Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə59/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
180 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7.2. Çənə sümüyünün ameloblastoması. 
Rentgenografiya 
Şəkil 7.3. Ameloblastomanın ölçüsü və lokalizasiyasından asılı olaraq çənə 
sümüyünün rezeksiya həcminin sxemi 


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
181 
Periferik nəhənghüceyrəli  şiş (epulid) əksərən 30-40 yaşlı qadınlarda 
rast gəlinir. Epulidin əmələ  gəlməsində diş  ətinin dişlərin kəsici kənarları  və 
protezlə uzun müddətli travmatizasiyası əsas rol oynayır. Epulid üstdən selikli 
qişa ilə örtülü olur. Onun konsistensiyası bərk və ya yumşaq olub, bəzən böyük 
ölçülərə çatır. Histoloji quruluşuna görə fibroz, angiomatoz və nəhənghüceyrəli 
epulid ayırd edilir [şəkil 7.4]. 
Müalicəsi elektrokoaqulyasiya, kriodestruksiya, lazer destruksiyası  və 
cərrahi yollarladır. Cərrahi əməliyyat zamanı çənənin alveolyar çixıntısı bir və 
ya iki dişlə birgə rezeksiya edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
7.5. TNM kliniki təsnifatı 
(AJCC – 2002)  
 
Çənə sümüyünün birincili bədxassəli  şişlərinin TNM kliniki təsnifatı 
hazırkı dövrə qədər işlənib hazırlanmamışdır. Eyni zamanda bütün birincili sü-
mük  şişlərinin TNM təsnifatı mövcuddur (mieloma, yukstokortikal osteosar-
koma və yuskstokortikal xondrosarkoma istisna olmaqla). 
T – birincili şiş 
Tx – birincili şişin qiymətləndirilməsi üçün lazımi məlumat yoxdur 
T
0
 – birincili şiş müəyyən edilmir 
T
1
 – şiş prosesi sümüyün kortikal təbəqəsi ilə məhdudlaşır 
T
2
 – şiş kortikal təbəqədən kənara yayılır 
N – limfa düyünləri 
N
0
 – regionar limfa düyünlərində metastaz əlamətləri yoxdur 
Şəkil 7.4. Nəhənghüceyrəli epulid 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
182 
N
1
 – regionar limfa düyünlərində metastazlar var. 
M – uzaq metastazlar 
M
x
 – uzaq metastazların olmasını təyin etmək mümkün deyildir 
M
0
 – uzaq metastazlar yoxdur 
M
1
 – uzaq metastazlar var 
M
1a
 – ağciyərlərdə olan uzaq metastazlar 
M
1b
 – digər lokalizasiyalı uzaq metastazlar 
G – diferensiasiya dərəcəsi 
G
1
 – yüksək diferensiasiya dərəcəsi 
G
2
 – orta diferensiasiya dərəcəsi 
G
3
 – aşağı diferensiasiya dərəcəsi 
G
4
 – diferensiasiya olunmayan şiş 
 
Mərhələlərə görə qruplaşdırma 
 
Mərhələ 

TNM 
I

1,2 T
1
N
0
M
0
 
I

1,2 
T
2
N
0
M
0
 
II

3,4 T
1
N
0
M
0
 
II

3,4 
T
2
N
0
M
0
 
III Müəyyən edilməyib  
IV

İstənilən 
T
1-2
N
1
M
0
 
IV

İstənilən T
1-2
N
0-1
M
1
 
 
7.6. Klinika 
 
Çənə sümüyünün bədxassəli şişlərinin kliniki gedişi şişin növündən asılı 
olaraq fərqlidir. 
Çənə sümüyünün odontogen bədxassəli  şişlərinin kliniki anatomik 
formalarına «periferik» və «mərkəzi» xərçəng aid edilir. «Periferik» xərçəng 
çənə sümüyünün alveolyar çıxıntısından, «mərkəzi» xərçəng isə sümüyün də-
rinliyindən inkişaf edir. 
«Periferik» xərçəng zamanı şişin tez bir zamanda ağız boşluğuna doğru 
böyüməsi, ağız suyunun təsiri, çeynəmə  və mimiki hərəkətlər zamanı  şişin 
travmatizasiyası şişə ikincili iltihabın qoşulmasına səbəb olur və onun dağılma-
sına gətirib çıxarır. Xəstəliyin erkən mərhələsində diş  əti nahiyəsində  ağrısız 
bərklik və qalınlaşma müşahidə olunur, az sonra ağrılar əmələ gəlir. Diş ətinin 
qalınlaşmasına müvafiq nahiyələrdə dişlərin patoloji hərəkətliliyi  əmələ  gəlir. 
Bu mərhələdə xəstələrin bir çoxuna hipertrofik qinqivit və ya paradontitə görə 
müalicə təyin edilir, lakin müalicə fonunda şişin inkişaf sürəti artır və patoloji 
nahiyə xoralaşır. Dişlərin çəkilməsi təbii ki, xəstənin vəziyyətini yüngülləş-


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
183 
dirmir, əksinə ağrılar daha da artır. Şiş tez bir zamanda alveolyar çıxıntıdan ət-
raf nahiyələrə və çənə sümüyünün cisminə yayılır. Xəstəliyin bu mərhələsində 
demək olar ki, həmişə regionar limfa düyünləri böyüyür. Böyümüş limfa dü-
yünlərinin metastatik xarakterli olmasının əsas əlamətləri onların bərk konsis-
tensiyalı, ağrısız və ya az ağrılı olmaları, bir birləri ilə birləşərək və ətraf toxu-
malara sirayət edərək məhdud hərəkətli və ya hərəkətsiz konqlemerat əmələ 
gətirmələridir. 
Çənə sümüyünün «mərkəzi» xərçəngi «periferik» xərçəngdən fərqli olaraq 
çənə sümüyünün mərkəzi  şöbələrindən inkişaf edir. Şişin çənə sümüyünün 
dərinliyindən inkişaf etməsi səbəbindən xəstəliyin erkən dövrü simptomsuz keçir. 
Bunun nəticəsində xəstələr klinikaya, «periferik» xərçəngi olan xəstələrdən daha 
gec müraciət edirlər. Xəstəliyin ən erkən əlaməti çənə sümüyünün bu və ya digər 
nahiyəsinin deformasiyası hesab olunur. Bu özünü ən çox çənə sümüyünün 
buxaqaltı nahiyəsində göstərib, onun bucağı və şaxələri nahiyəsində daha az nəzə-
rə çarpır. Palpator müayinə zamanı  çənənin  şiş prosesi ilə  zədələnmiş nahiyəsi, 
adətən, ağrısız olur. «Mərkəzi» xərçəng zamanı  çənə kanalında yerləşən damar-
sinir dəsti zədələndiyi üçün nevroloji əlamətlər erkən meydana çıxır və  bəzən 
müəyyən müddət ərzində xəstəliyin yeganə əlaməti olaraq qalır. Xəstəliyin erkən 
mərhələsində  çənə siniri yalnız mexaniki qıcıqlanmaya məruz qalır və  xəstələr 
sinir boyu gicgaha və qulağa irradiasiya edən kəskin ağrılardan  şikayətlənirlər. 
Xəstəliyin inkişaf mərhələsində isə sinir-damar dəstinin  şişlə infiltrasiyası  və 
onunla tam sıxılması nəticəsində patoloji nahiyədə dəri həssaslığı azalır, bəzən isə 
tam anesteziya müşahidə olunur. Xəstəliyin gecikmiş  mərhələsində sümüyün 
infiltrasiyası  və osteolizis nəticəsində  şiş  ətraf yumşaq toxumalara yayılır, üzün 
deformasiyası artır. Prosesin bu mərhələsində  şiş toxumasının dağılması  nəti-
cəsində böyük və dərin xora sahələri əmələ gəlir. Şiş çənə sümüyünün bucağı və 
şaxələrində yerləşdikdə çeynəmə  və qanadabənzər  əzələlərin infiltrasiyası  səbə-
bindən kontraktura və ağızın çətin açılması müşahidə olunur. 
Çənə sümüyünün «mərkəzi xərçəngi» zamanı sümüyün süngəri maddəsi 
çox tez dağılır, ondan fərqli olaraq kompakt təbəqənin tamlığı isə bir müddət 
saxlanılır. Çənənin birincili «mərkəzi» xərçəngi zamanı patoloji sınıqlar da çox 
təsadüf edir və bir sıra hallarda xəstələr ilk dəfə olaraq klinikaya patoloji sınıq 
simptomları ilə müraciət edirlər. 
Çənə sümüyünün qeyri-odontogen bədxassəli  şişlərinin kliniki gedi-
şinin digər sümüklərin sarkomalarından fərqləndirən əsas xüsusiyyətlərinə aşa-
ğıdakilar aiddir: 
•  Xəstəliyin daha böyük yaşlarda (30-40) rast gəlinməsi 
•  Ləng böyüməsi 
•  Müalicədən sonra residivlərin tezliyinin çox olması 
•  Limfogen (5%-ə qəgər) və hematogen metastazların (xondrosarko-
mada 6-8%, osteogen sarkomada 15-20%, fibroz histiositomada 45-
50%) nisbətən az müşahidə olunması 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə