Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

 

 



31

adları verilir. Yazı lövhəsindən isə əsərlərin şəkilləri (dərslikdə var) asılır. Müəllim əsərlərin adlarını uşaq-

lardan soruşaraq uyğun yerlərə yazır. 

– Bu əsərlərin məzmunu arasında fərq nədir? (fərziyyələr). Müəllim şagirdləri dinlədikdən sonra əsərlə-

rin məzmunları arasında olan fərqə diqqət yönəldir, xarakterinə görə janrlara bölündüyünü bildirir.   

 

Tədqiqat sualı:  Təsviri sənətin janrları dedikdə nə başa düşürsünüz? 

Fikirlər dinlənilir və yazı lövhəsinə yazılır.  

 

 

 



Müəllim “doğma” qrupları 1, 2, 3, 4 saymaqla “ekspert” qruplara ayırır. 1-ci “ekspert” qrupu süjetli 

əsərlər,  2-ci “ekspert” qrupu portret, 3-cü “ekspert” qrupu mənzərə və 4-cü “ekspert” qrupu isə natürmort 

janrı haqqında dərslikdən məlumatlarla tanış olurlar, öyrəndiklərini yoldaşlarına da danışmaq məqsədilə təd-

qiq edirlər. “Ekspert” qruplara bunun üçün müəyyən vaxt ayrılır. Sonra onlar öz “doğma” qruplarına qa-

yıdaraq öyrəndiklərini yoldaşlarına söyləyirlər. Nəticədə “doğma” qrup təsviri incəsənətin bütün janrları 

haqqında məlumat toplayır və təqdimatı istənilən formada hazırlayır.   

 

 

Qruplar janrlar haqqında öyrəndiklərini təqdim edirlər.      



 

 

– Natürmortla süjetli rəsmin fərqi nədir? 



– Süjetli rəsmlə portretin fərqi nədir?   

– Mənzərə ilə süjetli rəsmin fərqi nədir? 

 

 

Şagirdlərin diqqəti beyin həmləsi zamanı deyilən fikirlərə yönəldilir. Müəllim onlarla birlikdə  təsviri 



incəsənətin janrları haqqında dedikləri fikirlərdən hansının düz, hansının səhv olduğunu müzakirə edir.  

Sonra müəllim müxtəlif əsərlərin fotolarını onlara göstərərək hansı janrda olmalarını müzakirə edir və 

soruşur:  

– Təsviri incəsənət bizə nə üçün lazımdır? (fərziyyələr)    

 

 

Təsviri sənətin janrları haqqında əlavə məlumat toplamaq.  



 

 

Qiymətləndirmə meyarları: 

•  Sadalama; 

•  Məlumatvermə;  



I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Təsviri sənətin cəmiy-

yətdə rolunu çətinliklə 

sadalayır.

 

Təsviri sənətin cəmiy-



yətdə rolunu müəllimin 

köməyi ilə sadalayır.

 

Təsviri sənətin cəmiy-



yətdə rolunu qismən sa-

dalayır.


 

Təsviri sənətin cəmiy-

yətdə rolunu ətraflı sada-

layır. 


Təsviri sənətin cəmiy-

yətdə tutduğu roluna aid 

məlumat verməkdə  çə-

tinlik çəkir.  

Təsviri sənətin cəmiy-

yətdə roluna aid az say-

da məlumatlar verir. 

Təsviri sənətin cəmiy-

yətdə roluna aid məlu-

matları nümunələr və su-

allar əsasında verir. 

Təsviri sənətin cəmiy-

yətdə roluna aid məlu-

mat verir. 

Təsviri sənətin növləri 

üzrə mövcud olan əsas 

janrları sadalayaraq növ-

lərlə qarışıq salır.  

Təsviri sənətin növləri 

üzrə mövcud olan əsas 

janrları çətinliklə sadala-

yır. 


Təsviri sənətin növləri 

üzrə mövcud olan əsas 

janrları  rəssam  əsərləri 

və suallar əsasında sada-

layır. 

Təsviri sənətin növləri 



üzrə mövcud olan əsas 

janrları sadalayır. 



YARADICI TӘTBİQETMӘ

QİYMӘTLӘNDİRMӘ 

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

Çap üçün deyil


 

 

 



32

3. TƏBİƏT VƏ İNSAN 



 

 

 

11.  AZƏRBAYCAN SƏNƏTKARLARI 



Əzim Əzimzadə və Bəhruz Kəngərli 

 

Məşğələ növü 

təsviri sənət haqqında söhbət 

Alt standart 

1.2.1.; 1.2.2.; 1.2.3.   

Təlim nəticələri 

•  görkəmli Azərbaycan təsviri sənət nümayəndələrini sadalayır;  

•  Ə.Əzimzadə və B.Kəngərlini yaradıcılıq sahələrinə görə fərqləndirir; 

•  görkəmli Azərbaycan təsviri sənət nümayəndələri  Ə.Əzimzadə  və 

B.Kəngərlinin məşhur əsərlərini sadalayır. 

Dərsin tipi 

induktiv  

İstifadə olunan iş formaları  qrup işi 

İstifadə olunan üsullar 

beyin həmləsi, ziqzaq, Venn diaqramı  

Fənlərarası inteqrasiya 

A-d.1.2.1.; Mus.2.1.1.  

Təchizat 

rəssamların əsərlərindən ibarət reproduksiyalar 

 

DƏRSİN GEDİŞİ 

 

 

“Tıq-tıq xanım” nağılına (istənilən nağıl ola bilər) olan illüstrasiya və mənzərə təsviri yazı lövhəsindən 



asılır. Müəllim soruşur:  

–  Bunlar nədir? (“Tıq-tıq xanım” nağılı və mənzərə). 

–  Rəsmlərin fərqi nədir? (Biri nağıl haqqındadır, digəri təbiət təsviridir). 

–  Nağıllara, hekayələrə, ədəbi əsərlərə çəkilmiş təsvirlərə illüstrasiya deyilir. Bu gün illüstrasiyaçı rəssam 

Ə.Əzimzadə və mənzərəçi rəssam B.Kəngərli haqqında öyrənəcəksiniz.   

Müəllim  Ə.Əzimzadənin “Kasıb evində ramazan”, “Varlı evində ramazan” və B.Kəngərlinin “Qaçqın 

İmran heybə ilə”, “İlanlı dağ”  əsərlərinin adı yazılmış  vərəqləri  şagirdlərə paylayır. Onlar əsərlərin adına 

görə 5-6 nəfərlik “doğma” qrupa ayrılırlar.  



 

Tədqiqat sualı:  Ə.Əzimzadə və B.Kəngərli haqqında nə deyə bilərsiniz?    

Qrupların bildikləri bütün fikirlər yazı lövhəsinə yazılır.   

 

 

Şagirdlər “doğma” qruplarda 1, 2 saymaqla “ekspert” qruplara ayrılırlar. 1-ci qrup Ə.Əzimzadə, 2-ci 



qrup B.Kəngərli haqqında məlumatı dərslikdən oxuyurlar və əsas qeydlərini edirlər. Sonra “doğma” qrupla-

rına qayıdıb öyrəndiklərini bir-birlərinə danışır və rəssamlar haqqında müxtəlif formalarda təqdimat hazırla-

yırlar.  

XQEOŞ –lər isə mənzərə təsviri çəkə bilərlər.  

 

 

Qruplar öyrəndiklərini təqdim edirlər.  



 

 

– Ə.Əzimzadə, B.Kəngərlinin əsərlərinin oxşar və fərqli cəhətləri nədədir? 



– Onlar təsviri incəsənətin hansı janrlarında işləyirlər? İllüstrasiya nədir?  

– Mənzərəçi rəssamlardan kimi tanıyırsınız?    

 

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

MOTİVASİYA

Çap üçün deyil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə