Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə65/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
199 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.6. Haymor boşluğunun 
yerli yayılmış xərçəngi
Şəkil 8.7. Haymor boşluğunun 
xərçənginin əng sümüyünun 
alveolyar çıxıntısına vı sərt 
damağa sirayəti 
Şəkil 8.5. Burun boşluğunun 
yerli yayılmıs xərçəngi 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
200 
KT burun boşluğu və onun əlavə ciblərinin radioloji müayinəsində mü-
hüm metoddur. Bu müayinə metodu şişin sümük strukturlarına münasibətini 
dəqiq müəyyən etməyə imkan verir, lakin ətraf yumşaq toxumalarının vəziy-
yətini tam əks etdrmir. MRT üz-çənə nahiyəsinin yumşaq toxuma element-
lərinin vəziyyətini yüksək dəqiqliklə müəyyən edir və  nəticədə  şişin yayılma 
dərəcəsini daha dəqiqliklə təyin etməyə imkan verir. Ona görə də KT və MRT-
in müştərək istifadəsi daha optimal sayılır və müalicə taktikasının daha düzgün 
seçilməsinə kömək edir [şəkil 8.8-8.11]. 
Diaqnozun dəqiqləşdirilməsi üçün morfoloji müayinə metodları həlledi-
ci rol oynayır. Sitoloji müayinə xoralı şiş səthindən yaxma-izin, punktatın və 
ya yuyuntunun, histoloji müayinə isə şiş kütləsindən bioptatın götürülməsi ilə 
aparılır. 
Boyun limfa düyünlərinin metastatik zədənməsinin təsdiqi üçün USM və 
böyümüş düyünündən götürülmüş punktatın sitoloji müayinəsindən istifadə 
edilir. Şiş prosesi əng cibinin selikli qişası ilə məhdudlaşdıqda və onun divarını 
təşkil edən sümüklər zədələnmədikdə Haymor boşluğu punksiya edilir və möh-
təviyyatın sitoloji müayinəsi aparılır. Lakin qeyd etmək lazımdır ki, bu metod-
la bir sıra hallarda diaqnozun dəqiq qoyulması mümkün olmur. Belə hallarda 
diaqnostikanın son mərhələsi kimi endoskopik müayinə (rinoantroskopiya) 
vasitəsi ilə biopsiyadan istifadə edilir. Müayinə üçün aşağı burun keçəcəyindən 
əng cibi açılır. Rinoantroskop həmin dəlikdən boşluğa daxil edilərək baxış 
aparılır və histoloji müayinə üçün material (bioptat) götürülür.  
 
8.6. Diferensial diaqnostika 
 
Burun boşluğu və onun əlavə ciblərinin xərçəngini, əsasən, həmin nahi-
yənin xroniki iltihabi xəstəlikləri (xroniki haymorit, xroniki odontogen osteo-
mielit, sinusit, rinit, pollinoz, papillomatoz), xoşxassəli  şişləri və sarkomaları 
ilə diferensiasiya etmək lazımdır [şəkil 8.12]. 
Əng cibinin xərçəngindən fərqli olaraq xroniki haymorit zamanı burun-
dan gələn ifrazatda qan olmur, rengenoloji müayinədə isə əng cibində sümük 
dəyişikliyi aşkar edilmir. 
Uzun müddət davam edən odontogen sistin irinləməsi nəticəsində  əng 
cibinin divarlarından birinin osteomieliti rentgenoloji olaraq əng cibinin xər-
çəngini xatırlada bilər. Lakin osteomielit zamanı palpator olaraq sümük üzərin-
də yumşaqlıq, xışıltı və ya flüktuasiya müəyyən edilir ki, bu da bədxassəli şiş 
prosesi üçün xarakterik deyildir. 
Əng cibinin xoşxassəli şişləri dəqiq konturlara və xarakterik rentgenoloji 
şəklə malik olurlar. Əng cibinin sarkoması üçün xarakterik əlamət dişlərin 
patoloji hərəkətliliyindən  əlavə, onların sürətlə böyüyən  şişin təziyiqi nəticə-
sində yerini dəyişməsidir. 


Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
201 
 
Şəkil 8.8. Haymor cibinin xərçəngi. Kompüter tomografiya 
Şəkil 8.10. Burun boşluğunun yuxarı nahiyəsinin xərçəngi, orbitaya sirayət və 
intrakranial boyumə . Kompцter tomografiya 
Şəkil 8.9. Haymor cibinin xərçəngi. Kompüter tomografiya 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
202 
Şəkil 8.12. Əng sümüyünün xondrosarkoması. Şişdə patoloji sümükləşmə ocağı. 
Kompyuter tomografiya 
Şəkil 8.11. Burun boşluğunun yuxarı nahiyəsini, xəlbirəbənzər və əsas cibləri 
tutan, beyin əsasına və alın payına invaziya edən neyroendokrin tipli sis.  
Magnit rezonans tomografiya


Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
203 
 
8.7. Müalicə 
 
Burun boşluğu və onun əlavə ciblərinin xərçənginin müalicəsində  şişin 
lokalizasiyasından, yayılma dərəcəsindən və histoloji quruluşundan asılı olaraq 
aşağıdakı metodlardan istifadə olunur: 
•  Cərrahi 
•  Şüa  
•  Kimyəvi-şüa 
•  Kombinəolunmuş 
•  Kompleks 
 
Cərrahi müalicə açıq və endoskopik olmaqla iki yolla aparılır.  Endo-
nazal rezeksiya mərkəzi lokalizasiyalı, kiçik ölçülü və yüksək diferensiasiyalı 
şişlərdə istifadə edilə bilər. Qalan bütün digər hallarda açıq cərrahi əməliyyat-
lardan istifadə olunur. Cərrahi əməliyyatın həcmi şişin lokalizasiyası və yayıl-
ma dərəcəsindən asılı olur. 
Burun boşluğu və onun əlavə ciblərinin cərrahiyyəsində aşağıdaki əmə-
liyyat növlərdən istifadə olunur: 
•  Denker əməliyyatı 
•  Mur əməliyyatı 
•  Prayzing əməliyyatı 
•  Veber – Ferqyuson əməliyyatı 
•  Kraniofassial rezeksiyalar 
−  transfassial 
−  transkranial 
Burun boşluğunun xarici divarının aşağı  şöbələrinin kiçik ölçülü şişlə-
rində  Denker  əməliyyatından  istifadə olunur. Əməliyyat ağızdaxili yolla üst 
dodağın keçid büküşləri boyu əməliyyat olunacaq tərəfin molyarından və yü-
yəndən keçməklə əks yarının köpək dişinə qədər aparılır [şəkil 8.13]. 
Mur əməliyyatına göstəriş burun boşluğunun orta və yuxarı şöbələrinin 
şişləridir. Bu əməliyyat zamanı dəri kəsiyi qaşın daxili üçdə birindən başlayır, 
göz yuvasını yanından keçməklə burun yəhərinin kənari boyu davam etdirilir
daha sonra burun qanadını dolanıb keçərək üst dodağın burun dəliyində qurtarır 
[şəkil 8.14]. 
Prayzinq  əməliyyatı,  əsasən, alın ciblərinin  şişlərində icra edilir. Əmə-
liyyat T-vari dəri kəsiyi vasitəsi ilə aparılır. Kəsiyin horizontal hissəsi qaşüstü 
qovslərin ən yüksək nöqtələrini birləşdirilir, vertikal kəsik isə burun yəhəri bo-
yu aşağıya doğru aparılır [şəkil 8.15]. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd 
olunan  əməliyyatlar yalnız kiçik ölçülü şişlərdə istifadə olunur. Yayılmış  şiş 
proseslərində bu tip əməliyyatlar radikallığı təmin etmir. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə