Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

 

 



21

4. İSTİ VƏ SOYUQ RƏNGLƏR  

 

Məşğələ növü 



mövzu üzrə rəsm 

Alt standart 

2.2.1.; 3.1.1. 

Təlim nəticəsi 

• əsas rənglərdən alınmış çalarları adlandırır; 

• verilmiş isti və soyuq rənglərdə olan təsviri sənət nümunələrinin onda ya-

ratdığı əhvali-ruhiyyəni yaş səviyyəsinə uyğun şərh etməklə ona münasibət 

bildirir. 

Dərsin tipi 

induktiv 

İstifadə olunan iş formaları  qrup işi  

İstifadə olunan üsullar 

müzakirə 

Fənlərarası inteqrasiya 

A-d. 1.2.1.; Mus. 2.1.1. 

Təchizat 

akvarel, quaş, fırçalar, su, palitra 

 

DƏRSİN GEDİŞİ 



 

MOTİVASİYA 

 

Müəllim günəş və qar təsvirləri olan vərəqi yazı lövhəsindən asır və soruşur:  



–  Bunlar nədir və hansı rənglərdədir?  

–  Günəşə baxanda bizdə hansı hisslər oyanır? (fərziyyələr –  istilik hiss edirik). 

–  Qara baxanda hansı hisslər keçiririk? (fərziyyələr – soyuğu hiss edirik). 

–  Dərsimiz isti və soyuq rənglər haqqındadır. Qırmızı, narıncı, sarı  və onlardan alınan çalarlar isti, 

yaşıl, göy, bənövşəyi və onlardan alınan çalarlar isə soyuq rənglərdir.  

 

Tədqiqat sualı: İsti və soyuq rənglər arasında fərq nədədir?  

 Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir. 

 

TӘDQİQATIN APARILMASI 

 

Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Müəllim şagirdlərin sayına görə onları 1-ci qrup  pomidor,  



2-ci qrup limon, 3-cü qrup yarpaq, 4-cü qrup bənövşə gülünün şəkilləri ilə 5-6 nəfərdən ibarət 4 qrupa 

ayırır. Onlara sual verir: 

–  Sizə verdiyim cismin şəkli isti və ya soyuq rəngdədir? (1 və 2-ci qruplar – isti, 3 və 4-cü qruplar – soyuq). 

Qruplara aşağıdakı tapşırığı təhlil etməyi tapşırır:  

1 və 2-ci qruplar – Nadir Əbdürrəhmanov. “Dağlı qadın”; 

3 və 4-cü qruplar – Səttar Bəhlulzadə. “Kəpəzin göz yaşları”. 

Sonra müəllim hər bir qrupdan soruşur:  

– Təsviri yaratmaq üçün rəssam hansı rənglərdən istifadə edib? Niyə?  

– Əsərlər haqqında fikirlərinizi söyləyin.  

Suallara cavab alandan sonra şagirdlər qruplarda yaradıcı tapşırığa başlayırlar: hər qrup öz aralarında 

müzakirə edərək, isti və yaxud soyuq rənglərdə rəsm çəkəcəyinə qərar verir. Sonra rəng seçimini əsaslandı-

rırlar.  

 

MӘLUMAT MÜBADİLӘSİ 

 

 Qruplar işlərini nümayiş etdirirlər. Bu zaman rənglərin onlara təsiri haqqında da fikirlərini bildirirlər.   



 

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ 

 

– Soyuq rənglərə baxarkən hansı hissləri keçirirsiniz?   



– İsti rənglər sizə necə təsir edir?  

 

Çap üçün deyil


 

 

 



22

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ 

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:   

 İsti və soyuq rənglər arasında fərq nədədir?  

Sonra müəllim şagirdlərlə birlikdə deyilənləri ümumiləşdirir:  

– Rənglər isti və soyuq olur. İsti rənglər bizə istini, Günəşi, odu-alovu, isti səhraları xatırladır. Soyuq 

rənglər isə soyuğu, qarı, şaxta-sazağı xatırladır. Onlar bizim əhvali-ruhiyyəmizə də çox böyük təsir göstərir. 

İsti rənglər sevindirir, şənləndirir. Soyuq rənglər isə sirli görünür, sakitlik gətirir. Yaşıl rəng – ümid, sakitlik, 

bənövşəyi rəng – təəssüf, peşmanlıq və sadəlik, qırmızı rəng – əzəmət, calal, qələbə, narıncı rəng – gümrah-

lıq rəmzidir. 

 

YARADICI TӘTBİQETMӘ 

İsti və soyuq rənglərdən istifadə edərək aplikasiya düzəltmək. 



 

QİYMӘTLӘNDİRMӘ  

Qiymətləndirmə meyarları: 

•  Adlandırma; 

•  Münasibətbildirmə. 

I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Əsas rəngləri adlandırır. 

Əsas rənglərdən çalarla-

rın alınmasını bilir. 

Əsas rənglərdən alınmış 

çalarları praktiki tapşırıq 

əsasında adlandırır. 

Əsas rənglərdən alınmış 

çalarları adlandırır. 

Verilmiş isti və soyuq 

rənglərdə olan təsviri sə-

nət nümunələrinin onda 

yaratdığı  əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

şərh etməkdə çətinlik çə-

kir. 


Verilmiş isti və soyuq 

rənglərdə olan təsviri sə-

nət nümunələrinin onda 

yaratdığı  əhvali-ruhiyyəni 

yaş səviyyəsinə uyğun su-

allar əsasında şərh edir.  

Verilmiş isti və soyuq 

rənglərdə olan təsviri sə-

nət nümunələrinin onda 

yaratdığı  əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

qısa sözlərlə şərh edir. 

Verilmiş isti və soyuq 

rənglərdə olan təsviri sə-

nət nümunələrinin onda 

yaratdığı  əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

şərh etməklə ona müna-

sibət bildirir. 

 

 

 



5. PAYIZIN SEHRLİ RƏNGLƏRİ   

 

Məşğələ növü 



mövzu üzrə rəsm 

Alt standart  

2.1.1.; 2.2.1.; 3.1.1. 

Təlim nəticəsi 

•  mənzərə janrını tanıyır; 

•  əsas rənglərdən alınmış çalarları adlandırır; 

•  payız mənzərəsinin onda yaratdığı əhvali-ruhiyyəni yaş səviyyəsinə uyğun 

şərh etməklə ona münasibət bildirir. 

Dərsin tipi 

induktiv 

İstifadə olunan iş formaları  qrup işi  

İstifadə olunan üsullar 

müzakirə, BİBÖ 

Fənlərarası inteqrasiya 

A-d. 1.2.1.; Mus.2.1.1.; H-b. 1.2.1.  

Təchizat 

quaş, fırça, sadə və rəngli karandaşlar, pastel tabaşirlər 

 

DƏRSİN GEDİŞİ 



 

MOTİVASİYA  

 

Təklif olunan iki variantdan biri tətbiq edilə bilər.  



 I  variant: Müəllim şagirdlərə tapmaca oxuyur:  

Bu haçan olur? 

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə