şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin xoşu gəlmədi.
Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun
cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib,
səhnənin ortasında böyük bir tonqal qaladılar.
Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar.
O, tonqalın ortasında yavaş-yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə
tonqalın simvolik olduğunu söylədi. Amma biz buna inanmadıq. Çünki
qadının çığırtısı Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə
yandırılan kafir qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.
Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə
susdu. Sonra dərin nəfəs alaraq söhbətini davam etdirdi: “Bu xristianların
başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni məğlub etmək
üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün
yaxşı zavodları da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla
məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira edərsə, həmin adam böyük
məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri
tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər.
Müharibə zamanı düşmən əsgərlərini müalicə edən və ya düşmən əsirlərini
bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər. Onlara da orden və
medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə
təəccüblənib deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə
mükafatlandırıldıqlarını görəndə çaşıb qalırsan. Bir dəfə Şahənşah
həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü.
Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi.
Bütün bunların əksinə, Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki,
siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman dörddən də artıq
qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb
hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər.
Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı
bir quşun siluetini andırırdı. O, bir azca dikəlib qocalığa xas olan qayda ilə
öskürdü, sonra isə hərarətlə danışmağa başladı:
- Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə
yetiririk. Avropalılar isə allahlarının əmrini yerinə yetirmədikləri halda,
onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim gücümüz və şanımız
isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə
cavab verə bilər? Kimsə ona cavab verə bilmədi.
Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına
getdi. Atam da onun ardınca getdi. Xidmətçilər gəlib çay fincanlarını
yığdılar.
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim.
Qaranlıq şəhəri ovuclarının içinə almışdı.
Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş,
iki şəhərdən ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır
şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu və
gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran,
bərəkət və zənginlik gətirən neft, yağışdan sonra çoxalan göbələklər kimi
kənardan camaatı Bakıya axışdırırdı.
Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri,
daima kürəkləri çılpaq gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə
atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir?
Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi.
Nino da bayır şəhərdə yaşayırdı.
İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının
yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq
buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən
tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı.
Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə
güc və cəsarət verən də elə bu axıdılmış qandı.
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu
darvaza yanında da bir zamanlar nəcib insanların qanı axmışdı. Tökülən
qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə Hüseynqulu
xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi
Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan
bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin
qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə
bir neçə atlı zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının
arxasındakı meydanda knyazın şərəfinə böyük ziyafət hazırlanmışdı.
Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı.
Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda
knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini
çıxardıb Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və
knyaz Sisianaşvilinin xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın
xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o,
yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər kəsməyə davam
etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam
da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
çar bu cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir
ordu yollamışdı.
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş
və sarayın qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı
günü haqqında düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala
divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı
keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin
sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə ağıllı
bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola
bilməz”.
Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının
xarabalıqlarından salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası
bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala
divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus
hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus
hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar sözə baxan və ədalətli
insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi
bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o
təmiz kamerada qalırdı. Ona çay və hətta yemək verirdilər. Oğruya olan
münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri qəzəbləndirirdi.
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər
məscidə gəlib, orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə
dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına əsasən hökm
edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi.
Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək
kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan
davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin
qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən
boğuq bir inilti səsi gələrdi. Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir
şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu. Ertəsi gün üstü başı
cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O,
tanrının qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən
qadın öldürülməlidir.
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə
möcüzələrlə doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə
pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq vaxtlarını çox
sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsub bir
insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə
mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə,
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib
Dostları ilə paylaş: |