“Synergy Group” MMC
31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr
(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir)
12
3
Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı)
Mal-material ehtiyatları. Mal-material ehtiyatları maya dәyәri ilә xalis satış dәyәrindәn әn aşağı olan
dәyәrlә qeydә alınır. Mal-material ehtiyatlarının maya dәyәri orta çәkili metod ilә müәyyәn edilir. Hazır
mәhsul vә başa çatdırılmamış tikililәrin maya dәyәrinә borc vәsaitlәri üzrә xәrclәr istisna olmaqla,
xammal, birbaşa işçi qüvvәsi, digәr birbaşa xәrclәr vә müvafiq istehsal xәrclәri (normal iş hәcminә
әsasәn) daxildir. Xalis satış dәyәri işin başa çatdırılma vә satış xәrclәri çıxılmaqla, fәaliyyәtin adi
gedişindә tәxmin edilәn satış qiymәtidir.
Debitor borcları. Debitor borcları effektiv faiz metoduna әsasәn amortizasiya
olunmuş dәyәrdә qeydә
alınır.
Amortizasiya olunmuş dәyәrdә tanınan maliyyә aktivlәrinin dәyәrsizlәşmәsi. Maliyyә aktivinin
ilkin tanınmasından sonra baş vermiş bir vә ya bir neçә halın (“zәrәr halları”) nәticәsindә yaranmış vә
etibarlı şәkildә tәxmin edilә bilәn maliyyә aktivi vә ya maliyyә aktivlәri qrupu üzrә daxil olacaq pul
vәsaitlәrinin mәblәğinә vә ya dövrünә tәsir göstәrәn dәyәrsizlәşmә üzrә zәrәrlәr mәnfәәt vә zәrәrә aid
edilir. Ayrıca qiymәtlәndirilәn maliyyә aktivi (әhәmiyyәtindәn asılı olmayaraq) ilә әlaqәdar
dәyәrsizlәşmә üzrә zәrәrin baş vermәsinә dair Qrupda obyektiv dәlil olmadıqda, hәmin aktiv analoji
kredit riskinә malik olan maliyyә aktivlәri qrupuna aid edilir vә dәyәrsizlәşmәyә görә birlikdә
qiymәtlәndirilir. Maliyyә aktivinin dәyәrsizlәşmәsi mәsәlәsinә baxarkәn Qrupun nәzәrә aldığı әsas
amillәr hәmin aktivin vaxtı keçmiş statusu vә hәr hansı girov tәminatının realizasiya oluna bilmәsidir.
Dәyәrsizlәşmә üzrә zәrәrin baş vermәsinә dair obyektiv әlamәtlәrin mövcud olmasını müәyyәn edәn
әsas meyarlar aşağıda göstәrilir:
-
hәr hansı ödәnişin gecikdirilmәsi vә bu zaman gecikdirilmiş ödәnişin hesablaşma
sistemlәrindәki gecikmә ilә izah
edilә bilmәmәsi;
-
qarşı tәrәfin әhәmiyyәtli maliyyә çәtinliklәri ilә üzlәşmәsi vә bunun Qrupun borcalan haqqında
maliyyә mәlumatları ilә tәsdiqlәnmәsi;
-
qarşı tәrәfin müflislәşmәsi vә ya onun maliyyә strukturunun yenidәn tәşkil edilmәsi riskinә
mәruz qalması;
-
qarşı tәrәfә tәsir göstәrәn milli vә ya yerli iqtisadi şәraitin dәyişmәsi nәticәsindә onun ödәniş
statusunda mәnfi
dәyişikliklәrin baş vermәsi; vә ya
-
girovun dәyәrinin (әgәr mövcuddursa) bazar şәrtlәrinin pislәşmәsi nәticәsindә әhәmiyyәtli
dәrәcәdә aşağı düşmәsi.
Dәyәrsizlәşmәyә qarşı mәcmu şәkildә qiymәtlәndirilәn maliyyә aktivlәri qrupundakı pul vәsaitlәrinin
gәlәcәk hәrәkәti, hәmin aktivlәrlә bağlı müqavilә üzrә pul vәsaitlәrinin hәrәkәtinә, keçmişdә baş vermiş
zәrәr halları nәticәsindә yaranacaq vaxtı keçmiş borcların hәcminә dair rәhbәrlikdә mövcud olan
statistikaya vә vaxtı keçmiş borcların geri qaytarılması nailiyyәtinә әsasәn müәyyәn edilir. Keçmiş
dövrlәrә tәsir göstәrmәyәn cari şәraitin tәsirini әks etdirmәk vә cari dövrdә mövcud olmayan keçmiş
hadisәlәrin tәsirini aradan qaldırmaq mәqsәdilә, keçmiş illәrin statistikası müşahidә edilә bilәn cari
mәlumatlara әsasәn tәnzimlәnir.
Amortizasiya olunmuş dәyәrlә uçota alınan dәyәrsizlәşmiş maliyyә aktivi ilә bağlı şәrtlәrә yenidәn
baxılarsa vә ya bu şәrtlәr qarşı tәrәfin maliyyә vәziyyәtindәki çәtinliklәrә görә dәyişәrsә,
dәyәrsizlәşmәnin uçotu şәrtlәrin dәyişmәsindәn әvvәlki effektiv faiz dәrәcәsinә әsaslanır. Şәrtlәrinә
yenidәn baxılmış aktivin tanınmasının dayandırılması zamanı risk vә faydalar әhәmiyyәtli dәrәcәdә
dәyişәrsә, yeni aktiv әdalәtli dәyәrlә tanınır. Bu, adәtәn ilkin vә yeni gözlәnilәn nağd pul axınlarının cari
dәyәrlәri arasındakı fәrq әhәmiyyәtli olduqda müşahidә olunur.
Aktivin balans dәyәrini effektiv faiz dәrәcәsilә diskont edilmiş gәlәcәk pul vәsaitlәri hәrәkәtinin cari
dәyәrinә (kreditlәr üzrә baş vermәmiş gәlәcәk zәrәrlәr istisna olmaqla) bәrabәrlәşdirmәk üçün aktivlәr
üçün dәyәrsizlәşmә üzrә zәrәrlәr ehtiyat hesablarında qeydә alınır. Girov qoyulmuş maliyyә aktivi üzrә
tәxmin edilәn gәlәcәk pul vәsaitlәri hәrәkәtinin cari dәyәrinin hesablanması girovun әldә edilmәsi vә
satılması xәrclәri çıxılmaqla, girov nәticәsindә yarana bilәn (girovun olub-olmaması ehtimal edildikdә)
pul vәsaitlәrinin hәrәkәtini әks etdirir.
Dәyәrsizlәşmә üzrә zәrәrin mәblәği sonrakı dövrdә baş vermiş hadisәyә görә azalarsa vә hәmin
azalma obyektiv olaraq zәrәrin qeydә alınmasından sonra baş vermiş hadisәyә (mәsәlәn, borcalanın
kredit reytinqinin artması kimi) aid edilәrsә, әvvәl qeydә alınmış dәyәrsizlәşmә üzrә zәrәr il üzrә
mәnfәәt vә zәrәr hesabına yaradılmış ehtiyata düzәliş etmәklә bәrpa edilir.
“Synergy Group” MMC
31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr
(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir)
13
3
Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı)
Aktivlәr qaytarıla bilmәdikdә onlar, aktivin vә ya onun hissәsinin bәrpa olunması üçün bütün zәruri
prosedurların tamamlanmasından vә zәrәrin mәblәğinin müәyyәn edilmәsindәn sonra müvafiq zәrәr
ehtiyatından silinir. Әvvәllәr silinmiş mәblәğlәrin bәrpa edilmәsi il üzrә mәnfәәt vә ya zәrәrdә
dәyәrsizlәşmә üzrә zәrәrin azaldılması kimi uçota alınır.
Qabaqcadan ödәnişlәr. Qabaqcadan ödәnişlәr dәyәrsizlәşmә üzrә ehtiyat çıxılmaqla maya dәyәrindә
uçota alınır. Qabaqcadan ödәnişә aid olan mal vә xidmәtlәrin bir ildәn sonra әldә edilmәsi gözlәnildikdә
vә ya qabaqcadan ödәniş, ilkin uçot zamanı uzunmüddәtli aktiv kimi tәsniflәşdirilәn aktivә aid olduqda,
qabaqcadan ödәniş uzunmüddәtli aktiv kimi tәsniflәşdirlir. Aktivlәrin alınması üçün qabaqcadan
ödәnişlәr, Qrupun hәmin aktiv üzrә nәzarәti әldә etdiyi halda vә hәmin aktivlә bağlı gәlәcәk iqtisadi
sәmәrәnin Qrupa daxil olması ehtimal edildikdә, hәmin aktivin balans dәyәrinә köçürülür. Digәr
qabaqcadan ödәnişlәr, qabaqcadan ödәnişlәrә aid olan mal vә xidmәtlәr әldә edildikdә mәnfәәt vә
zәrәr hesabatına silinir. Qabaqcadan ödәnişlәrә aid olan aktivlәr, mal vә xidmәtlәrin әldә
edilmәyәcәyinә dair әlamәt mövcud olduqda, qabaqcadan ödәnişin balans dәyәri silinir vә müvafiq
dәyәrsizlәşmә üzrә zәrәr il üzrә mәnfәәt vә zәrәrә aid edilir. Qısamüddәtli qabaqcadan ödәnişlәr
debitor borclarına aid edilir.
Pul vәsaitlәri vә onların ekvivalentlәri. Pul vәsaitlәri vә onların ekvivalentlәri pul vәsaitlәrinin
әvvәlcәdәn mәlum olan mәblәğinә asan çevrilә bilәn vә dәyәrin cüzi dәyişmәsi kimi riskә mәruz qalan
qoyuluşlardır. Pul vәsaitlәri vә onların ekvivalentlәrinә Mәrkәzi Bankdakı mәcburi ehtiyatlar vә ilkin
ödәniş müddәti üç aydan az olan banklararası depozitlәr daxildir. Verilmә tarixindә istifadәsi üç aydan
çox müddәtә mәhdudlaşdırılmış vәsaitlәr pul vәsaitlәri vә onların ekvivalentlәrinә aid edilmir. Pul
vәsaitlәri vә onların ekvivalentlәri amortizasiya edilmiş dәyәrdә qeydә alınır.
Mәrkәzi Bankda yerlәşdirilmiş mәcburi ehtiyatlar. Mәrkәzi Bankda yerlәşdirilmiş mәcburi ehtiyatlar
amortizasiya edilmiş dәyәrdә qeydә alınmaqla, Qrupun gündәlik әmәliyyatlarını maliyyәlәşdirmәk üçün
nәzәrdә tutulmayan mәcburi ehtiyat depozitlәrini әks etdirir vә bu sәbәbdәn pul vәsaitlәrinin hәrәkәti
haqqında hesabatın tәrtib edilmәsi mәqsәdilә pul vәsaitlәri vә onların ekvivalentlәrinә aid edilmir.
Banklardan alınacaq vәsaitlәr. Banklardan alınacaq vәsaitlәr müәyyәn edilmiş vә ya müәyyәn edilә
bilәn tarixlәrdә ödәnilmәk şәrtilә Qrup tәrәfindәn qarşı tәrәf banklara avans şәklindә nağd pul verildiyi
zaman qeydә alınır. Bu zaman, Qrup yaranmış sәrbәst surәtdә alınıb satıla bilmәyәn qeyri-derivativ
debitor borcları üzrә alqı-satqı әmәliyyatı aparmaq niyyәtindә olmur. Banklardan alınacaq vәsaitlәr
amortizasiya edilmiş dәyәrlә әks etdirilir.
Müştәrilәrә verilmiş kreditlәr vә avanslar. Müştәrilәrә verilmiş kreditlәr vә avanslar müәyyәn edilmiş
vә ya müәyyәn edilә bilәn tarixlәrdә ödәnilmәk şәrtilә Qrup tәrәfindәn müştәrilәrә avans şәklindә nağd
pul verildiyi zaman qeydә alınır. Bu zaman Qrup yaranmış sәrbәst surәtdә alınıb satıla bilmәyәn qeyri-
derivativ debitor borcları üzrә alqı-satqı әmәliyyatı aparmaq niyyәtindә olmur. Müştәrilәrә verilmiş
kreditlәr vә avanslar amortizasiya edilmiş dәyәrlә әks etdirilir.
Kreditlәrlә bağlı digәr öhdәliklәr. Qrup kreditlәrin verilmәsi üçün maliyyә zәmanәtlәri vә öhdәliklәri
buraxır. Maliyyә zәmanәtlәri müştәrinin üçüncü şәxslәr qarşısında öz öhdәliklәrini yerinә yetirә
bilmәdiyi vә kreditlәr kimi eyni kredit riskinә mәruz qaldığı halda, ödәnişlәrin aparılması üzrә dәyişilmәz
öhdәliklәri әks etdirir. Kreditlәrin verilmәsi üzrә maliyyә zәmanәtlәri vә öhdәliklәri әvvәlcә qaydaya görә
әldә edilmiş komissiya gәlirlәri ilә tәsdiqlәnәn әdalәtli dәyәrlә qeydә alınır. Hәmin mәblәğ öhdәliyin
qüvvәdә olduğu müddәt әrzindә düz xәtt metodu ilә amortizasiya edilir. Bu metod Qrupun xüsusi kredit
müqavilәsi imzalayacağı vә onu qısa müddәtdә satmayacağı ehtimal edildikdә tәtbiq edilmir; bu cür
kreditlәrin verilmәsi öhdәliklәri üzrә komissiya gәlirlәri tәxirә salınmaqla, kreditin ilkin uçotu zamanı
onun balans dәyәrinә daxil edilir. Hәr bir hesabat dövrünün sonunda öhdәliklәr (i) ilkin uçot zamanı
amortizasiya olunmamış mәblәğin qalığı vә (ii) hәr bir hesabat dövrünün sonunda öhdәliyin yerinә
yetirilmәsi üçün tәlәb olunan xәrclәr üzrә әn yaxşı tәxminlәrdәn daha yüksәk olanı ilә ölçülür.
Digәr qiymәtli kağızlar. Bu kateqoriyaya müәyyәn edilmiş vә ya müәyyәn edilә bilәn ödәnişlәri vә
ödәmә müddәti olan sәrbәst surәtdә alınıb satılan qeyri-derivativ maliyyә aktivlәri daxildir. Rәhbәrlik
digәr qiymәtli kağızları ilkin tanınma zamanı tәsniflәşdirir vә bu tәsniflәşdirmәnin uyğunluğunu hәr bir
hesabat dövrünün sonunda yenidәn nәzәrdәn keçirir. Digәr qiymәtli kağızlar amortizasiya edilmiş
dәyәrdә qeydә alınır vә BMS 39-a uyğun olaraq kreditlәr vә debitor borcları kimi tәsniflәşdirilir.