BAŞ-BOYUN ŞİŞLƏRİ
162
T
2
T
3
T
4a
N
2
N
2
N
2
M
0
M
0
M
0
IV
B
mərhələ
T
4b
istənilən T
istənilən N
N
3
M
0
M
0
IV
C
mərhələ
istənilən T
istənilən N
M
1
Kiçik ağız suyu vəziləri üçün onların yerləşdikləri orqanların (ağız boş-
luğu,
burun boşluğu və onun cibləri, udlaq, qırtlaq) bədxassəli şişlərinin TNM
təsnifatından istifadə edilir.
6.5. Klinika
Ağız suyu vəziləri şişlərinin kliniki gedişi şişin xarakterindən, onun his-
toloji
quruluşundan, lokalizasiyasından, prosesin yayılma dərəcəsindən asılıdır.
Qulaqətrafı ağız suyu vəziləri şişlərinin 75%-i xoş xassəli, 25%-i isə
bədxassəli olur. Şişin əmələ gəldiyi ağız suyu vəzisinin ölçüləri (həcmi)
kiçildikcə onun bədxassəli olması riski artıq olur. Belə ki, çənəaltı ağız suyu
vəzilərinin şişlərinin 50%-i, kiçik ağız suyu vəzilərinin şişlərinin isə 80%-ə
qədəri bədxassəli olur.
Xoşxassəli şişlər, adətən, 1,5-2 sm ölçüyə çatandan sonra müəyyən
edilirlər. Bu şişlər üçün ağrısız və ləng böyümə xarakterikdir. Bəzən şiş on illər
ərzində böyüyüb iri ölçülərə çatır.
Pleоmorf adenoma (qarışıq şiş) ağız suyu vəzilərinin xoşxassəli şişləri-
nin 80-90%-ni təşkil edir və əksərən qulaqətrafı ağız
suyu vəzilərində rast gə-
linir. Bu şişlər hərəkətli və ya məhdud hərəkətli, hamar və ya kələ-kötür səthli,
bərk və ya bərk-elastik konsistensiyalı olurlar. Şiş üzərindəki dəri dəyişilmir və
sərbəst olaraq büküşə yığılır. Şiş bəzən böyük ölçülərə çatdıqda belə üz siniri
prosesə cəlb olunmur. Əksər hallarda xəstələr həkimə vaxtında
müraciət etmir-
lər. Onları buna ağrı və digər hissiyyatlar, həmçinin şişin böyümə sürətinin art-
ması vadar edir [şəkil 6.1-6.3].
Plemorf adenomalar aşağıdakı xüsusiyyətlərə malikdirlər:
− multisentrik böyümə. Ədəbiyyat məlumatlarına görə bu böyümə tipi
xəstələrn 40-50%-də rast gəlinir və kliniki olaraq özünü birincili –
çoxlu şiş formasında göstərir
− plemorf adenomanın kapsulu şiş düyününü
tam örtmür və kapsulun
olmadığı nahiyələrdə şiş toxuması bilavasitə vəzin parenximasına
daxil olur.
− maliqnizasiya (bədxassələşmə) xüsusiyyəti. Pleomorf adenomanın
maliqnizasiya tezliyi 5-10% təşkil edir. Maliqnizasiyanın tipik əla-
məti üz sinirinin parezidir.
Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ
163
Adenolimfoma və ya Uortin şişi (Warthins tumor) ağız suyu vəzilə-
rinin xoşxassəli şişləri arasında plemorf adenomadan sonra ən çox təsadüf edib
rastgəlmə tezliyi 4-5% təşkil edir. Adətən, 40 yaşından yuxarı kişilərdə rast
gəlinir və 10%-ə qədər hallarda iki tərəfli olur. Ədəbiyyat məlumatlarında bu
şişlərin inkişafında genetik amillərin,
autoimmun mexanizmlərin, siqaretçək-
mənin, Epşiteyn-Barr virusunun rolu qeyd edilir. Adenolimfoma, adətən, qu-
laqətrafı ağız suyu vəzisində, qulaq sırğalığının altında, bir qayda olaraq vəzin
parenximasinin dərinliyində əmələ gəlir. Baxış və palpasiya zamanı əllənən
yumşaq konsistensiyalı şişin
fonunda sifətin şişkinliyi, pastozluq və ya piylən-
mə müşahidə olunur. Ağız suyu vəzilərinin digər xoşxassəli şişlərinin rast-
gəlmə tezliyi ümumilikdə 3-4% təşkil edir və adətən 40 yaşından yuxarı qa-
dınlarda rast gəlinir.
Ağız suyu vəzilərinin
bədxassəli şişlərinin xarakterik əlamətlərinə şişin
sürətlə böyüməsi, ağrı, üz sinirinin zədələnməsi əlamətləri (parez və ya iflic)
dilin hissiyatının azalması, dil əzələlərinin atrofiyası, boyun limfa düyünlərinə
Şəkil 6.1. Sol qulaqətrafı ağız
suyu vəzisinin adenoması
Şəkil 6.2. Sol çənəaltı ağız
suyu vəzisinin adenoması
BAŞ-BOYUN ŞİŞLƏRİ
164
metastazlar aid edilir [şəkil 6.4]. ABŞ-nın M.D.Anderson
onkoloji mərkəzinin
məlumatına görə qulaqətrafı ağız suyu vəzisinin bədxassəli şişi olan xəstələrin
14%-də boyun limfa düyünlərinin metastatik zədələnməsi, 10%-də uzun
paresteziyası, 5%-də ağrı, 5%-də mimik əzələlərin parezi müşahidə olunur.
Mukoepidermoid karsinoma ağız suyu vəzilərinin bütün şişlərinin 10-
15%-ni təşkil edir, daha çox 40-60 yaşlı qadınlarda rast gəlinir. Əksər hallarda
qulaqətrafı ağız suyu vəzisində əmələ gəlir. Kliniki
gedişinə görə pleomorf
adenomanı xatırladır. Onu plemorf adenomadan fərqləndirən əsas əlamətlər
şişin hərəkətliliyiinin məhdudluğu, üzərindəki dərinin ödemli infiltrasiyası,
şişin dəqiq konturunun olmaması və ağrılı olmasıdır. Mukoepdermod
karsinomanın kliniki gedişi, əsasən, şişin diferensiasiya dərəcəsindən asılı olur.
Yüksək və orta diferensiasiyalı şişlər daha çox rast gəlinir və uzun müddətli
kliniki gedişə malik olurlar. Şiş prosesinin bədxassəli gedişi xəstələrin 30%-ə
qədərində müşahidə olunur. Regionar metastazların rastgəlmə tezliyi 25%
təşkil edib istənilən diferensiasiyalı şişlərdə rast gəlinir. Aşağı diferensiasiyalı
Şəkil 6.3. Sağ çənəalti ağız
suyu vəzisinin adenoması
Şəkil 6.4. Sağ qulaqətrafı ağız
suyu vəzisinin xərçəngi