٨
xil edilmişdir. Dәrnәyin bәzi üzvlәrinin
söylәyicilәrdәn topla-
dığı materiallarda qaynaq mәlumatlar әtraflı verilmişdir.
Diqqәtә çatdırmaq istәyirik ki, kitabda “Tәbriz-Qaradağ
aşıq mühiti” bölmәsinә dә yer verilmişdir. Mәqsәdimiz aşıq
yaradıcılığı ilә mәşğul olan tәdqiqatçıları Tәbrizdә yaşayıb-ya-
radan aşıqlar haqqında qısaca da olsa, mәlumatlandırmaqdır.
Ümumiyyәtlә, biz bu işin hәyata keçirilmәsinә gec başla-
dıq. Buna görә dә dәrnәyimizin bütün üzvlәrinin toplaya bilә-
cәyi materialları vaxtında bir araya gәtirmәk mümkün olmadı.
Bu kitabın әrsәyә gәlmәsindә bir çox xeyirxah insanların
zәhmәtini xüsusilә qeyd etmәk istәrdik. Әli Cәngcuy Xalidaba-
di işlәrin sürәtlәndirilmәsindә önәmli rol oynamışdır. Mәsumә
xanım Şәqaqi bir çox mәtnlәrin kompyuterdә latın әlifbası ilә
yığılmasında çox әmәk sәrf etmişdir. Zeynәb xanım Mәdәdi
Nigaristan hazır mәtnlәrin korrektә olunmasında yaxından işti-
rak etmişdir. Әli Bәrazәndә Türk böyük hәcmdә materialların
toplanmasından başqa, mәtnlәrin kompyuterdә yığılaraq qrup-
laşdırılması işinә dә çox kömәk etmişdir.
Kitabda yer alan folklor nümunәlәrindә rast gәldiyimiz
dialekt sözlәrinin, elәcә dә әrәb vә fars sözlәrinin lüğәtini re-
daktor hazırlamışdır. Hәmçinin Folklor İnstitutunun әmәkdaş-
ları – Aynurә Sәfәrova, Nurlana Mәmmәdova, Aygün Balaye-
va kitabın nәşrә hazırlanmasında yaxından iştirak etmişlәr.
“El bilimi” dәrnәyi olaraq şifahi xalq yaradıcılığı nümunә-
lәrinin toplanması kimi müqәddәs vә böyük bir işin hәyata ke-
çirilmәsindә çox zәhmәti olan, burada adları çәkilәn vә çәkil-
mәyәn cәfakeş insanlara tәşәkkür etmәyi özümüzә borc bilirik.
Kazım ABBASİ
“El bilimi” dәrnәyinin üzvü
Tәbriz – 25/8/2008
٩
UŞAQ FOLKLORU
NAZLAMALAR
A dağdağannar,
Bülbül qoğannar,
Oğlan doğannar,
Bu balama qurban.
Ağ әllәr, ağ bilәhlәr,
Baxçada qar kürәhlәr.
Eşidәr atası gәlir,
Gah yerir, gah imәhlәr.
Allah, bunnan beş oleydi,
Evlәr-eşihlәrdә oleydi,
Alәmdә beş-beş olanda
Bizdә on beş oleydi.
Anan tel düzәr sәnә,
Bacın gül bәzәr sәnә.
Tarıdan arzum budu,
Dәymiyә nәzәr sәnә.
Anan tel düzәr sәnә,
Bacın gül düzәr sәnә,
Tarıdan әhdim budu,
Nәzәr dәymәsin sәnә.
Anni (alnı) var at meydanı,
At minib çapmağım gәli.
Qaşları tir kәman kimin,
Ox vurub atmağım gәli.
Ay belә tәk-tәk doğar,
Gün belә tәk-tәk doğar.
Sәnin kimi oğlanı
Analar tәk-tәk doğar.
Atım, tutum balamı,
Şәkәrә qatım balamı,
Babası evә gәlәndә
Qabağa tutum balamı.
Baxcalar bağa dönsün,
Bağım yaylağa dönsün.
Bir kәlimә söz danış,
Ürәyim dağa dönsün.
Baxçamızda miyana,
Gül üstündә dayana.
Oxu, bülbülüm, oxu,
Bәlkә, balam oyana.
Bal olar, bal(qan) olar,
Yel әsәr, fәğan olar.
Bala gәzәn yerlәrә
Analar qurban olar.
١١
Boya-buxuna dol, gәz,
Boynuma dola qol, gәz.
Cәvannar seyrә gedәr,
Sәn dә bir iyit ol, gәz.
Bu kimdi, kimdi, kimdi,
Tellәri büküm-bükümdi,
Atası deyәr, mülkümdi,
Anası deyәr, ilkimdi.
Çaydakı qazlar
Tükün tarazdar,
Nişannı qızdar
Bu balama qurban.
Uşağın әllәrindәn tutub çәpik çaldırıb bu sözlәri deyәrlәr:
Çapan-çәpan әllәri,
İpәk yapan әllәri.
Çәpan-çәpan әllәri,
Ağrımasın әllәri.
Ağrısa da ağrısın
Özgәlәrin әllәri.
Çәkdim cәfasın,
Gördüm vәfasın,
Böyütdüm onu
Sürüm sәfasın.
Çıxaram yol düzünә,
Baxaram gül üzünә.
Hәr nәnәnin balası
Şirin olar özünә.
Dadlı qızam, gәlin alın,
Kәbinimә kәtdәr salın.
Bir dana qızam gәlin alın,
Kәbinim
ә yüz kәt salın.
Dağ başında qalam var,
Ürәyimdә yaram var,
Xәlqin dövlәti-malı,
Mәnim dә bir balam var.
Dağda darılar,
Sünbül-sarılar,
Qoca qarılar
Bu balama qurban.
Dağda inәhlәr,
Otdar, imәhlәr.
O xonçalı bәylәr
Bu balama qurban.