Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

 

 



23

Bağçalar solur, 

Əsir küləklər, 

Axışır sellər. 

– Bu nədir? (Payız)  

– Bu gün dərsimiz payız fəsli haqqındadır.  

 

II variant:  Yazı lövhəsindən fəsillərə aid rəsmlər asılır. 

 – Rəsmlərdə nələr təsvir olunub? (Fəsillər). 

 – Gördüyünüz fəsillərdən indiki fəslə hansı uyğundur? (Payız). 

 – Payız fəslinin gözəlliyi nədədir? (fərziyyələr). 

 – Bu gün dərsimiz payız fəsli haqqındadır.  



 

Tədqiqat sualı:  Payızda təbiətdə hansı  dəyişikliklər baş verir və  əsas hansı  rənglər müşahidə             

olunur? Bu fəsli təsvir edərkən hansı təsvir qaydalarından istifadə etmək lazımdır?  

 

Payız meyvələrinə görə  şagirdlər 5-6 nəfərdən ibarət 5 qrupa bölünürlər. Müəllimin yazı lövhəsində 



çəkdiyi BİBÖ cədvəlini qruplar da çəkərək, payız haqqında bildiklərini müzakirə edib ümumiləşdirərək 

cədvəlin birinci “Bilirik” hissəsinə yazır, sonra bilmək istədiklərini isə ikinci “İstəyirik bilək” hissəsində 

qeyd edirlər.  

  

BİLİRİK 



İSTƏYİRİK BİLƏK  

ÖYRƏNDİK 

 

 



 

 

 



 

 

 



 

 

Verilən vaxt ərzində təqdimatçılar cədvəlin hər iki hissəsində yazdıqlarını oxuyurlar.  



 

TӘDQİQATIN APARILMASI  

 

Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. Rəssam işlərindəki kompozisiya quruluşunu müzakirə 



edirlər. 

ƏLAVƏ MATERİAL: Rəsmə başlamazdan əvvəl müəllim onlara ”kompozisiya” anlayışını oyun-tapmaca 

vasitəsilə izah edir. Otaqda, əvvəlcədən hazırlanmış, süfrəsi əzilmiş və bir tərəfə sallanmış vəziyyətdə olan 

stolun üstünə müxtəlif əşyalar yığır: üzü aşağı çevrilmiş fincan, boş nəlbəki və qəndqabı, hər tərəfə dağılmış 

qənd, konfet, qapağı açıq olan çaydan, qaşıq, əzik salfet və s. qoyulur. 

 – Süfrədə olan əşyalar necə görünür? (Səliqəsiz, dağınıq). 

– Onların səliqəli, təmiz, gözəl görünməsi üçün nə etmək olar? (fərziyyələr). 

Müəllim hər qrupdan bir şagirdi dəvət edərək, dağınıq stolu səliqəyə salmağı xahiş edir. Əvvəlcə süfrə 

dartılır, stolun üzərində düzgün yerləşdirilir. Qaşıq və fincan üzü yuxarı çevrilərək nəlbəkinin içinə qoyulur, 

qənd və konfetlər qəndqabıya yığılır və qapağı örtülür. Çaydanın da qapağı yerinə qoyulur və salfet qatlanır 

və s. Müəllim şagirdlərə təşəkkür edərək, öz yerlərində oturmasını xahiş edir. 

– Sizin fikrinizcə, süfrənin görünüşü ilk gördüyünüzdə, yoxsa indi xoşa gəlimlidir? (Əlbəttə, indi). 

Müəllim onlara rəsm çəkən zaman da belə  səliqəyə mütləq fikir vermələrini tövsiyə edir. Rəsmdə bütün 

hissələrin uyğunluğu, əlaqəli verilməsi çox vacibdir və bu, “kompozisiya” adlandırılır. 

 

Şagirdlər payız fəslinin çəkilmə  mərhələləri ilə tanış olur, lazımi məlumatı topladıqdan sonra “BİBÖ” 



cədvəlinin üçüncü – “Öyrəndik” hissəsində öyrəndiklərini yazırlar. Sonra qrupda payız mövzusuna aid öy-

rəndiklərini ümumiləşdirən rəsm çəkirlər. Müəllim iş zamanı onlara yaxınlaşıb istiqamət verir. 



 

MӘLUMAT MÜBADİLӘSİ  

 

Şagirdlərin tərtib etdikləri BİBÖ cədvəlinin “Öyrəndik” hissəsi və ona aid rəsmləri qrup nümayəndələri 



tərəfindən  təqdim olunur. Onlar rəsmlərində verilən kompozisiyanın quruluşunu  əsaslandırırlar.  

 

Çap üçün deyil


 

 

 



24

MӘLUMATIN APARILMASI VӘ TӘŞKİLİ  

– Payıza aid kompozisiya çəkmək üçün hər bir mərhələdə nə etdiniz?  



 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ  

 

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:   



– Kompozisiya nədir? Təbiət təsviri hansı janra aiddir?  

– Payızda nəyi müşahidə etdiniz? Bu fəsildə isti və yaxud soyuq rənglər çoxdur?  

– Təbiətin həmişə gözəl olması üçün nə etmək lazımdır? 

 

YARADICI TӘTBİQETMӘ  

 

Payızı əks etdirən aplikasiya düzəltmək. 



 

QİYMӘTLӘNDİRMӘ  

Qiymətləndirmə meyarları: 

•  Tanıma; 

•  Adlandırma; 

•  Münasibətbildirmə. 

 

I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Rəngkarlıqda mövcud 

olan mənzərə janrını çə-

tinliklə tanıyır. 

Rəngkarlıqda mövcud 

olan mənzərə janrını mü-

əllimin verdiyi suallar 

vasitəsilə tanıyır. 

Rəngkarlıqda mövcud 

olan mənzərə janrını rəs-

sam əsərləri əsasında ta-

nıyır. 


Rəngkarlıqda mövcud 

olan mənzərə janrını ta-

nıyır. 

Əsas rəngləri adlandırır. 



Əsas rənglərdən çalarla-

rın alınmasını bilir. 

Əsas rənglərdən alınmış 

çalarları praktiki tapşırıq 

əsasında adlandırır. 

Əsas rənglərdən alınmış 

çalarları adlandırır. 

Payız mənzərəsinin onda 

yaratdığı əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

şərh etməkdə çətinlik çə-

kir. 


Payız mənzərəsinin onda 

yaratdığı əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

suallar əsasında şərh 

edir. 

Payız mənzərəsinin onda 



yaratdığı əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

qısa sözlərlə şərh edir. 

Payız mənzərəsinin onda 

yaratdığı əhvali-ruhiyyə-

ni yaş səviyyəsinə uyğun 

şərh etməklə ona müna-

sibət bildirir. 



 

 

 



 

 

 



 

 

Çap üçün deyil




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə