Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

 

 



46

4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT 



 

 

21. TƏBİƏTİ QORUYAQ 

 

Məşğələ növü 



dekorativ-tətbiqi fəaliyyət / konstruksiya 

Alt standart 

1.1.1.; 2.1.2.; 2.2.3.   

Təlim nəticələri   

• tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu sadalayır;  

• dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə fərq-

ləndirir; 

• sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqur-

lardan və təbiət formalarından dekorativ kompozisiyalar tərtib edir.  

Dərsin tipi 

induktiv  

İstifadə olunan iş formaları 

qrup işi  

İstifadə olunan üsullar 

beyin həmləsi, müzakirə, qalereya gəzintisi, esse 

Fənlərarası inteqrasiya 

Tex. 1.3.2.; H-b.1.4.1.; 1.4.2.  

Təchizat 

 

müxtəlif tullantılar – rəngli kağız, karton, kağız və ya plastik qutular, 



flomasterlər, PVA yapışqanı, qayçı 

 

DƏRSİN GEDİŞİ 

 

 

 



Gözəl təbiətin qoynunda zibillik – atılmış butulkalar, süd və konserv qutuları, paketlər və s. olan rəsm 

yazı lövhəsindən asılır. Müəllim:  

  Bu şəkillərdə nə təsvir olunub? (fərziyyələr) .  

  Əgər belə davam edərsə, nə olar? (fərziyyələr).  

  Bu mənzərəni kim yaradıb? (İnsanlar) .  

  Təbiəti nə üçün qorumaq lazımdır? Bunun üçün nə etmək olar? (fərziyyələr)  

  “Təbiəti qorumaq yollarından biri də tullantıları lazımlı  əşyalara çevirmək, onlarla ətrafı 

çirkləndirməməkdir”. 

 

Tədqiqat sualı: Tullantıları lazımlı əşyalara necə çevirmək olar?  

Fərziyyələr deyilir və müəllim onları yazı lövhəsində yazır.  

 

 

 



Konserv qutusu və müxtəlif qutular, butulka, kağız qırıntılarının  şəkilləri vasitəsilə  şagirdlər 4 qrupa 

ayrılır. Hər tullantı  şəklinə görə qrup yaranır.  Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. 1-ci qrupa 

şampun qabından, 2-ci qrupa konserv qutusundan, 3-cü qrupa ayaqqabı qutusundan, 4-cü qrupa isə karandaş 

yonqarlarından lazımlı əşyalar düzəltmək tapşırılır. Dərslikdən istifadə etməklə şagirdlər qruplarda tapşırıq-

larını yerinə yetirirlər. Müəllim onlara yaxınlaşıb, lazımi istiqamətlər verir. O, dərsin sonunda şagirdləri öz-

lərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır.  

XQEOŞ-lər isə qruplara kömək edirlər.  

 

 



Qruplar öz konstruksiyalarından sərgi təşkil edir və “Qalereya gəzintisi” vasitəsilə bir-birinin düzəltdik-

lərini qiymətləndirirlər.  

 

 

MӘLUMAT MÜBADİLӘSİ



TӘDQİQATIN APARILMASI

MOTİVASİYA

Çap üçün deyil


 

 

 



47

 

 – Konstruksiya nədir? Kompozisiya dedikdə nə başa düşürsünüz? Tullantılardan daha nə hazırlaya bilər-



siniz?   

 

Müəllim “Təbiəti qoruyaq” adlı esse yazdırır və mətnlər yazı lövhəsindən asılır. Şagirdlər istədikləri esse 



ilə tanış ola bilirlər. 

 

Qeyd: Esseni hər zaman oxutdurmaq vacib deyil. Onları toplayıb yazı lövhəsində bərkitmək olar və şagird-

lər fasilələrdə oxuya bilərlər. 

 

 



Jurnal, qəzet tullantılarından maraqlı kompozisiya düzəltmək. 

 

 



Dərəcələr üzrə qiymətləndirmə aparılır. 

 

№ 



Meyarlar 

Əla 

Yaxşı 

Orta 

Zəif 

1 Materialı necə seçmişik?  



– 



– 

2 Kompozisiya 

həllini nə dərəcədə tapmışıq? + 



– 

İşi nə dərəcədə səliqəli yerinə yetirmişik? + 





Konstruksiya üçün material seçimində kontrastlığı  nə 

dərəcədə nəzərə almışıq? 

+ – – – 


 

 

 



22. NAĞILLARDA XEYİRXAHLIQ VƏ QƏDDARLIQ 

 

Məşğələ növü 

mövzu üzrə rəsm 

Alt standart 

2.1.1.; 2.2.2. 

Təlim nəticələri   

•  Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini ifadə edir;  

•  təsviri incəsənət növləri üzrə mövcud olan süjetli rəsm janrını sada-

layır;  

•  sadə və rəngli karandaşlarla, flomasterlə və pastel tabaşirlərlə 

nağıllara illüstrasiya çəkir. 

Dərsin tipi 

induktiv  

İstifadə olunan iş formaları 

qrup işi 

İstifadə olunan üsullar 

müzakirə, t-sxem 

Fənlərarası inteqrasiya 

H-b.1.3.2.; 2.3.2.; A-d.1.2.1. 

Təchizat 

rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər 

 

DƏRSİN GEDİŞİ 



 

 

 



Müəllim Təpəgözün rəsmini göstərir.  

 Bu, kimin rəsmidir? (Təpəgözün). O, kimdir? Onun haqqında nə bilirsiniz? (Nağıl qəhrəmanı).  

Sonra kiçik qadın ayaqqabısı, odun şələsi, fındıq qabığı, un və ya xəmir şəkillərini göstərir.  

– Göstərilən rəsmlərdəki əşyalar hansı nağıl qəhrəmanına aiddir? (fərziyyələr) 

– Bu nağıllarda hansı qəhrəman xeyirxah, hansı qəddar obrazı ilə yadda qalıb? (fərziyyələr).  

Müəllim  şagirdləri nağıl personajlarına görə (Göyçək Fatma, Cırtdan, Tıq-tıq xanım, Qoğal, Təpəgöz) 

qruplara ayıraraq, hər qrupa öz qəhrəmanı haqqında məlumat verməyi tapşırır. Hər qrup nümayəndələri öz 

aralarında müzakirə etdikləri qəhrəmanın “+” və “–“ cəhətlərini t-sxem vasitəsilə tərtib edərək cavablandı-

rırlar. 

YARADICI TӘTBİQETMӘ

MOTİVASİYA

QİYMӘTLӘNDİRMӘ

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

Çap üçün deyil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə