_____________Milli Kitabxana_____________
2
Elmi redaktor: V.B.Şahmirov
Fizika-riyaziyyat elmlər doktoru, professor
Rəy verənlər: Musayev
V.M
Fizika-riyaziyyat elmlər doktoru, professor
Adıgözəlov A.S.
Pedaqoji
elmlər doktoru, professor
Mərdanov J.C.
Fizika-riyaziyyat elmlər doktoru, professor
Ə.A.Quliyev. Riyaziyyatın tədrisində ümumiləşdirmə. Bakı “Nurlan”
nəşriyyatı, 2009, s.
Kitabda
şagirdlərdə riyazi anlayışların formalaşdırılmasının, uyğun nəzəri və
praktik materialın daha yüksək səviyyədə mənimsənilməsinin əsası olan
ümumiləşdirmə adlanan fikri fəaliyyət kompleks (psixoloji, məntiqi, didaktik və
metodik) təhlil edilir. Bunlarla yanaşı məktəb riyaziyyatının həmin təfəkkür
əməliyyatı ilə əlaqədar müasir tələblər əsasında öyrənilmsəinin metodik sistemi
verilir.
Əsər orta məktəb şagirdləri və müəllimləri, abituriyentlər, ali məktəbin
bakalavr və magistr pillələrinin tələbələri, riyaziyyatın tədrisini və şagirdlərin əqli
fəaliyyətini inkişaf etdirməklə maraqlanan tədqiqatçı metodistlər üçün faydalı və
münasibdir.
_____________Milli Kitabxana_____________
3
“Riyaziyyatı xüsusilə mühakimələrinin doğruluğuna və şübhəsizliyinə görə
bəyəndim”
Dekart
R.
Giriş
Elm və texnikanın müasir inkişaf səviyyəsinə uyğun olaraq riyaziyyatın
məktəbdə öyrənilməsinin metodik sisteminin qarşılıqlı əlaqədar komponentlərinin
dünyəvi meyllər baxımından yeniləşdirilməsi probleminin həllində ümumiləşdirmə
adlanan təfəkkür əməliyyatı xüsusi yer tutur.
Müasir istehsalat elmin son naliyyətlərinə əsaslanan texnika ilə təchiz edilir.
Belə texnikanın yaranması və istifadə olunması mütəxəssislər qarşısında olduqca
yüksək tələblər qoyur. Onların peşə hazırlığı lazımi həcmdə, sistematik və ardıcıl
elmi biliklərə, habelə ümumi əqli inkişafın müvafiq səviyyəsinə əsaslanmalıdır.
Ümumi orta təhsilin məzmununun, informasiyalı cəmiyyətin çağırışına
cavab verən, yeniləşdirilməsinin dəyişməz yeni mərhələsi, həm ümumtəhsil, həm
də peşə təhsili sahəsində riyazi-informatik təhsilin məzmununun inkişafının yeni
təmayülünün yaranmasının bütün cəhətləri dərin nəzəri düşünmə ilə, lakin
məsuliyyətli qərarlar əsasında qurulmalıdır.
İstehsalatın və informasiyalı cəmiyyətin bu tələblərinin ödənilməsinin
zəruriliyi şagirdlərdə dünyanı daha da dərindən dərk etmək, onda yeni-yeni
prosesləri, obyektlər arasında qarşılıqlı münasibətləri müəyyənləşdirmək, müstəqil
düşünmək, təlim məsələlərini həll edərkən nə isə yeni, ona məlum olmayan bir fakt
kəşf etmək qabiliyyətinin inkişafına gətirilir. Bununla yanaşı məktəb riyaziyyat
kursunun tədrisinin hazırki elmi-texniki tərəqqiyə qədər yaranmış məqsədi,
məzmunu, metodları, formaları və vasitələri – həyatın yeni tələblərini tam ödəmir.
İnformasiyalı cəmiyyətin müasir inkişaf mərhələsində onun qarşısına
qoyulan əsas vəzifələrdən biri məktəb təlimini XXI əsrin elmi-texniki
naliyyətlərinə uyğunlaşdırmaqdan ibarətdir. Bu məsələnin həllində bir neçə cəhət
vardır.
_____________Milli Kitabxana_____________
4
Əvvəla, insan mədəniyyətinin fərdlər tərəfindən yaradılması və
mənimsənilməsinin ümumi təbiəti, bu mənimsəmə formalarının tarixən dəyişməsi
haqqında fəlsəfi sosial məsələ qarşıya çıxır. Sonra elmi təfəkkürün məntiqi
strukturu diqqəti cəlb edir. Üçüncü qrup məsələlər problemin psixoloji cəhətinə
aiddir. Bu hər şeydən əvvəl təfəkkürün növləri ilə ayrı-ayrı fərdlərin əqli
fəaliyyətinin əlaqəsini müəyyənləşdirməkdir; konkret şəxsin zehni fəallığının
müasir təfəkkürün inkişafına uyğun formalaşmasının şərtləri və qanunauyğunluqla-
rı məsələsidir.
Bütün bunlar işin pedaqoji cəhətindən – fərdin bəşər mədəniyyətini mənim-
səmə təbiətinin özünün bu və ya digər dərketmə təcrübəsini həyata keçirməklə,
təlimin konkret “texnologiyasını” hazırlamaqdan ayrılmazdır. Yalnız göstərilən bu
əsas cəhətlərin qarşılıqlı əlaqələndirilməsi sayəsində məktəb riyaziyyat kursunun
öyrənilməsinin metodik sisteminin əsas ünsürlərini müasir elmi-texnikanın nailiy-
yətləri səviyyəsinə uyğunlaşdırmaq problemini məqsədəuyğun və səmərəli həll
etmək olar. Bunun üçün bütün bilik sahələrində informasiya axınının olduqca
güclü olduğu hazırki dövrdə və gələcəkdə məktəb riyaziyyatının ayrı-ayrı mövzu-
larının tədrisi ilə əlaqədar idrakın hər bir mərhələsində, təfəkkür formalarında,
didaktik prinsipləri gözləməklə, ümumiləşdirmələr aparmaq zəruridir.
Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının tələblərini
yerinə yetirmək üçün şagirdlərdə ənənəvi təlim sisteminə nəzərən təfəkkürün daha
yüksək səviyyəsi formalaşdırılmalıdır. Bu, qanunauyğunluğu müvafiq elmlər tərə-
findən idrakın məntiqi və nəzəriyyəsi kimi açıqlanan, müasir elmi-nəzəri təfəkkür
səviyyəsində olmalıdır. Ənənəvi təlim sistemində didaktikanın elmilik prinsipinin
mühüm yer tutduğu həmişə deyilmişdir. Lakin buna baxmayaraq onun məqsə-
dəuyğun reallaşdırılmasının müvafiq vasitəsi demək olar ki, yenə də yoxdur. Bu
təlimin metodik sisteminin komponentləri, əsasən, şagirdlərdə empirik təfəkkürün
əsaslarını və qaydalarını yaratmağa yönəldilmişdir. Bu da lazımdır, lakin hazırki
səmərəli idrakın ən təsirli forması deyil. İndi ümumi intellektual bacarığın (analiz,
sintez, ümumiləşdirmə, xüsusiləşdirmə və s.) formalaşdırılmasının zəruriliyi daha
çox dərk edilməyə başlanmışdır.