Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

 



9

Tapşırıqvermә  

Çalışmalar  

Valideynlәrlә vә digәr fәnn müәllimlәri ilә 

әmәkdaşlıq  

Söhbәt, sorğu vәrәqi (şagirdin evdә vә ya mәktәbdәki 

fәaliyyәti ilә bağlı suallar yazılmış vәrәq)  

Dinlәmә üzrә qeydiyyat vәrәqi  

Oxu 

Oxu üzrә  qeydiyyat vәrәqi  



Yazı Yazı bacarıqlarının inkişafı üzrә qeydiyyat vәrәqi  

Layihә  


Şagirdlәrin tәqdimatı vә müәllim tәrәfindәn müәyyәn 

olunmuş meyar cәdvәli  

Rubrik  

Nailiyyәt sәviyyәlәri üzrә qiymәtlәndirmә şkalası  

Şifahi vә yazılı tәqdimat  

Meyar cәdvәli  

Test  

Test  tapşırıqları  



Özünüqiymәtlәndirmә  

Özünüqiymәtlәndirmә vәrәqlәri  

Formativ qiymәtlәndirmә aparmaq üçün rubriklәrdәn istifadә olunur. Rubrik xüsusi növ qiymәtlәn-

dirmә şkalasıdır. O, iki әsas suala cavab verir: 

•  “Mәn nәyi qiymәtlәndirmәliyәm?” (obyekt, mәzmun, aspektlәr, tәrәflәr, xüsusiyyәtlәr); 

•  “Aşağı, orta, yuxarı nailiyyәt sәviyyәlәrinin xüsusiyyәtlәrini necә bilmәk olar?” 

Rubrik vasitәsilә qiymәtlәndirmә nәticәsindә şagirdlәrin keçilmiş materialı necә mәnimsәdiklәrini, 

buraxdıqları xarakterik sәhvlәri müәyyәn etmәk, növbәti dәrsdә qarşıya çıxa bilәcәk problemlәr 

üzәrindә görülәcәk işlәri dәqiqlәşdirmәk olar. 

Qiymәtlәndirmә şkalası nailiyyәt sәviyyәlәrinә qiymәt (bal) verilmәsi üçün mexanizmdir. Rubriklә-

rin hazırlanması üçün әvvәlcә dәrsin mәqsәdlәri müәyyәn olunmalıdır. Qiymәtlәndirmәnin formala-

rından biri seçilmәlidir (diaqnostik, formativ vә ya summativ).  



 

Müәllimlәr üçün rubriklәrin üstün cәhәtlәri 

 

Rubriklәr qiymәtlәndirmәnin daha әdalәtli, obyektiv, etibarlı vә ardıcıl olmasına imkan verir. 



 

Rubriklәr tәlәb edir ki, müәllimlәr müvafiq şәrtlәr üzrә öz meyarlarını müәyyәnlәşdirsinlәr. 

 

Rubriklәr müәllimlәri tәdrisin sәmәrәliliyi ilә bağlı faydalı mәlumatlarla tәmin edir. 



 

Rubriklәr keyfiyyәt sәviyyәlәrinin intervalı vasitәsilә müxtәlif qabiliyyәtli  şagirdlәrin olduğunu 

nәzәrә alır. 

 

Sәviyyәlәr üzrә tәsvirlәrin hazırlanması üçün tәlimat: 

1.  Qısa vә sadә tәrzdә, şagirdin anlayacağı sadә dildәn istifadә edilmәlidir. 

2.  Müqayisәli vә  ya  normativ  dildәn fәrqli olaraq deskriptiv dildәn istifadә edin. Pis, orta, kafi, 

yaxşı, әla kimi qeyri-müәyyәn deskriptorlardan uzaq durulmalıdır. 

3.  Sәviyyә deskriptorları müşahidә oluna bilәn davranışlar vә ya nәticәnin xüsusiyyәtlәri baxı-

mından mümkün dәrәcәdә ifadә edilmәlidir. 

4.  Qiymәtlәndirmә sәviyyәlәri arasında sәrhәd aydın olmalıdır, üst-üstә düşmәmәlidir. 

5.  Şkala şagird nailiyyәtlәri intervalını tam әhatә etmәlidir. 

6.  Tәsvirlәrin mәzmunu nailiyyәt sәviyyәlәri üzrә eyni formalı tәrtib edilmәlidir. 

7.  Fәaliyyәt sәviyyәlәri bütün aspektlәr üzrә uyğun olmalıdır (mәsәlәn: bir aspekt üzrә “4” qiy-

mәti digәr aspekt üzrә “4” qiymәti ilә müqayisә oluna bilmәlidir). 

8.  Әvvәlcә “әn yüksәk”, sonra “әn aşağı” sәviyyәlәr, sonda “aralıq” sәviyyәlәr tәsvir edilmәlidir. 

9.  Әn yüksәk sәviyyә: yüksәk tәlәbkarlığa malik, bununla yanaşı, real olmalıdır. 

10.  Әn aşağı sәviyyә: yalnız çatışmazlıqları deyil, hәmçinin minimal nailiyyәtin xüsusiyyәtlәrini әks 

etdirmәlidir. 

 

Summativ qiymәtlәndirmә  tәhsilin hәr hansı  mәrhәlәsindә (tәdris vahidinin, yarımilin vә ilin 

sonunda)  şagirdlәrin  әldә etdiklәri nailiyyәtlәrin qiymәtlәndirilmәsidir. Summativ qiymәtlәndirmә 

mәzmun standartlarının mәnimsәmә sәviyyәsinin etibarlı göstәricisidir. 

Summativ qiymәtlәndirmә kiçik summativ vә böyük summativ qiymәtlәndirmәdәn ibarәtdir.  

Kiçik summativ qiymәtlәndirmә (KSQ) bәhs vә ya bölmәlәrin sonunda  müәllim tәrәfindәn, böyük 

Çap üçün deyil



 

 

 



10

summativ qiymәtlәndirmә (BSQ) isә yarımillәrin sonunda mәktәb rәhbәrliyinin vә ya mәktәbdә ya-

radılan müvafiq komissiyanın nәzarәti ilә fәnni tәdris edәn müәllim tәrәfindәn aparılır. Summativ 

qiymәtlәndirmәnin nәticәlәri rәsmidir vә  keçirildiyi tarixdә sinif jurnalında qeyd olunur. 

Kiçik summativ qiymәtlәndirmә fәnn kurikulumları tәtbiq olunan siniflәrdә bәhs vә ya bölmәlәrin 

sonunda altı hәftәdәn gec olmayaraq müәllim tәrәfindәn keçirilir. Onun nәticәlәri yarımillik qiymәt-

lәrin hesablanmasında nәzәrә alınır. 

Kiçik summativ qiymәtlәndirmә vasitәlәri (test, tapşırıq, yazı işlәri vә s.) fәnni tәdris edәn müәllim 

tәrәfindәn hazırlanır. 

Böyük summativ qiymәtlәndirmә yarımillәrin sonunda tәhsil müәssisәsinin rәhbәrliyi tәrәfindәn 

yaradılan müvafiq komissiyanın nәzarәti ilә fәnni tәdris edәn müәllim tәrәfindәn aparılır. Ona görә 

dә metodik vәsaitdә böyük summativ qiymәtlәndirmә üçün testlәrin nümunәsi verilmәyib. 

Şagirdin illik qiymәti aşağıdakı cәdvәlә uyğun hesablanılır:  

 

              



 

Şagirdin qiymәti düzgün cavabların maksimum bala nisbәti ilә faiz göstәricisinә uyğun 

müәyyәnlәşdirilir:  

 

 



№ 

Şagirdin yerinә yetirdiyi tapşırıqların 

faizlә miqdarı 

Şagirdin qiymәti 

(0% - 40%) 



2 (qeyri-kafi) 

(40% - 60%) 



3 (kafi) 

(60% - 80%) 



4 (yaxşı) 

(80% - 100%) 



5 (әla) 

 

TӘSVİRİ İNCӘSӘNӘT FӘNNİ ÜZRӘ FORMATİV QİYMӘTLӘNDİRMӘ ZAMANI İSTİFADӘ 



OLUNAN ÜSUL VӘ VASİTӘLӘR 

 

FӘALİYYӘT 



NÖVLӘRİ 

ÜSULLAR 

VASİTӘLӘR 

 

 

 

 

 

Müşahidәetmә 

Müşahidә  (müәllim  şagirdlә-

rin fәaliyyәtini müşahidә edә-

rәk qiymәtlәndirir). 

   


Müşahidә  vәrәqi  (şagirdin tәlim fәaliyyәtin-

dәn gözlәnilәn nәticәni  әks etdirәn meyarların 

yazıldığı cәdvәl): 

natura, tәbiәt, interyer, meyvә, tәrәvәz, mәişәt 

әşyaları vә s. 

Tәsviri incәsәnәt әsәrlәri (rәsm vә heykәltәraş-

lıq nümunәlәri). 

Dekorativ-tәtbiqi sәnәt nümunәlәri (ağac üzә-

rindә oyma, xalçaçılıq, bәdii tikmә, parça, mis-

gәrlik, zәrgәrlik, keramika, milli geyimlәr). 



Tapşırıqvermә 

Tәsviri sәnәt әsәrlәri, rәsm işlәri 

                                 Nәzәri tapşırıqlar 



 

 

 

Tәsvirlәrin 

tәhlili 

Sәnәt әsәrlәrinin izahı, müqa-

yisәsi, şәrhi, tәhlili 

 

Tәsviri (reproduksiya, fotoşәkil vә s.) vә deko-



rativ sәnәt  әsәrlәrinә (ağac üzәrindә oyma

xalçaçılıq, bәdii tikmә, parça, misgәrlik, zәr-

gәrlik, keramika, milli geyimlәr) münasibәt 

Çap üçün deyil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə