Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

 

 



37

 

DƏRSİN GEDİŞİ 



 

MOTİVASİYA 

Müəllim müxtəlif heykəl təsvirləri olan şəkilləri yazı lövhəsindən asır və deyir:  

– Bunlar nəyin şəklidir? (Heykəllərin).  

– Heykəl hansı materiallardan düzəldilir? (Daşdan, ağacdan, plastilindən və s.).  

– Onların arasında ən yumşağı hansıdır? (Plastilin).  

Müəllim bu gün plastilinlə heyvan fiquru düzəldəcəklərini bildirir. 



 

Tədqiqat sualı:  Heyvan fiqurunu yapmaq üçün nəyi bilmək və etmək lazımdır? 

Şagirdlərin dedikləri yazı lövhəsinə yazılır.  

 

TӘDQİQATIN APARILMASI  

Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar.  Müəllim uşaqları 1, 2, 3, 4 saymaqla 4 qrupa ayırır. 1, 

2-ci qruplara tısbağa, 3, 4-cü qruplara isə zürafəni yapmaq və onların haqqında bildiklərini yazmaq tap-

şırılır. Qrupların sərbəst işi zamanı müəllim onlara müəyyən istiqamətlər verir.  

XQEOŞ-lər isə plastilindən meyvələr düzəldirlər.  

 

 



Şagirdlər öz düzəltdiklərini nümayiş etdirmək üçün sərgi təşkil edirlər. Hər heyvan fiqurundan iki 

nümunə olduğu üçün onlar müqayisə olunur və əlavə fikirlər dinlənilir.   

 

 

 – Heyvan fiqurunu yapmaq üçün mərhələlər üzrə nə etmək lazımdır?  



 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ  

– Plastilinlə necə işləmək lazımdır? Yapma ilə rəsmin fərqi nədir? Animalistik janr nədir?   

 

YARADICI TӘTBİQETMӘ  

Bir-neçə heyvan fiqurundan ibarət kompozisiya yapmaq. 



 

QİYMӘTLӘNDİRMӘ  

Qiymətləndirmə meyarları: 

•  Fərqləndirmə; 

•  Nümayişetdirmə;  

•  Yapma.   



I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Heykəltəraşlıq haqqında 

məlumata malikdir, lakin 

əsas rolunu izah etməkdə 

çətinlik çəkir.  

Heykəltəraşlığın əsas ro-

lunu izah edir. 

Heykəltəraşlığın əsas ro-

lunu nümunələr əsasında  

fərqləndirir. 

Heykəltəraşlığın əsas ro-

lunu fərqləndirir. 

Heykəltəraşlıq üzrə ani-

malistik janrı tanıdığını 

nümayiş etdirməkdə 

çətinlik çəkir. 

Heykəltəraşlıq üzrə ani-

malistik janrı tanıdığını 

suallar əsasında nümayiş 

etdirir. 

Heykəltəraşlıq üzrə ani-

malistik janrı tanıdığını 

müəllimin köməyi ilə 

nümayiş etdirir. 

Heykəltəraşlıq üzrə ani-

malistik janrı tanıdığını 

nümayiş etdirir. 

Yapmanın qaydalarını 

mənimsəməkdə  çətinlik 

çəkir, bu səbəbdən hey-

van fiquru düzəldil-

məsində  bəzi səhvlərə 

yol verir. 

Yapmanın qaydalarını 

mənimsəyərək heyvan 

fiqurunun düzəldilmə-

sində çətinlik çəkir. 

Yapmanın qaydalarını 

mənimsəyərək heyvan 

fiqurunu müəllimin kö-

məyi ilə düzəldir. 

Yapmanın qaydalarını 

mənimsəyərək heyvan 

fiquru düzəldir. 



MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

Çap üçün deyil


 

 

 



38

 

15. RƏSSAM-HEYKƏLTƏRAŞ 

 

Məşğələ növü 



yapma 

Alt standart 

1.2.1.; 3.1.1.  

Təlim nəticələri 

•  görkəmli Azərbaycan heykəltəraşlarının adlarını sadalayır;

 

•  verilmiş təsviri sənət nümunələrinə münasibət bildirir;



 

•  insan fiqurunu mərhələlərlə plastilindən düzəldir. 

 

Dərsin tipi 



induktiv 

İstifadə olunan iş formaları 

qrup işi 

İstifadə olunan üsullar 

müzakirə  

Fənlərarası inteqrasiya 

A-d.1.2.1.; Mus.2.1.1.  

Təchizat 

plastilin və ya gil, plastik bıçaq və lövhə 

 

DƏRSİN GEDİŞİ 



 

 

 



Yazı lövhəsindən hərəkətdə olan canlı insan və insan heykəlinin təsviri asılır.  

– Birinci şəkillə ikinci şəklin fərqi nədir? (Birinci insan, ikinci heykəldir). Onlar nə edir? (Hərəkət edir). 

– Bizim dərsimiz hərəkətdə olan insan fiqurunun yapılmasıdır.   

 

Tədqiqat sualı:  İnsan fiqurunu yapmaq üçün nə etmək lazımdır? 

Fərziyyələr dinlənilir.   

 

 

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Onlar verilmiş heykəltəraşlıq nümunələrinə 



münasibətlərini bildirirlər. Sonra insan fiqurlarının hərəkətdə (qaçan, idman edən, hoppanan, rəqs edən) təs-

virləri ilə şagirdlər 4 qrupa ayrılırlar. Hərəkətdə olan insan şəkillərinin hər birindən şagirdlərin sayına görə 

5-6 nümunə hazırlanır və onlara paylanır. Eyni  şəkillər verilmiş uşaqlar bir qrupda toplaşırlar.  

Qruplar dərslikdəki mövzuda göstərilən ardıcıllığa əməl etməklə insan fiqurunu düzəldirlər. Müəllim işin 

sonunda insana uyğun hərəkəti verməyi tapşırır: 1-ci qrup qaçan, 2-ci qrup idman edən, 3-cü qrup hoppa-

nan, 4-cü qrup rəqs edən. İş zamanı uyğun rəngləri seçirlər. Müəllim şagirdlərə çətinlik çəkdikləri zaman 

kömək edir. Müəyyən hissələri əyani göstərir.  

XQEOŞ-lər də  hərəkətsiz insan fiquru düzəldirlər və yaxud qruplarda bəzi hissələrin düzəldilməsində 

yoldaşlarına kömək edirlər.  

 

 



Qruplar yapmalarını təqdim edirlər. Bu zaman digər qruplar yapma haqqında fikirlərini bildirirlər. 

 

 



 Adam fiquru düzəltmək üçün nəyi nəzərə almaq lazımdır?  

 Adam fiquru hansı hissələrdən ibarətdir? Onların ölçüləri arasında hansı fərq var?   

 Yapmanı yerinə yetirmək üçün 1-ci mərhələdə nə etdiniz?  2-ci mərhələdə nə etdiniz? və s. 

 

 



– Hansı heykəltəraşları tanıyırsınız?   

 

 



– Plastilindən düzəldilmiş insan fiqurundan istifadə edərək hər hansı bir süjet yaratmaq. 

 

 



YARADICI TӘTBİQETMӘ

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

MOTİVASİYA

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə