Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə67/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
208 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
9
9
 
 
 
AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
 
 
Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik 
mürəkkəb bir nahiyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və 
spesifik müalicəsi xüsusiyyətləri ilə xarakterizə olunur. Ağız boşluğu orqanla-
rına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyü-
nün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, on damaq qövsləri ayırd edilir. 
Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına 
görə ağız boşluğunun selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi ley-
kozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir. 
Dünyada ağız boşluğu xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya 
şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecimiş 
formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu 
və ümumi müalicə şəbəkəsi həkimlərində onkolojı sayıqlığın olmaması ilə əla-
qədardır. Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə 
baxmayaraq ağız boşluğu orqanlarının xərçəngi olan xəstələrin yaşama göstə-
riciləri əhəmiyyətli dərəcədə artmamışdır. 
 
9.1. Epidemiologiya 
 
Ağız boşluğunun selikli qişasının xərçəngi rastgəlmə tezliyinə görə baş-
boynun bədxassəli şişləri arasında qırtlaq xərçəngindən sonra ikinci yeri tutur. 
Xərçəngin bu forması bütün bədxassəli şişlərin 2-10%-ni təşkil edir və onkoloji 
xəstəliklərin ümumi strukturunda 8-9-cu yerləri bölüşdürür. Yer kürəsində hər 
il ağız boşluğu xərçəngi ilə 600 000 dən çox xəstələnmə hadisədi qeydə alınır 
və bu göstərici artmağa meyillidir. Ağız boşluğu orqanlarının xərçəngi ilə 
yüksək xəstələnmə  səviyyəsi Hindistanda, Orta Asiya ölkələrində, ABŞ-da, 
Braziliyada müşahidə olunur. ABŞ-da xərçəngin bu lokalizasiyası ilk dəfə bəd-
xassəli şiş diaqnozu qoyulmuş xəstələrin 4%-ni, xərçəngdən ölüm səbəblərinin 
2%-ni təşkil edir. Ağız boşluğu orqanlarının xərçəngi Braziliyada bütün bəd-
xassəli şişləri 5%-ni, Özbəkistanda 8%-ni təşkil edir. Yer kürəsində ən yüksək 
xəstələnmə səviyyəsi Hindistanda qeyd olunur. Belə ki, Hindistanın bəzi ştat-
larında bədxassəli  şişlərin 50%-ə  qədərini ağız boşluğu orqanlarının xərçəngi 


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
209 
təşkil edir. Xəstəlik kişilərdə qadınlara nisbətən 4-5 dəfə çox rast gəlinir və da-
ha çox 60-70 yaşlı şəxslərdə müşahidə olunur. Adətən 40 yaşdan yuxarı xəstə-
lənənlərin sayı artır, 80 yaşdan sonra isə azalır. Hərçənd ki, daha cavan yaş-
larda, hətta uşaqlarda da ağız boşluğu orqanlarının xərçəngi haqqında məlu-
matlar vardır. 
 
9.2. Risk amilləri 
 
Ağız boşluğu orqanlarının bədxassəli  şişlərinin  əmələ  gəlməsinə  səbəb 
olan əsas amillər aşağıdakilardır: 
•  Siqaretçəkmə 
•  Alkoqol 
•  İstehsalat zərərləri 
•  Travmalar 
•  Ağız boşluğunda qalvanizm prosesi 
•  İnsan papilloma virusu (HPV) 
Ağız boşluğu xərçəngi olan xəstələrin 80-90%-i – aktiv siqaret çəkənlər 
və ya tənbəki çeynəyənləridir. Ağız boşluğunda xərçəngin əmələ gəlməsi ehti-
malı siqareti daha tez-tez çəkənlərdə daha çoxdur. Ağız boşluğu xərçənginin 
çox rast gəlindiyi Hindistanda, həmçinin Qvineya və Kolumbiyada tüstülənən 
tərəfi ağız boşluğunda olan siqaretlərdən istifadə edilir. Bu siqaretlər «bidi» 
adlanıb adilərindən qısa olur. Belə siqaretçəkmə zamanı ağız boşluğunun tək-
rari termiki yanıglara məruz qalması xərçəngin əmələ gəlməsi ehtimalını dəfə-
lərlə artırır. 
Alkoqol  ağız boşluğunun selikli qişasına qıcıqlandırıcı  təsir göstərir. 
Ağız boşluğu xərçəngi olan xəstələrin 70-75%-i alkoqoldan istifadə edənlər-
dəndir. Siqaretçəkmə və alkoqoldan müştərək istifadə ağız boşluğu xərçənginin 
əmələ gəlməsi ehtimalını daha da artırır. 
Ağız boşluğu xərçənginin əmələ gəlməsi riskini artıran istehsalat zərər-
lərinə ağır metallar, ağac tozu, tekstil, mebel, dəri sənayəsi məhsulları aid edi-
lir. 
Ağız boşluğu xərçəngi, onun selikli qişasının təkrari məruz qaldığı 
travmalar (mexaniki, kimyəvi və termiki) nəticəsində də inkişaf edə bilər. 
Ağız boşluğunun selikli qişasının dağılmış diş qapağı, diş plombunun iti 
kənarları  və keyfiyyətsiz düzəldilmiş protezlərlə  mexaniki travmatizasiyası 
ağız boşluğu xərçənginin əmələ gəlməsinə səbəb ola bilər. 
Hindistanda ağız boşluğu xərçəngi ilə çox yüksək xəstələnmə  səviyyəsi 
betel yarpağından istifadə, Orta Asiya respublikalarında isə  «nas» çeynəmək 
kimi zərərli adət (kimyəvi travmatizasiya) ilə bağlıdır. Betel alkoloid tərkibli 
kol bitkisi olub ondan yüngül narkotik effekt vasitəsi kimi istifadə olunur. 
Bunun üçün betel yarpağının üzərinə əhəng tökülür və yanağın selikli qişasına 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
210 
qoyulur. «Nas» isə – kül, tütün, küncüt və ya pambig yağı, əhəng, təbasir və 
mineral yağlardan ibarət yüngül narkotik təsirli qarışıq olub dilin altına 
qoyulur. Həm betel, həm də «nas» istifadəsi zamanı  əsas kanserogen amil 
əhəng hesab olunur. Belə ki, əhəng selikli qışanı aşılayaraq betel yarpağının və 
nasın tərkibindəki komponentlərin qana daha yaxşı sorulmasını  təmin edir. 
Əhəng tərəfindən selikli qışanın uzunmüddətli təkrari qıcıqlanması isə  şişönü 
xəstəliklərin və onların fonunda xərçəngin əmələ gəlməsinə səbəb olur. 
Dünyanın bəzi ölkələrində əhali arasında isti və qaynar qida qəbulu vər-
dişi də  ağız boşluğunun  termiki yanıqları  və onun fonunda xərçəngin  əmələ 
gəlməsinə səbəb olur. 
Ağız boşluğunda  qalğanizm prosesi metal diş qapaqlarının olması ilə 
əlaqədar olub müəyyən hallarda bədxassəli şişin əmələ gəlməsinə gətirib çıxara 
bilər. 
İnsan papilloma virusu (HPV – 16, 18) ağız boşluğu xərçənginin əmələ 
gəlməsinə  səbəb olan amillərdən biridir. Ədəbiyyat məlumatlarına görə bu 
lokalizasiyalı  şişlərin 5-10%-i HPV ilə  əlaqədardır. Bu virus həm də  uşaqlıq 
boynu xərçənginin əksər formalarının əmələ gəlməsinin səbəbidir. FDA (Bey-
nəlxalq stomatoloji assosiasiya) məlumatlarına görə  uşaqlıq boynu xərçəngi 
hadisələrinin 70%-də sonradan ağız boşluğu xərçəngi qeyd alınır. Ağız boşluğu 
xərçəngi, əsasən, 40 yaşından yuxarı insanlarda rast gəlinir. Lakin son bir neçə 
ilin  ədəbiyyat məlumatları göstərir ki, ağız boşluğu xərçənginin  ən yüksək 
artımı gənc yaşlarda və hətta siqaret çəkməyənlərdə müşahidə olunur ki, bu da 
çox ehtimal ki, son onilliklərdə gənclər arasında seksual davranışın dəyişilməsi 
ilə  əlaqədar HPV qadın cinsiyyıt orqanlarından ağız boşluğuna yayılması isə 
əlaqədardır. 
 
9.3. Xərçəngönü xəstəliklər 
 
Xərçəngönü – proqressiya nəticəsində  xərçəngə keçə bilən, başqa sözlə 
hüceyrələrin bədxassələşməyə doğru dəyişikliyi ilə xarakterizə olunan dinamik 
vəziyyətdir. 
Ağız boşluğu orqanlarının xərçəngönü prosesləri 2 qrupa bölünür: 
A. Obliqat xərçəngönü xəstəliklər 
•  Bouen xəstəliyi 
•  Keyr eritroplaziyası 
B. Fakultativ xərçəngönü xəstəliklər 
•  Leykoplagiya 
•  Papillomatoz 
•  Qırmızı qurd eşənəyinin və qırmızı yastı dəmrovun eroziv xoralı və 
hiperkeratotik formaları 
•  Şüadan sonrakı stomatit 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə