Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

 

 



17

MӘLUMAT MÜBADİLӘSİ 

 

Qrup üzvləri çəkdikləri rəsmi təqdim edir, qrup adından rəsmdə olan gözəllikləri, onların yaratdığı 



əhval-ruhiyyəni öz sözləri ilə ifadə edirlər. Qruplar təriflər, suallar və təkliflər üsulundan istifadə etməklə 

bir-birilərinin təsvirlərini müzakirə edirlər.   



 

MӘLUMAT MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ 

 

Təqdim olunan rəsmlə bağlı sinfə müraciət olunur: 



– Rəsmi çəkən zaman nəyə fikir verdiniz? 

– Sizdə hansı əhvali-ruhiyyə yarandı? 



 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ 

 

– Yaxşı müşahidəçi kimdir?  



– Siz hansı yeni məlumat əldə etdiniz? (Gözəllik bizim ətrafımızdadır, onu müşahidə etməyi bacarmaq 

lazımdır). 

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:  

– Gözəlliyi çox axtarmaq lazım deyil. O, bizim yanımızdadır. Ona görə də təbiətin yaratdığı gözəllikləri 

müşahidə etmək və ondan zövq almağı bacarmaq lazımdır.  

Bizə gözəllik bəxş edən rəssamlarımızın  əməyini də unutmamalıyıq. Yaxşı  rəssam olmaq üçün yaxşı 

müşahidəçi olmaq lazımdır.  

 

YARADICI TӘTBİQETMӘ 

 

“Yay fəsli” mövzusunda istənilən rəssamın əsərini təhlil etmək.  



 

QİYMӘTLӘNDİRMӘ  

Qiymətləndirmə meyarları: 

•  İzahetmə; 

•  Təsviretmə (sadə və rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, quaş və ya akvarel); 

•  Münasibətbildirmə. 

 

I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Təbiət haqqında bildik-

lərini izah edir. 

Təbiətin cəmiyyətdə ro-

lunu suallar əsasında 

izah edir. 

Təbiətin cəmiyyətdə ro-

lunu rəssam əsərləri əsa-

sında izah edir. 

Təbiətin cəmiyyətdə ro-

lunu izah edir. 

Sadə və rəngli karandaş-

larla yay fəslini təsvir 

edir, lakin flomaster, 

pastel tabaşirlər, quaş və 

ya akvarellə təsvirində 

çətinlik çəkir. 

Sadə və rəngli karandaş-

larla, flomasterlərlə, pas-

tel tabaşirlərlə yay fəsli-

ni təsvir edir, lakin quaş 

və ya akvareldən istifadə 

etməkdə çətinlik çəkir.  

Sadə və rəngli karandaş-

larla, flomasterlərlə, pas-

tel tabaşirlərlə, quaş və 

ya akvarellə yay fəslini 

müəllimin köməyi ilə 

təsvir edir. 

Sadə və rəngli karandaş-

larla, flomasterlərlə, pas-

tel tabaşirlərlə, quaş və 

ya akvarellə yay fəslini 

sərbəst təsvir edir. 

 

“Yay fəsli”nə aid veril-



miş  təsviri sənət nümu-

nələrinin onda yaratdığı 

əhval-ruhiyyəni yaş  sə-

viyyəsinə uyğun şərh et-

məkdə çətinlik çəkir. 

“Yay fəsli”nə aid veril-

miş  təsviri sənət nümu-

nələrinin onda yaratdığı 

əhval-ruhiyyəni yaş  sə-

viyyəsinə uyğun suallar 

əsasında şərh edir.  

“Yay fəsli”nə aid veril-

miş  təsviri sənət nümu-

nələrinin onda yaratdığı 

əhval-ruhiyyəni yaş  sə-

viyyəsinə uyğun qısa 

sözlərlə şərh edir. 

“Yay fəsli”nə aid veril-

miş  təsviri sənət nümu-

nələrinin onda yaratdığı 

əhval-ruhiyyəni yaş  sə-

viyyəsinə uyğun şərh et-

məklə ona münasibət 

bildirir. 



Çap üçün deyil


 

 

 



18

2. RƏSSAM HANSI MATERİALLARLA İŞLƏYİR   

 

Məşğələ növü 



naturadan rəsm 

Alt standart 

2.2.2.; 3.1.1. 

Təlim nəticəsi   

•  sadə  və  rəngli karandaşlar, pastel tabaşirlər, rəngli kağızlar, flomasterlər, 

plastilin və yaxud sulu boyalarla istənilən təsviri yaradır; 

•  verilmiş  təsviri və dekorativ sənət nümunələrinin onda yaratdığı  əhval-

ruhiyyəni yaş səviyyəsinə uyğun şərh etməklə ona münasibət bildirir. 

Dərsin tipi 

deduktiv 

İstifadə olunan iş formaları  qrup işi  

İstifadə olunan üsullar 

müzakirə, ziqzaq 

Fənlərarası inteqrasiya 

A-d.1.2.1.; H-b. 1.3.2.; 2.3.2.  

Təchizat 

müxtəlif təsvir materialları, onlarla çəkilmiş  əsərlər, qrupa bölmək üçün və-

rəqlər 


 

DƏRSİN GEDİŞİ 

 

MOTİVASİYA 

 

Müəllim yazı lövhəsində müxtəlif  əşyaların təsvirlərini – pozan, kitab, balta, termometr, boya, paltar, 



fotoaparat, molbert, vərəq asır və soruşur:  

–  Bu materiallardan hansılar rəsm zamanı istifadə olunur? (Pozan, boya, molbert, vərəq). 



 

Tədqiqat sualı: Rəssam iş vaxtı hansı təsvir materiallarından və necə istifadə edir? 

 Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.   



 

TӘDQİQATIN APARILMASI 

 

Akvarel, quaş, pastel, fırça təsvirləri olan şəkillərdən 4-5 nümunə hazırlanır və şagirdlərə paylanır. Eyni 



şəkilli şagirdlər bir yerdə – “doğma” qruplarda əyləşirlər. Hər “doğma” qrup 1-dən 5-ə qədər sayır. Sonra 

eyni rəqəmə malik olan şagirdlər “ekspert” qruplarda birlikdə otururlar. 1-ci “ekspert” qrupu akvarel, 2-ci 

“ekspert” qrupu quaş, 3-cü “ekspert” qrupu pastel, 4-cü “ekspert” qrupu palitra, 5-ci “ekspert” qrupu fırçalar 

haqqında dərslikdəki mövzudan məlumat toplayırlar. “Ekspert”lər dərslikdəki mətnin onlara aid hissələrini 

oxuyaraq müzakirələr aparırlar. Hər hansı  təsvir materialından istifadə edib istədikləri rəsmi çəkir, təsvir 

materialının işləmə qaydasını praktik şəkildə müəyyənləşdirirlər .   

Sonra “doğma” qrupa qayıdırlar. Hər ekspert bildiklərini yoldaşlarına danışır və nəticədə bütün qrupun 

rəssamın işlətdiyi materiallar haqqında məlumatı olur.  

Bundan başqa, şagirdlər materiallar arasında fərqi də müzakirə edərək, öyrəndiklərini təqdimat üçün və-

rəqdə lazımi formada tərtib edirlər.  

XQEOŞ-lər plastilindən çiçək yapa bilərlər.  

 

MӘLUMAT MÜBADİLӘSİ 

Hər qrupdan bir şagird rəssamın işlətdiyi materiallar haqqında məlumat verir. Sonra fikir mübadiləsi 

aparılır. Çəkdikləri rəsmi təqdim edirlər.  

 

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ 

– Rəngli karandaşla pastel tabaşirlərin fərqi nədir? Akvarellə quaşın fərqi nədir?  Fırça ilə necə işləmək 

olar?  

 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ 

  

Müəllim  şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bu məqsədlə onlar aşağıdakı  cədvəli fərdi 



şəkildə doldururlar.  

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə