Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

 

 



27

DƏRSİN GEDİŞİ 

 

MOTİVASİYA  

Müəllim yazı lövhəsindən simmetrik və qeyri-simmetrik olan (kəpənək və fincan) varlıqların rəsmini 

asır və soruşur:  

– Gördüyün varlıqların fərqli xüsusiyyətləri hansılardır? (fərziyyələr).  

– Varlıqların mərkəzindən xətt çəksək, sağ  tərəfləri sol tərəfləri ilə eyni olarmı? (Kəpənəkdə  tərəflər 

eynidir, fincanda isə sağ tərəfdə qulpu var). 

– Kəpənək simmetrik, fincan isə qeyri-simmetrikdir. 

 

Tədqiqat sualı:  Hansı simmetrik və qeyri-simmetrik varlıqları müşahidə etmisən? Onları rəngli 

kağızlardan necə düzəltmək olar?  

Fərziyyələr dinlənilir.  



 

TӘDQİQATIN APARILMASI 

Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Onlar çaydan (1-ci qrup), vedrə (2-ci qrup), şəkər tozu 

üçün qab (3-cü qrup) və quş şəkilləri (4-cü qrup) ilə 4 qrupa ayrılırlar. Hər qrupun qarşısına simmetrik və 

qeyri-simmetrik varlıqlardan (məişət və  məktəb  əşyaları, güllər və s.) ibarət  şəkillər qoyulur. Qruplar şə-

killərin içərisində simmetrik, qeyri-simmetrik olan varlıqları tapır və onların haqqında bildiklərini müzakirə 

edirlər. Sonra dərslikdə olan mövzuda göstərilən ardıcıllığa əməl etməklə, simmetrik olan quşun aplikasiya-

sını düzəldirlər. Şagirdlər könüllü olaraq simmetrik əşyaların rəsmini də çəkə bilərlər. 1 və 2-ci qruplar ka-

ğızdan quşu düzəldə, 3 və 4-cü  qruplar isə simmetrik əşya rəsmi çəkə bilərlər. 

XQEOŞ-lər isə kəpənəyi çəkib rəngləyə bilərlər.   

 

MӘLUMAT MÜBADİLӘSİ 

Qruplar düzəltdikləri quşu və ya çəkdikləri simmetrik əşyanı təqdim edirlər. Digər şagirdlər də fikirlərini 

bildirirlər.  

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ 

– Hər mərhələdə nə etdiniz?  



 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ 

– Simmetriya  nədir?  

Müəllim şagirdlərin dediklərini ümumiləşdirdikdən sonra yazı lövhəsində səmanı göstərmək üçün bulud 

təsvirləri çəkir və deyir: “Səmanı bəzəyən quşlar” kompozisiyası düzəltmək üçün quş fiqurlarını bərkidici 

vasitəsilə buludların ətrafında yerləşdirin. Simmetrik əşya çəkən şagirdlərin işini isə ayrıca lövhənin qarşısı-

na düzə bilər.  



 

YARADICI TӘTBİQETMӘ 

Simmetrik əşyaların aplikasiyasını düzəltmək.    



 

QİYMӘTLӘNDİRMӘ  

Qiymətləndirmə meyarları: 

•  Fərqləndirmə;  

•  Tərtibetmə.   

I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Aplikasiya haqqında mə-

lumata malikdir. 

Aplikasiya zamanı istifa-

də olunan materialı (rəng-

li kağızlar) bilir.  

Aplikasiyanı istifadə olu-

nan materiala görə (rəngli 

kağızlar) izah edir. 

Aplikasiyanı istifadə olu-

nan materiala görə (rəngli 

kağızlar) fərqləndirir. 

Rəngli kağızlardan sim-

metrik quşu düzəltmək-

də çətinlik çəkir. 

Rəngli kağızlardan sim-

metrik quşu düzəldir, la-

kin üzərində dekorativ 

kompozisiyalar tərtib et-

məkdə çətinlik çəkir. 

Rəngli kağızlardan sim-

metrik quş üzərində de-

korativ kompozisiyaları 

hazır kəsilmiş naxışlar-

dan tərtib edir. 

Rəngli kağızlardan sim-

metrik quş üzərində de-

korativ kompozisiyaları 

sərbəst tərtib edir. 

Çap üçün deyil



 

 

 



28

8. NATURADAN RƏSM    

 

Məşğələ növü 

naturadan rəsm 

Alt standart   

1.1.2., 2.2.2. 

Təlim nəticələri 

•  naturadan rəsmin cəmiyyətdə əsas roluna aid məlumatlar verir; 

•  sadə  və  rəngli karandaşlar, pastel tabaşirlər və quaş vasitəsi ilə oyuncaq 

təsviri yaradır.  

Dərsin tipi 

induktiv  

İstifadə olunan iş formaları  qrup işi  

İstifadə olunan üsullar 

müzakirə  

Fənlərarası inteqrasiya 

İnf. 1.1.3.; H-b. 2.3.2.; A-d. 2.2.4. 

Təchizat 

pastel tabaşirlər, quaş, fırça, sadə və rəngli karandaşlar, oyuncaq şəkilləri 



 

DƏRSİN GEDİŞİ 

 

 



Müəllim müxtəlif oyuncaq şəkilləri göstərir və soruşur: 

– Bunlar nədir? (Oyuncaqlar). Onlar necə adlanır? (fərziyyələr).  

– Oyuncaqlar nədən hazırlanır? (fərziyyələr).  

– Bu gün naturadan oyuncaq çəkəcəksiniz.  



 

Tədqiqat sualı:  Naturadan rəsm nədir? Naturadan oyuncaq çəkmək üçün nəyi bilmək lazımdır? 

Fərziyyələr dinlənilir.  



 

 

 



Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim  şagirdləri oyuncaq ayı, dovşan, pişik, inək  

şəkillərinə görə 4 qrupa ayırır. Sonra onlar dərslikdəki mövzuda olan mərhələlərə əməl etməklə rəsm çəkirlər. 

Naturadan 1-ci qrup ayı, 2-ci qrup dovşan, 3-cü qrup pişik, 4-cü qrup inək oyuncaqlarının rəsmini çəkir.  

XQEOŞ-lər qruplarda yalnız rəsmin rənglənməsində iştirak edə bilərlər.  

 

 

Qruplar işlərini təqdim edirlər və digər şagirdlər isə təsvirlərə aid fikirlərini söyləyirlər.    



 

 

–  Oyuncaqlar hansı hissələrdən ibarətdir və hər bir mərhələdə nə etdiniz?  



 

 

–  Naturadan rəsm nədir?  



–  Oyuncaqların həyatda olan varlıqlardan fərqli və oxşar cəhətləri nədir?  

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:   

– Naturadan rəsm zamanı onun hündürlüyünü, enini, hissələrini, onlar arasındakı fərqi, formanı, rəngini 

müqayisə etmək lazımdır.    

 

 

Naturadan təsvir etdiyin oyuncağın təsəvvürə əsasən aplikasiyasını düzəltmək.  



 

 

Qiymətləndirmə meyarları: 

•  Məlumatvermə; 

•  Təsviretmə (sadə və rəngli karandaşlar, pastel tabaşirlər və quaş). 



YARADICI TӘTBİQETMӘ

QİYMӘTLӘNDİRMӘ 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

MOTİVASİYA

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə