Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə61/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
188 
yəvi-şüa terapiyasından istifadə olunur, ançaq residiv və qalıq  şiş  təqdirində 
cərrahi əməliyyat icra edilir. 
Çənə sümüyündə müşahidə olunan osteogen sarkoma, rabdo və leyomio-
sarkoma, bədxassəli fibroz histositoma yüksək bədxassəlilik xüsusiyyətlərinə 
malik olub sürətli və infiltrativ böyümə, yüksək regionar və uzaq metastazver-
mə (25-60%) qabiliyyətinə malikdirlər. Bu qrup şişlərin müalicə metodu kom-
pleks olub neoadyuvant və adyuvant polikimyəvi müalicədən istifadə etməklə 
aparılır. Bu zaman kimyəvi preparatlardan adriamisin, metotreksat, sisplatin və 
ifosfamidin müxtəlif kombinasiyalarından istifadə etməklə aparılan neoadyu-
vant polikimyəvi müalicə bir sıra hallarda şişin hətta tam reqressiyasına səbəb 
olur, adyuvant polikimyəvi müalicə isə ümumi və residivsiz yaşama göstə-
ricilərini artırır. 
Çənə sümüyünün sarkomaları zamanı icra edilən cərrahi əməliyyatın mi-
nimal həcmi ekzartikulyasiya ilə çənənin yarısının rezeksiyası, proses buxaqaltı 
nahiyədə yerləşdikdə isə mandibulektomiyadır. Əməliyyatın bu həcmi çənənin 
sümük iliyinin əksər hallarda şiş prosesinə cəlb olunması və ya şişin çənə sü-
müyü kanalı ilə perinevral yayılması ilə izah edilir. Lakin qeyd etmək lazımdır 
ki, kiçik ölçülü şişlərdə məhdud həcmli əməliyyatların (çənə sümüyünün seq-
mentar rezeksiyaları) aparılması da mümkündür. Çənə sümüyünün rezeksiyası 
sərhədlərində histoloji müayinə zamanı şiş hüceyrələrinin tapılmaması halların-
da xəstəliyin proqnozu yaxşı olur. Əks halda hətta əməliyyatdan sonraki dövr-
də adyuvant müalicə aparıldığı  təqdirdə belə  xəstələrin  əksəriyyətində  şişin 
residivi müşahidə olunur. 
Çənə sümüyü çeynəmədə, udmada, nitq əmələgətirmədə aktiv rol oyna-
yır. Onun tamlığının pozulması bütün yuxarıdaki funksiyaların zəifləməsinə 
səbəb olur, həmçinin kosmetik pozgunluqlara və üzün aşağı zonasının defor-
masiyasına gətirib çıxarır. Bütün bunları  nəzərə alaraq çənə sümüyündə 
aparılan radikal cərrahi  əməliyyatdan sonra sümüyün fasiləsizliyinin bərpası 
mühüm  əhəmiyyət kəsb edir. Hal-hazırda bu məqsədlə konstruktiv plastinlər 
(sərbəst halda və ya dəri-əzələ parçaları ilə kombinasiyada), mürəkkəd dəri-
əzələ-sümük parçaları və sərbəst sümük transplantları (sərbəst və ya mürəkkəb 
dəri-fassial-sümük tərkibində) vasitəsi ilə rekonstruktiv plastik əməliyyatlardan 
istifadə olunur [şəkil 7.8-7.9]. 
 
7.9. Proqnoz 
 
Çənə sümüyünün bədxassəli  şişlərinin cərrahi və kombinəolunmuş 
müalicəsindən sonra umumiləşdirilmiş 5 illik yaşama göstəricisi 20-30% təşkil 
edir. Kompleks müalicə metodlarından istifadə 5 illik yaşama göstəricisinin 50-
60%-ə çaşdırılmasına imkan verir. 


Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
189 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7.8. Çənə sümüyünün defekti galca sümüyü transplantatı 
ilə bərpa olunmuşdur. Ortopantomografiya  
(Кропотов М., 2009) 
Şəkil 7.9. Çənə və gicgah-çənə defekti rekonstruktiv plastin və 
oynag çıxıntısı implantantı ilə əvəz olunmuşdur.  
(Кропотов М., 2009) 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
190 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
8
8
 
 
 
BURUN BOŞLUĞU VƏ BURNUN  
ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ 
 
 
Bədxassəli  şişlərin ümumi strukturunda burun boşluğu və burnun əlavə 
ciblərinin  şişlərinin xüsusi çəkisinin az olmasına baxmayaraq bu qrup xəstə-
lərin mütləq sayı çoxdur və son illərdə artmaqdadır. Bu nahiyənin anatomo-
topoqrafik xüsusiyyətləri şişin sürətli böyüməsi və onun tez bir zamanda ətraf 
orqan və toxumalara yayılması üçün şərait yaradır. Xəstələrin 70-90%-i mü-
alicə üçün ixtisaslaşmış klinikaya şiş prosesinin gecikmiş mərhələlərində mü-
raciət edirlər. Bu zaman prosesin yayılması səbəbindən kliniki müayinə zamanı 
şişin ilkin lokalizasiyasını müəyyən etmək həmişə mümkün olmur ki, bu da 
adekvat müalicə taktikasının seşilməsini çətinləşdirir. Bütün bunlar burun 
boşluğu və onun əlavə ciblərinin bədxassəli  şişlərinin klinikası, diaqnostikası 
və müalicəsi problemini aktual edir. 
 
8.1. Epidemiologiya və risk amilləri 
 
Burun boşluğu və burnun əlavə ciblərinin şişləri bütün bədxassəli şişlərin 
0,5-1%-ni, baş-boyun nahiyəsi şişlərinin isə 8-9%-ə qədərini təşkil edir. ABŞ-
da hər il bu onkopatologiyalı 2000 yeni xəstələnmə hadisəsi qeydə alınır. Xəs-
təlik,  əsasən, 40 yaşından yuxarı  şəxslərdə, böyük əksəriyyətdə isə (65-70%) 
40-60 yaşlı insanlarda rast gəlinir. Lakin bu lokalizasiyalı şişlərin gənc yaşlar 
və hətta uşaqlarda da rast gəlinməsi haqqında çoxsaylı ədəbiyyat məlumatları 
vardır. Burun boşluğu və onun əlavə ciblərinin xərçəngi kişilərdə qadınlara 
nisbətən daha çox müşahidə olunur.  
Burun boşluğu və onun əlavə ciblərinin xərçənginin risk amillərinə aşağı-
dakılar aid edilir: 
•  Siqaretçəkmə 
•  İstehsalat zərərləri (ağac emalı müəssisələri, mebel və ayaqqabı is-
tehsalı, boyaq və metallurgiya sənayesi) 
•  Xroniki iltihabi proseslər (pollinozlar, sinusitlər) 
•  Travmalar 
•  Viruslar (insan papilloma virusu) 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə