədər 
uzun müddət mövcud olarsa, onun maliqnizasiya ehtimalı bir o qədər çox olur. 
Orta hesabla bu dövr 10-12 il təşkil edir. Nəzərə alınsa ki, uzun müddət möv-
cud olan pleomorf adenoma böyük ölçülərə malik olur, onun maliqniza-
siyasından sonra başlayan infiltrativ böyümə  nəticəsində  şiş tez bir zamanda 
qeyri-rezektabel vəziyyətə düşür. 
Kiçik ağız suyu vəzilərinin bədxassəli şişlərinin kliniki gedişi rəngarəng 
olub ilk növbədə  şişin lokalizasiyasından (sərt və yumşaq damaq, yanaq, dil, 
əng cibi, burun boşluğu) asılıdır [şəkil 6.5]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6.6. Diaqnostika 
 
Ağız suyu vəzilərinin  şişlərinin diaqnostikası müəyyən çətinliklərlə 
bağlıdır.  Ədəbiyyat məlumatlarına görə diaqnostik səhvlərin tezliyi 20-50% 
təşkil edir. Ağız suyu vəziləri  şişlərində müalicəyə  qədərki morfoloji diaq-
nostika çox vacibdir, çünki müalicə taktikasının seçilməsi bilavasitə şiş törəmə-
sinin növündən asılıdır. Ağız suyu vəzisi şişlərinin diaqnostikasının əsas prob-
lemi prosesin bədxassəliliyi məsələsinin həll edilməsidir. Operasiyaönü mər-
hələdə şişin xoş və ya bədxassəli olmasını müəyyən edən ən dürüst diaqnostika 
üsulu histoloji müayinədir, lakin bu müayinənin nəticəsini ancaq şişin 
çıxarılmasından və ya əməliyyat vaxtı aparılan təcili mikroskopik müayinədən 
sonra əldə etmək olur. 
Ağız suyu vəzilərinin  şişlərinin diaqnostikasında aşağıdaki müayinə 
metodlarından istifadə edilir: 
•  Kliniki müayinə 
Şəkil 6.5. Sərt damağın kicik 
agız suyu vəzisinin xərçəngi


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
167 
•  Sitoloji müayinə 
•  Sialoqrafiya 
•  USM 
•  KT 
•  MRT 
•  İmmunohistokimyəvi diaqnostika 
Kliniki müayinəyə xəstənin şikayəti, xəstəliyin tarixi, baxış və palpasiya 
aid edilir. 
Xəstəliyin erkən dövründə  xəstələrin  əsas  şikayəti  qulaqətrafı, qulaqar-
xası, qulaqaltı və çənəaltı nahiyələrdə şiş düyünündən olur. Şiş kiçik ağız suyu 
vəzilərində (əksərən, ağız suyu boşluğunda) yerləşdikdə xəstələr ağrısız bərk-
likdən şikayət edirlər. Şiş prosesinin sonraki inkişaf mərhələsində müxtəlif xa-
rakterli ağrılar əmələ gəlir.Yayılmış şiş prosesində üz sinirinin parezi və ya if-
lici əlamətləri meydana çıxır. 
Baxış və palpasiya şişin konsistensiyası, ölçüləri və hərəkətliliyi, sərhəd-
lərinin dəqiqliyi, ətraf orqan və toxumalara münasibəti, üz sinirinin və mimiki 
əzələlərin vəziyyəti haqqında məlumatlar  əldə etməyə imkan verir. Palpasiya 
zamanı  həmçinin  şişin yerləşmə  dərinliyi, regionar limfa düyünlərinin vəziy-
yəti haqqında da məlumat əldə edilir. Xəstəliyin anamnez müddəti şişin xarak-
terinə dəlalət edir. Belə ki, xoşxassəli şişlər üçün anamnezin müddəti bir neçə 
ildən bir neçə on ilə qədər, bədxassəli şişlərdə isə bir neçə aydan bir ilə qədər 
olur. 
Ağız suyu vəzilərinin  şişlərinin diaqnostikasında aparıcı metod şişdən 
götürülən punktatın sitoloji müayinəsidir. İri müalicə mərkəzlərində ağız suyu 
vəzilərinin sistoloji diaqnostikası  əhəmiyyətli dərəcədə bu müayinəni aparan 
mütəxəssisin təcrübəsindən asılıdır. Sistoloji müayinə üçün alınan punktatın 
informativliyi onun şişlə  zədələnmiş orqanın bir neçə yerindən götürüldüyü 
təqdirdə xeyli artır. Punksiyanın USM nəzarəti altında aparılmasının üstünlüyü 
şişin trayektoriyasına vizual nəzarət nəticəsində iynənin əsas damar strukturla-
rını zədələmədən şiş törəməsinə daxil olmasıdır. Sitoloji müayinə 80%-dən çox 
hallarda  şiş  və qeyri-şiş proseslərini, xoş  və  bədxassəli  şişləri diferensiasiya 
etməyə imkan verir və onun nəticələri 85% hallarda əməliyyatdan sonrakı 
histoloji diaqnozla uzlaşır [şəkil 6.6-6.8]. 
Sialoqrafiya ağız suyu axacaqlarının kontrast rengtenoqrafiyası olub şi-
şin lokalizasiyası və xarakterini müəyyən etmək üçün istifadə olunur. Sialoqra-
fiya zamanı axacaqların və vəzin parenximasinin vəziyyəti haqqında məlumat 
əldə edilir. Xoşxassəli şişlərdə axacaqların strukturu dəyişilmir, onlar şiş tərə-
findən sıxılırlar. Şiş törəməsi rentgenoqrammada axacaqların və vəzin toxuma-
sının dolma defekti şəklində görünür. Bədxassəli  şişlər zamanı isə  dolma      
defekti  vəzin  axacaqlarının  və toxumasının şişlə dağılmasının nəticəsi  olaraq 
əmələ   gəlir  [şəkil 6.9].   Son  illər  ağız  suyu  vəzilərinin   diaqnostikasında  


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə