M ə s i a ğ a M ə h ə m m ə d i
34
iranizə etməyə – M.M.) çalışdım və müəyyən
həddə buna nail oldum. Ona görə də məndən sonra
gələn Nadirpur, Sayə, Müşiri kimi şairlərin üslubu
Nima ilə mənim aramda yerləşən bir şey
olmuşdur».
Beləliklə, Şəhriyar nə «yenilikçilər» kimi
Avropa şeirinə təqlid edir, nə də «ənənəçilər» kimi
onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini
Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək
yolunu tutur və bu da onun yaradıcılığının əlahid-
dəliyini təmin edən ikinci səbəb kimi çıxış edir.
Qeyd edək ki, Şəhriyar təkcə ədəbi-estetik baxım-
dan deyil, ümumi ictimai və kulturoloji planda da
bu mövqedə dayanır və Avropa mədəniyyətinə
nisbətdə böyük İran yazıçısı Cəlal Ale-Əhmədin
məşhur «Qərbzədegi» («Qərbçilik») əsərində nü-
mayiş etdirdiyindən fərqli bir yanaşma sərgiləyir.
1950-ci illərdə, xüsusən 1953-cü il çevrilişin-
dən sonra «yeni şeir» böhran mərhələsi yaşayır,
Şəhriyarın təbirincə desək, «bayağılaşma dönə-
minə» qədəm qoyur (bu böhran, heç şübhəsiz, həm
də ideoloji səbəblərlə bağlı idi). Şəhriyar isə bu
dövrdə fars divanının dalbadal çap olunan cildləri
bir yana, ana dilində «Heydərbabaya salam» kimi
möhtəşəm bir əsər yaradır və az bir zamanda onun
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
35
şöhrəti İran hüdudlarını aşaraq, keçmiş SSRİ
məkanına, Avropa və Amerikaya çatır. «Heydər-
baba»nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn
ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənənə-
sində yeni bir səhifə açır, Pəhləvi rejiminin susdur-
duğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur.
Bu, Şəhriyara İran ədəbi mühitində əlahiddə status
qazandıran üçüncü səbəbdir. Şəhriyarın ana dilində
yazdığı əsəri təkcə Azərbaycanda və Türkiyədə
deyil, İranın farsdilli ədəbi mühitində də böyük
maraq doğurur. O qədər ki, fars dilinin qızğın təəs-
sübkeşi, böyük İran yazıçısı Məhəmmədəli Camal-
zadə «Heydərbaba»nı orijinalda oxumaq üçün
Azərbaycan türkcəsini öyrənmək istəyinə düşür.
Şəhriyar ana dilində milli ruhun ifadəsi, milli
adət-ənənələrin ensiklopediyası sayılan «Heydər-
baba» kimi bir əsər yazmaqla kifayətlənmir, yuxa-
rıda adları keçən şeirləri ilə farsdilli poeziyada
gördüyü işi ana dilində də həyata keçirir, tezliklə
ədəbi-tarixi və bədii-estetik baxımdan ondan heç
də geri qalmayan «Səhəndiyyə»sini qələmə alır.
«Səhəndiyyə», bizim ədəbiyyatşünaslıqda yetə-
rincə diqqət verilməsə də, məzmununa, formasına,
ritminə, ahənginə görə nəinki Güney, hətta sovet
M ə s i a ğ a M ə h ə m m ə d i
36
dönəmi Quzey Azərbaycan ədəbiyyatında da
misli-bərabəri olmayan poetik nümunədir, Şəh-
riyar dühasının əlçatmaz məhsuludur:
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!
Başı tufanlı Səhəndim.
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
Sən ipək telli buludlarla üfüqdə sarışıbsan,
Savaşırkən barışıbsan…
Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu,
Dağa dağlar dayaq oldu.
Arazım ayna çıraq qoymada aydın şəfəq oldu,
O tayın nəğməsi qovzandı, ürəklər qulaq oldu.
Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu
Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu,
Yenə qəmlər qalaq oldu…
Lalə bitdi, yanaq oldu,
Qönçə güldü, dodaq oldu,
Nə sol oldu, nə sağ oldu,
Hamısı bir sayaq oldu…
1960-cı illərdə İranda «yeni şeirin» ikinci
dalğası meydana çıxdı, ədəbi mühitdə yeni adlar,
yeni imzalar göründü, çeşidli estetik proqramlar,
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
37
manifestlər irəli sürüldü, bəyanatlar verildi. «Yeni
dalğa» («mouce-nou»), «xalis poeziya» («şere-
nab»), «həcm şeiri» («şere-həcm») kimi konsep-
siyaların meydana çıxması, Əhməd Şamlu, Foruğ
Fərruxzad, Bijən İlahi, Mənuçöhr Atəşi, Söhrab
Sipehri, Məhəmmədəli Sepanlu, Yədullah Royayi,
Əhmədrza Əhmədi, Mehdi Əxəvane-Salis və s.
kimi şairlərin məhsuldar yaradıcılıq axtarışları
məhz bu dövrə təsadüf edir. Əks qütbdə, yəni
«ənənəçilər»in cəbhəsində Əmiri Firzukuhi, Rəhi
Müəyyiri, Əbülhəsən Vərzi kimi şairlər yazıb-
yaratmaqda idi.
Heç bir ədəbi qruplaşmaya qoşulmayan,
şöhrətinin zirvəsində olan Şəhriyar faktoru ilə hər
iki cəbhə hesablaşır, yeri düşdükcə onun yara-
dıcılığı barədə fikirlərini açıqlayırdı. Məsələn,
«yeni şeirin» ünlü nümayəndələrindən Mehdi
Əxəvane-Salis ənənəvi janrlarda, xüsusən qəzəldə
Şəhriyarın poetik qüdrətini etiraf edərək yazırdı:
«Əgər adamın deməyə təzə sözü varsa, hələ də bu
janrda (qəzəldə – M.M.) deyə bilər. Şəhriyar və
Abbas Fərat hər ikisi qəzəl yazıb, amma onlar
arasında nə qədər fərq var?! O gənc və coşqun
ruhlu, fədakar və nalə çəkən bir aşiq, bu isə, özü
M ə s i a ğ a M ə h ə m m ə d i
38
demişkən, hər gecə bir-iki qəzəl deməyə adət etmiş
şəxs! Günah janrlarda deyil, bu janrlardan necə
istifadə edən adamlardadır…».
Məşhur şairə Foruğ Fərruxzad deyirdi:
«Vəzn və dil bir-birindən ayrı deyil, birlikdə
gəlirlər, onların açarları da özlərindədir. Mən bu
zəmində yaranmış əsərlərdən sizə nümunələr
gətirə bilərəm. Bəlli olanlardan keçək, məsələn,
Şəhriyarın «Vay, anam» şeirinə diqqət edin.
Şəhriyar kimi qəzəlxan bir şair üzləşdiyi məsələ
qarşısında daha qeyri-səmimi olmağı bacarma-
yanda, görün necə dil və vəzn öz-özünə bir-birinə
uyğunlaşıb gəlirlər və
nəticədə
qətiyyən
Şəhriyardan gözlənilməyən bir əsər yaranır».
Bu sözlərdə tərifli məqamlarla yanaşı, Şəhri-
yara soyuq münasibəti də (özü də daha çox qəzəl
yazdığına görə!) sezməmək mümkün deyil, hətta
Foruğ Fərruxzad dolayısı ilə Şəhriyarın şeirlərində
qeyri-səmimi olduğuna da eyham vurur. Şəhriyarın
bu şairlər haqqında fikirləri ilə tanış olsaq, həmin
soyuqluğun qarşılıqlı olduğunu görərik. Məftun
Əmini bu məsələdən danışarkən yazır: «Ümumiy-
yətlə, demək lazımdır ki, Şəhriyar özünün şəhri-
yarlıq səltənətində təqribən başqa heç bir müasir
şairi ustad səviyyəsində qəbul etmirdi. Əlbəttə,
Dostları ilə paylaş: |