Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə68/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
211 
Bouen xəstəliyi ilk dəfə 1912-ci ildə  təsvir edilmişdir. Etiologiya və 
patogenezi məlum deyildir. Bir çox müəlliflər ona Keyr eritroplaziyasının növ-
bəti inkişaf mərhələsi kimi baxırlar. Zədələnmə elementləri özünü eritema, pa-
pula və eroziyalar şəklində göstərir [şəkil 9.1]. Histoloji olaraq bu xəstəlik 
«carcinoma in situ»ya aid edilir. Bir sıra müəlliflər Boyen xəstəliyinə Keyr 
epitroplaziyasının növbəti inkişaf mərhələsi kimi baxırlar. 
Müalicəsi cərrahi və ya yaxınməsafəli rentgenoterapiya ilədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keyr eritroplaziyası 1912-ci ildə təsvir edilmişdir. Etiologiyası və pato-
genezi müəyyən edilməmişdir. Kliniki olaraq əsasında bərklik olan al qırmızı 
ocaqlarla xarakterizə olunur [şəkil 9.2]. Eritroplaziyanın histoloji şəkli Bouen 
xəstəliyi ilə eynidir. 
Müalicəsi yalnız cərrahidir. 
Leykoplagiya termini kliniki praktikaya 1887-ci ildə macar dermatoloqu 
Şvimmer (S.Schwimmer) tərəfindən daxil edilmişdir. O, ağız boşluğunun  ən 
çox rast gəlinən fakültativ xərçəngönü xəstəliyi olub, kliniki olaraq özünü ağız 
boşluğunun selikli qişasının epitelinin tutqunlaşması, keratoz, hiperkeratoz və 
destruktiv dəyişikliklərlə göstərir.  
Bu dəyişiklikliklərin hansının üstünlük təşkil etməsindən asılı olaraq ley-
koplagiyaların sadə (səthi), verrukoz (leykokeratoz), düyünlü, eroziv, xoralı 
formaları ayird edilir [şəkil 9.3-9.7]. 
Onların xərçəngə keçmək ehtimalı səthi leykoplagiyada – 2-4%, verrukoz 
leykoplagiyada – 15-20%, düyünlü leykoplagiyada – 20-25%, eroziv ley-
koplagiyada – 30-50% və xoralı leykoplagiyada isə – 50-60% təşkil edir. 
Müalicəsi konservativ (siqaretçəkmədən imtina, ağız boşluğunun 
sanasiyası, A, B, C vitaminləri, tripsin, vitamin E applikasiyaları) və cərrahidir. 
Şəkil 9.1. Yanağın selikli gisasının  
Bouen xəstəliyi 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
212 
Şəkil 9.2. Yanağın selikli 
qişasının Keyr eritroplaziyası 
Şəkil 9.3. Dilin eritroplaziyası 
və səthi leykoplagiyası
Şəkil 9.4. Sol yanağın selikli 
qişasının verrukoz 
leykoplagiyası (leykokeratoz) 


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
213 
Şəkil 9.5. Dilin verrukoz 
leykoplagiyası
Şəkil 9.6. Yanağın selikli 
qişasının düyünlü 
leykoplagiyası 
Şəkil 9.7. Yanağın selikli 
qişasının eroziv leykoplagiyası


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
214 
 
9.4. Beynəlxalq histoloji təsnifat 
(№4, WHO – 2005) 
 
I. Epitelial şişlər 
Xoşxassəli şişlər Bədxassəli şişlər 
• Papilloma 
– yastıhüceyrəli papilloma 
– kondiloma 
– epitelial hiperplaziya 
• Keratoakantoma 
• Dənəvərhüceyrəli şiş 
 
• Yastıhüceyrəli karsinoma 
– verrukoz karsinova 
– bazal yastıhüceyrəli karsinoma 
– papillyar yastıhüceyrəli karsinoma 
– adenoid yastıhüceyrəli karsinoma 
digərləri 
• Limfoepitelial karsinoma (Şminke şişi) 
 
II. Vəzili epitel şişlər (ağız suyu vəzilərinin şişləri) 
• Adenomalar 
– pleomorf adenoma 
– mioepitelioma 
– bazalhüceyrəli adenoma 
– sistadenoma 
– digərləri 
 
• Adenokarsinomalar 
– asinozhüceyrəli karsinoma 
– mukoepidermoid karsinoma 
– adenosistoz karsinoma 
– polimorf adenokarsinoma 
– bazalhüceyrəli adenokarsinoma 
– musinoz adenokarsinoma 
– onkosit adenokarsinoma 
– digərləri 
 
III. Yumşaq toxuma şişləri 
• Kapoşi sarkoması 
• Limfangioma 
• Xondromiksoid şiş 
• Dənəvərhüceyrəli epulid 
 
IV. Limfoid və qanyaradıcı toxumaların şişləri 
• Diffuz B hüceyrəli limfoma 
• T hüceyrəli limfoma 
• Berkitt limfoması 
• Plazmositoma 
• Histiosinoma 
• Mieloid sarkoma 
• Digərləri 
 
V. Melanogen şişlər 
 
VI. İkincili şişlər 
 


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
215 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağız boşluğu orqanlarının xoşxassəli  şişləri arasında  ən çox təsadüf 
edənləri yastıhüceyrəli papillomalardır. Onlar adətən birləşdirici toxumanın 
çıxıntıları üzərində yerləşir, birləşdirici toxumalı ayaqcığa və ya geniş  əsasa 
malik olurlar. Papillomalar xaricdən epitellə örtülü olurlar, onların  əsası isə 
normal selikli qişaya keçir [şəkil 9.8]. 
Vəzili epiteldən inkişaf edən  şişlər ağız boşluğunun seliklik qişasının 
dərinliyində yerləşən kiçik ağız suyu vəzilərindən  əmələ  gəlirlər. Ağız boşlu-
ğunun kiçik ağız suyu vəzilərinin şişlərinin histoloji quruluşu böyük ağız suyu 
vəzilərinin histoloji quruluşu ilə eynidir [şəkil 9.9]. 
Ağız boşluğunun bədxassəli  şişləri 90-95% hallarda epitelial mənşəli 
olub  əksər hallarda yastıhüceyrəli buynuzlaşan xərçəngdir. Bədxassəlilik 
dərəcəsinə görə aşağı diferensiasiyalı xərçəng – 40%, orta diferensiasiyalı xər-
çəng – 30%, yüksək diferensiasiyalı xərçəng 30% hallarda müşahidə olunur.  
Ədəbiyyatda ağız boşluğunun melanoması haqqında məlumatlar çox az 
saydadır və bu məlumatlarda melanomanın daha çox sərt və yumşaq damaqda 
Şəkil 9.8. Ağız boşluğunun iri 
həcmli papilloması
Şəkil 9.9. Sərt damağın kiçik 
ağız suyu vəzisinin pleomorf 
adenoması 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə