Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

 

 



43

 

№ 



Meyarlar 

Əla 

Yaxşı 

Orta 

Zəif 

1 Formanı nə dərəcədə göstərmişik?   





2 Balığın hissələri  arasında ölçü fərqlərini necə 

göstərmişik?  

+ + – – 


İstifadə etdiyimiz rənglər təsvir etdiyimiz varlıqlara 

uyğundurmu?   

+ + + + 


4 Rəsmimiz səliqəlidirmi?  



– 

 



 

 

19. YURDUMUZA BAHAR GƏLİR 

 

Məşğələ növü 



mövzu üzrə rəsm 

Alt standart   

1.2.3.; 2.2.2.; 3.1.1.   

Təlim nəticələri  

• görkəmli Azərbaycan təsviri incəsənət nümayəndələrinin əsərlərini 

sadalayır; 

•  sadə, rəngli karandaşlar, flomasterlər, quaş və pastel tabaşirlər vasitəsilə 

bahar fəslini çəkir; 

• verilmiş təsviri incəsənət nümunələrinə münasibət bildirir. 

Dərsin tipi 

deduktiv 

İstifadə olunan iş formaları 

fərdi iş, qrup işi 

İstifadə olunan üsullar 

şaxələndirmə, müzakirə, Venn diaqramı  

Fənlərarası inteqrasiya 

H-b. 1.3.2.; 2.3.2.; A-d.1.2.1.; Mus. 2.1.1.  

Təchizat 

quaş, pastel tabaşirlər, flomasterlər 

 

DƏRSİN GEDİŞİ 

 

MOTİVASİYA  

 

Günəş doğdu, yayıldı, 



Yatan ellər ayıldı. 

Açdı çiçəklər, güllər, 

Dilə gəldi bülbüllər. 

Qar, çovğun gözdən itdi

Dağlarda lalə bitdi. 

Qanadlandı buludlar, 

Cücərdi yaşıl otlar. 

Artdı suların səsi, 

Sevindirdi hər kəsi. 

 

Səməd Vurğun 

 

Müəllim yuxarıdakı şeiri oxuduqdan sonra soruşur:  



– Şeir nə haqqındadır? (Bahar). Şagirdlər mərkəzi sözü “Bahar” seçib onun haqqında bildiklərini fərdi 

şəkildə şaxələndirirlər. Sonra dərslikdə olan mətni oxuyurlar. 



 

Tədqiqat sualı:  Bahar fəslini rəsm edərkən hansı təsvir qaydalarını nəzərə almaq lazımdır? 

Fərziyyələr söylənilir. 

 

 

Şagirdlər bahar güllərinin (nərgiz, lalə, novruzgülü, bənövşə)  şəkillərinə  əsasən qruplara ayrılırlar. 



Qruplarda kompozisiya qaydalarını nəzərə alaraq bahar haqqında çəkəcəkləri rəsmi müzakirə edir və onu 

böyük vərəqlərdə təsvir edirlər. Bu zaman dərslikdə təsvir ardıcıllığı verilən çiçəklənən ağac rəsmindən də 

istifadə edirlər. Onların sərbəst işi zamanı müəllim lazımi istiqamətlər verir. İşin sonunda rəsmlər 

rənglənilir. Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və 

meyarları yazı lövhəsindən asır.  

XQEOŞ-lər isə dərslikdə təsvir ardıcıllığı verilən çiçəklənən ağacın rəsmini çəkirlər.  

 

 

 



Qruplar rəsmlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.  

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

Çap üçün deyil


 

 

 



44

 

 



– Rəsm zamanı bahar fəslinin hansı xüsusiyyətlərini nəzərə aldınız?  

– Təbiətdə hansı yaz mənzərəsi sizi təəccübləndirib? Niyə?   

– Hansı təsvir qaydalarını tətbiq etdiniz?  

 

 



– Yazı təsvir edən hansı rəssamlarımızı tanıyırsınız? Onların əsərləri haqqında nə deyə bilərsiniz?  

Qruplar bahar fəsli ilə payız fəslini Venn diaqramı vasitəsilə müqayisə edirlər.  

Sonra diaqramlarını yazı lövhəsindən asırlar.  

 

 



 

 

 



Bahara aid süjetli aplikasiya düzəltmək. 

 

 



Dərəcələr üzrə qiymətləndirmə aparılır. 

 

№ 



Meyarlar 

 

 

 



1 Kompozisiya 

həllini necə tapmışam?   



– 

– 

2 Varlıqların arasında əlaqəni necə vermişəm? + 



– 



3 Varlıqların ölçülərindəki fərqi necə göstərmişəm?     



– 

– 



İstifadə etdiyim rənglər ətrafdakı varlıqlara 

uyğundurmu?  

+ + + + 

5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirdimmi?  

– 



İş zamanı qrupun bütün üzvləri fəal iştirak etdimi? 





 

 



 

20. XOŞ GƏLMİSƏN, ELİN ƏZİZ BAYRAMI! 

 

Məşğələ növü 



naturadan rəsm 

Alt standart   

1.1.3.; 2.2.2.  

Təlim nəticələri   

•  təsviri incəsənətin cəmiyyətdə rolunu fərqləndirir;  

•  sadə və rəngli karandaş, flomasterlər, quaş vasitəsi ilə Novruz 

xonçasının təsvirini yaradır.  

Dərsin tipi 

induktiv  

İstifadə olunan iş formaları  qrup işi 

İstifadə olunan üsullar 

müzakirə 

Fənlərarası inteqrasiya 

A-d.1.2.1.; H-b. 1.3.2. 

Təchizat 

quaş, flomasterlər, pastel tabaşirlər  

 

Oxşar 


cəhətlər

Fərqli 


cəhətlər 

Fərqli 


cəhətlər 

YARADICI TӘTBİQETMӘ

QİYMӘTLӘNDİRMӘ

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

Çap üçün deyil


 

 

 



45

DƏRSİN GEDİŞİ 

 

MOTİVASİYA  

 

Müəllim su, od, yel, torpaq şəkilləri olan vərəqlərdən  şagirdlərin sayına uyğun olaraq 5-6 nümunə 



çıxardır. Onları  şagirdlərə paylayır. Partaların üzərində  həmin sözlərə uyğun  şəkillər qoyulur. Hər  şagird 

onda olan rəsmə uyğun şəklin qoyulduğu partada əyləşərək qruplar yaradırlar. Müəllim hər qrupdan şəkildə 

nəyin təsvir olunmasını soruşur və onları yazı lövhəsindən asır. 

– Şəkillərdə nə təsvir olunub? (Od, su, yel, torpaq). 

– Bunlar sizə nəyi xatırladır? (fərziyyələr.  Novruz bayramını). 

– Çərşənbə axşamlarını hansı bayramda səbirsizliklə gözləyirik? (Novruz bayramında). 

– Novruz bayramı haqqında nə bilirsiniz? (fərziyyələr). 

 

Tədqiqat sualı:  Novruz xonçasını naturadan necə çəkmək olar?   

Fərziyyələr söylənilir və bəzi şagirdlər yazı lövhəsində əyani olaraq Novruz xonçasını bacardığı kimi 

çəkir. 

 

 



Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Sonra qruplar naturada olan bayram xonçasını 

diqqətlə müşahidə edirlər və birlikdə çəkirlər. Bu zaman dərslikdə bayram xonçasını təşkil edən nemətlərin 

mərhələlərlə  təsvirindən istifadə edilir. Müəllim qruplara yaxınlaşıb  şagirdləri istiqamətləndirir. O, dərsin 

sonunda  şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən 

asır.  

XQEOŞ-lər isə xonçaya daxil olan şirniyyatlardan (dərslikdə göstərilən təsvir ardıcıllığına əməl etməklə) 



birini təsvir edə bilərlər.   

 

 



Rəsmlər təsvir edildikdən sonra yazı lövhəsindən asılır və qruplar öz fikrini söyləyir.  

 

 



 

– Novruz bayramı hansı fəsillə əlaqədardır? Novruz xonçasını naturadan necə çəkdiniz?  

 

 

– Yeni il və Novruz bayramının fərqli xüsusiyyətləri hansılardır?  



 

 

Novruz bayramına aid süjetli rəsm çəkmək. 



 

 

Dərəcələr üzrə qiymətləndirmə aparılır. 



 

Keyfiyyət 

dərəcəsi 

Kompozisiya həlli 

tapılıb 

Qurmaya əməl 

olunub 

Forma 

verilib 

Mütənasiblik 

verilib 

Vaxtında 

qurtarıb 

Rəng həlli 

düzgündür 

Əla


 

+ + 




Yaxşı


 

– + 




Orta


 

– – 




Zəif


 

– – 


– 

– 



 

 



 

 

YARADICI TӘTBİQETMӘ



QİYMӘTLӘNDİRMӘ

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə