Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə56/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
168 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6.6. Pleomorf adenoma. 
Sitologiya 
Şəkil 6.7. Mukoepidermoid 
şiş. Sitologiya
Şəkil 6.8. Asinozhücəyrəli 
xərçəng. Sitologiya 


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
169 
 sialoqrafiyadan  nisbətən az istifadə olunur Sialoqrafiya kompüter tomoqra-
fiyası ilə kombinasiya olunduqda müayinənin diaqnostika imkanları daha da 
genişlənir. 
Ağız suyu vəzilərinin həm birincili şişlərinin, həm də regionar metastaz-
larının diaqnostikasında USM böyük rolu vardır. USM vəzin və şişin struktu-
runu vizualizasiya etməyə, şişin ölçülərini, lokalizasiyasını (səthi və dərin for-
malarını) müəyyənləşdirməyə imkan verir. USM kiçik ağız suyu vəziləri  şiş-
lərində, proses dilin kökündə yerləşdikdə müəyyən diaqnostik əhəmiyyət da-
şıyır. USM palpasiya olunmayan limfa düyünlərində «gizli» regionar metas-
tazların aşkar edilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu müayinə metodu 
vasitəsi ilə 5-6 mm ölçüdə olan limfa düyünlərini də aşkar etmək mümkündür. 
USM ilə  əlaqədar çətinliklər,  əsasən, çənəarxası nahiyənin müayinəsi zamanı 
müşahidə olunur. Belə ki, çənə sümüyünün şaxəsi və məməyəbənzər çıxıntı ul-
trasəs dalğalarını buraxmır, nəticədə isə çənəarxası çüxurun və beyin əsasının 
altındakı sahənin dəqiq vizualizasiyasına imkan vermir. Rəngli doppler sonoq-
rafiyadan istifadə ağız suyu vəzilərində olan şişin xarakterini daha dəqiq mü-
əyyən etməyə imkan verir. 
Şişin topoqrafiyası, ölçüləri və yayılma dərəcəsi haqqında ən dəqiq məlu-
matı KT və MRT verir [şəkil 6.10-6.12]. 
Bu müayinə metodlarından istifadəyə göstərişlər aşağıdakılardır. 
−  böyük ölçülü şişlərdə törəmənin  ətraf strukturlara – beyni əsasına, 
çənə  və  əng sümüklərinə, məməyəbənzər çıxıntıya, magistral da-
marlara münasibətini öyrənmək və onun rezektabellilik dərəcəsini 
müəyyən etmək üçün 
−  boyun limfa düyünlərinin vəziyyətini, regionar metastazlar olduğu 
təqdirdə onun yayılma dərəcəsinin öyrənilməsi üçün 
−  qulaqətrafı ağız suyu vəzisinin udlaq çıxıntısının şiş zədələnməsinin 
müəyyən edilməsi üçün 
−  şişin residivləri zamanı 
Qeyd etmək lazımdır ki, ağız suyu vəziləri şişlərinin diaqnostikasında KT 
beyin əsasının prosesə cəlb olunmasının, MRT isə prosesin yumşaq toxumalara 
və üz sinirinə yayılmasının qiymətləndirilməsi üçün daha informativdir. 
Son illər ağız suyu vəzilərinin şişlərinin həm immunohistokimyəvi diaq-
nostikasına, həm də xəstəliyin gedişinə və proqnozuna təsir edən markerlərin 
təyin edilməsinə böyük əhəmiyyət verilir. Müəyyən edilmişdir ki, ağız suyu və-
zilərinin bədxassəli şişləri zamanı immunohistokimyəvi tədqiqat yolu ilə Ki-67 
və p53 markerlərinin ekspressiya səviyyəsinin müəyyən edilməsi vacibdir. 
Belə ki, bu şiş markerlərinin ekspressiyasının yüksək səviyyəsi xəstəliyin aq-
ressiv gedişinə, pis proqnozuna dəlalət edir və  ağız suyu vəzilərinin xoş  və 
bədxassəli şişlərinin diferensial diaqnostikası üçün meyar ola bilər. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
170 
 
 
 
 
 
 
 
Şəkil 6.10. Qulaqətrafı ağız suyu vəzisinin para-
faringeal şişi. Kompüter tomografiya  
(Weber K., 2010) 
Şəkil 6.9. Qulaqətrafı ağız suyu vəzisinin  
a - adenoması, b – xərçəngi. Sialogramma 
(Parec A., 2009) 

b


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
171 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6.11. Sol çənəaltı ağız suyu vəzisinin 
xərçəngi. Kompüter tomografiya 
Şəkil 6.12. Haymor bosluğunun kicik ağız suyu vəzisinn 
xərçəngi. Kompüter tomografiya 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
172 
 
6.7. Müalicə 
 
Ağız suyu vəzilərinin xoşxassəli şişlərinin müalicəsinin əsas prinsipi şi-
şin kapsulu ilə birgə tam çıxarılmasıdır.  Şiş qulaqətrafı  ağız suyu vəzisində 
lokalizasiya olunduqda vəzi toxuması yarılır və  şiş ehtiyatla onun kapsulu 
zədələnmədən çıxarılır. Bu tip əməliyyatlar «enukleasiya» adlanır. 
Qulaqətrafı  ağız suyu vəzisinin pleomorf adenomasının cərrahi müali-
cəsinin digər xoşxassəli şişlərdən fərqli xüsusiyyətləri vardır. Belə ki, pleomorf 
adenomaya xas olan bir sıra əlamətlərə (şişin kapsulunun tam olmaması, mul-
tisentrik böyümə) görə «enukleasiya» tipli əməliyyatlar bu qrup şişlər üçün 
radikal hesab olunmur. Belə ki, «enukleasiya» zamanı kapsulu olmayan na-
hiyələrdə  şiş toxumasının cərrahi alətlərlə  zədələnməsi və  şiş hüceyrələrinin 
yara səthinə yayılması mümkündür ki, onlar da şişin residivinin səbəbi ola 
bilər. Ona görə də pleomorf adenoma zamanı ağız suyu vəzisi onu əhatə edən 
sağlam toxumalar ilə birgə kəsilib götürülr, yəni qulaqətrafı ağız suyu vəzisinin 
rezeksiyası  əməliyyatı aparılır. Çənəaltı  ağız suyu vəzisinin xoşxassəli  şişləri 
zamanı vəzin çıxarılması əməliyyatı icra edilir. 
Ağız suyu vəzilərinn bədxassəli  şişlərinin müalicəsi  şişin lokalizasiya-
sından, yayılma dərəcəsindən, morfoloji strukturundan asılıdır. Bu qrup şişlərin 
əsas müalicə metodları aşağıdakilardır: 
•  Cərrahi 
•  Şüa 
•  Kombinəolunmuş 
•  Kimyəvi 
Qulaqətrafı ağız suyu vəzisində aparılan cərrahi əməliyyat bu nahiyənin 
topoqrafik anatomiyasının, orada yerləşən strukturların qarşılıqlı münasibətinin 
dəqiq bilinməsini, həmçinin üz sinirinin diseksiyasını tələb edir. Hesab olunur 
ki, qulaqətrafı  ağız suyu vəzisində olan əməliyyat eyni zamanda üz sinirinin 
üzərində aparılan  əməliyyatdır. Üz sinirinin vizualizasiyasının  əsas oriyentir-
lərinə iki qarıncıqlı əzələnin arxa qarıncığı, traqus və təbil-məməyəbənzər bitiş-
mədir. Axırıncı daha dəqiq orientir hesab olunur [şəkil 6.13]. 
Cərrahi  əməliyyatın həcmi  şişin lokalizasiyasından, histogenezindən, 
mərhələsindən, regionar metastazların olub olmamasından asılıdır. 
Qulaqətrafı ağız suyu vəzisinin yüksək diferensiasiyalı şişlərinin (muko-
epidermond xərçəng, asinozhüceyrəli xərçəng adenosistoz karsinoma) I-II 
mərhələsində qulaqətrafı  vəzin subtotal rezeksiyası aparılır, qalan bütün hal-
larda isə parotedektomiya əməliyyatı (üz sinirlərinin saxlanılması və ya kəsil-
məsi ilə) icra edilir [şəkil 6.14]. 
Çənəaltı  ağız suyu vəzisinin bədxassəli  şişləri zamanı  vəzin ekstripasi-
yası aparılır. Kiçik ağız suyu vəzilərinin bədxassəli şişlərinin cərrahi müalicəsi 
müvafiq nahiyələrin yastıhüceyrəli xərçənginin müalicə prinsipləri ilə eynidir.  
Birincili şiş ocağında aparılan əməliyyatlarla birgə profilaktik (selektiv) və 
müalicəvi (radikal və ya funksional) boyun disseksiyaları aparılır [şəkil 6.15]. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə