9
Tapşırıqvermә
Çalışmalar
Valideynlәrlә vә digәr fәnn müәllimlәri ilә
әmәkdaşlıq
Söhbәt, sorğu vәrәqi (şagirdin evdә vә ya mәktәbdәki
fәaliyyәti ilә bağlı suallar yazılmış vәrәq)
Dinlәmә üzrә qeydiyyat vәrәqi
Oxu
Oxu üzrә qeydiyyat vәrәqi
Yazı Yazı bacarıqlarının inkişafı üzrә qeydiyyat vәrәqi
Layihә
Şagirdlәrin tәqdimatı vә müәllim tәrәfindәn müәyyәn
olunmuş meyar cәdvәli
Rubrik
Nailiyyәt sәviyyәlәri üzrә qiymәtlәndirmә şkalası
Şifahi vә yazılı tәqdimat
Meyar cәdvәli
Test
Test tapşırıqları
Özünüqiymәtlәndirmә
Özünüqiymәtlәndirmә vәrәqlәri
Formativ qiymәtlәndirmә aparmaq üçün rubriklәrdәn istifadә olunur. Rubrik xüsusi növ qiymәtlәn-
dirmә şkalasıdır. O, iki әsas suala cavab verir:
• “Mәn nәyi qiymәtlәndirmәliyәm?” (obyekt, mәzmun, aspektlәr, tәrәflәr, xüsusiyyәtlәr);
• “Aşağı, orta, yuxarı nailiyyәt sәviyyәlәrinin xüsusiyyәtlәrini necә bilmәk olar?”
Rubrik vasitәsilә qiymәtlәndirmә nәticәsindә şagirdlәrin keçilmiş materialı necә mәnimsәdiklәrini,
buraxdıqları xarakterik sәhvlәri müәyyәn etmәk, növbәti dәrsdә qarşıya çıxa bilәcәk problemlәr
üzәrindә görülәcәk işlәri dәqiqlәşdirmәk olar.
Qiymәtlәndirmә şkalası nailiyyәt sәviyyәlәrinә qiymәt (bal) verilmәsi üçün mexanizmdir. Rubriklә-
rin hazırlanması üçün әvvәlcә dәrsin mәqsәdlәri müәyyәn olunmalıdır. Qiymәtlәndirmәnin formala-
rından biri seçilmәlidir (diaqnostik, formativ vә ya summativ).
Müәllimlәr üçün rubriklәrin üstün cәhәtlәri
Rubriklәr qiymәtlәndirmәnin daha әdalәtli, obyektiv, etibarlı vә ardıcıl olmasına imkan verir.
Rubriklәr tәlәb edir ki, müәllimlәr müvafiq şәrtlәr üzrә öz meyarlarını müәyyәnlәşdirsinlәr.
Rubriklәr müәllimlәri tәdrisin sәmәrәliliyi ilә bağlı faydalı mәlumatlarla tәmin edir.
Rubriklәr keyfiyyәt sәviyyәlәrinin intervalı vasitәsilә müxtәlif qabiliyyәtli şagirdlәrin olduğunu
nәzәrә alır.
Sәviyyәlәr üzrә tәsvirlәrin hazırlanması üçün tәlimat:
1. Qısa vә sadә tәrzdә, şagirdin anlayacağı sadә dildәn istifadә edilmәlidir.
2. Müqayisәli vә ya normativ dildәn fәrqli olaraq deskriptiv dildәn istifadә edin. Pis, orta, kafi,
yaxşı, әla kimi qeyri-müәyyәn deskriptorlardan uzaq durulmalıdır.
3. Sәviyyә deskriptorları müşahidә oluna bilәn davranışlar vә ya nәticәnin xüsusiyyәtlәri baxı-
mından mümkün dәrәcәdә ifadә edilmәlidir.
4. Qiymәtlәndirmә sәviyyәlәri arasında sәrhәd aydın olmalıdır, üst-üstә düşmәmәlidir.
5. Şkala şagird nailiyyәtlәri intervalını tam әhatә etmәlidir.
6. Tәsvirlәrin mәzmunu nailiyyәt sәviyyәlәri üzrә eyni formalı tәrtib edilmәlidir.
7. Fәaliyyәt sәviyyәlәri bütün aspektlәr üzrә uyğun olmalıdır (mәsәlәn: bir aspekt üzrә “4” qiy-
mәti digәr aspekt üzrә “4” qiymәti ilә müqayisә oluna bilmәlidir).
8. Әvvәlcә “әn yüksәk”, sonra “әn aşağı” sәviyyәlәr, sonda “aralıq” sәviyyәlәr tәsvir edilmәlidir.
9. Әn yüksәk sәviyyә: yüksәk tәlәbkarlığa malik, bununla yanaşı, real olmalıdır.
10. Әn aşağı sәviyyә: yalnız çatışmazlıqları deyil, hәmçinin minimal nailiyyәtin xüsusiyyәtlәrini әks
etdirmәlidir.
Summativ qiymәtlәndirmә tәhsilin hәr hansı mәrhәlәsindә (tәdris vahidinin, yarımilin vә ilin
sonunda) şagirdlәrin әldә etdiklәri nailiyyәtlәrin qiymәtlәndirilmәsidir. Summativ qiymәtlәndirmә
mәzmun standartlarının mәnimsәmә sәviyyәsinin etibarlı göstәricisidir.
Summativ qiymәtlәndirmә kiçik summativ vә böyük summativ qiymәtlәndirmәdәn ibarәtdir.
Kiçik summativ qiymәtlәndirmә (KSQ) bәhs vә ya bölmәlәrin sonunda müәllim tәrәfindәn, böyük
Çap üçün deyil
10
summativ qiymәtlәndirmә (BSQ) isә yarımillәrin sonunda mәktәb rәhbәrliyinin vә ya mәktәbdә ya-
radılan müvafiq komissiyanın nәzarәti ilә fәnni tәdris edәn müәllim tәrәfindәn aparılır. Summativ
qiymәtlәndirmәnin nәticәlәri rәsmidir vә keçirildiyi tarixdә sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymәtlәndirmә fәnn kurikulumları tәtbiq olunan siniflәrdә bәhs vә ya bölmәlәrin
sonunda altı hәftәdәn gec olmayaraq müәllim tәrәfindәn keçirilir. Onun nәticәlәri yarımillik qiymәt-
lәrin hesablanmasında nәzәrә alınır.
Kiçik summativ qiymәtlәndirmә vasitәlәri (test, tapşırıq, yazı işlәri vә s.) fәnni tәdris edәn müәllim
tәrәfindәn hazırlanır.
Böyük summativ qiymәtlәndirmә yarımillәrin sonunda tәhsil müәssisәsinin rәhbәrliyi tәrәfindәn
yaradılan müvafiq komissiyanın nәzarәti ilә fәnni tәdris edәn müәllim tәrәfindәn aparılır. Ona görә
dә metodik vәsaitdә böyük summativ qiymәtlәndirmә üçün testlәrin nümunәsi verilmәyib.
Şagirdin illik qiymәti aşağıdakı cәdvәlә uyğun hesablanılır:
Şagirdin qiymәti düzgün cavabların maksimum bala nisbәti ilә faiz göstәricisinә uyğun
müәyyәnlәşdirilir:
№
Şagirdin yerinә yetirdiyi tapşırıqların
faizlә miqdarı
Şagirdin qiymәti
1
(0% - 40%)
2 (qeyri-kafi)
2
(40% - 60%)
3 (kafi)
3
(60% - 80%)
4 (yaxşı)
4
(80% - 100%)
5 (әla)
TӘSVİRİ İNCӘSӘNӘT FӘNNİ ÜZRӘ FORMATİV QİYMӘTLӘNDİRMӘ ZAMANI İSTİFADӘ
OLUNAN ÜSUL VӘ VASİTӘLӘR
FӘALİYYӘT
NÖVLӘRİ
ÜSULLAR
VASİTӘLӘR
Müşahidәetmә
Müşahidә (müәllim şagirdlә-
rin fәaliyyәtini müşahidә edә-
rәk qiymәtlәndirir).
Müşahidә vәrәqi (şagirdin tәlim fәaliyyәtin-
dәn gözlәnilәn nәticәni әks etdirәn meyarların
yazıldığı cәdvәl):
natura, tәbiәt, interyer, meyvә, tәrәvәz, mәişәt
әşyaları vә s.
Tәsviri incәsәnәt әsәrlәri (rәsm vә heykәltәraş-
lıq nümunәlәri).
Dekorativ-tәtbiqi sәnәt nümunәlәri (ağac üzә-
rindә oyma, xalçaçılıq, bәdii tikmә, parça, mis-
gәrlik, zәrgәrlik, keramika, milli geyimlәr).
Tapşırıqvermә
Tәsviri sәnәt әsәrlәri, rәsm işlәri
Nәzәri tapşırıqlar
Tәsvirlәrin
tәhlili
Sәnәt әsәrlәrinin izahı, müqa-
yisәsi, şәrhi, tәhlili
Tәsviri (reproduksiya, fotoşәkil vә s.) vә deko-
rativ sәnәt әsәrlәrinә (ağac
üzәrindә oyma,
xalçaçılıq, bәdii tikmә, parça, misgәrlik, zәr-
gәrlik, keramika, milli geyimlәr) münasibәt
Çap üçün deyil