Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

 

 



25

2. TƏSVİRETMƏ QAYDALARI

 

 

6. ORNAMENT VƏ KOMPOZİSİYA  

 

Məşğələ növü 



dekorativ-tətbiqi fəaliyyət  

Alt standart  

2.1.2.; 2.2.3.; 2.2.4. 

Təlim nəticələri  

 

dekorativ sənətin növlərini istifadə olunan materiallara görə fərqləndirir;  



 

nəbati elementlərdən və həndəsi fiqurlardan naxış düzəldərək sadə deko-

rativ kompozisiyalar tərtib edir; 

 

ənənəvi Azərbaycan naxışlarından sadə dekorativ kompozisiyalar çəkir. 



Dərsin tipi 

induktiv 

İstifadə olunan iş formaları  fərdi və qrup işi 

İstifadə olunan üsullar 

müzakirə, Venn diaqramı  

Fənlərarası inteqrasiya 

Tex.1.3.3.; Riy.3.2.1.  

Təchizat 

rəngli karandaşlar, qələmlər, flomasterlər 

 

DƏRSİN GEDİŞİ 



 

MOTİVASİYA  

Müəllim müxtəlif bəzəklərdə olan əşyaları — xalça, güldan, naxışlı parça şəkillərini yazı lövhəsindən asır 

və soruşur:  

  Bunlar nədir? (Xalça, güldan, naxışlı parça). Onlar haqqında nə deyə bilərsiniz? (Onlar bəzəklidir). 

  Bəzəklər nədən ibarətdir? (Yarpaqlardan, çiçəklərdən, həndəsi fiqurlardan). 

  Müxtəlif  əşyaları  bəzəmək üçün rəssam həndəsi fiqurlar, gül və yarpaqlardan naxış  və ornament 

fikirləşir. Ornament — təkrarlanan naxışa deyilir.    

 

Tədqiqat sualı:  Hansı ornamentləri tanıyırsınız?  Bəzək məqsədilə onlardan harada istifadə etmək 

olar?  Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir. 

 

TӘDQİQATIN APARILMASI  

 

Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Nəbati, həndəsi naxışlar haqqında məlumat topladıqdan 



sonra, naxışların çəkilmə ardıcıllığına əməl etməklə, fərdi şəkildə sadə naxışlar təsvir edirlər. Onlar qrup-

larda da işləyə bilərlər. 1 və 2-ci qruplara nəbati, 3 və 4-cü qruplara isə həndəsi naxışlarla olan ornament 

çəkmək tapşırıla bilər. Sonra onu rəngli karandaş və flomasterlərlə rəngləyirlər.  

XQEOŞ-lər isə çəkilən naxışı rəngləyə bilər.  

 

ƏLAVƏ MATERİAL: Müəllim əvvəlcə şagirdlərə naxışların müxtəlif növləri haqqında məlumat verdik-

dən sonra xatırladır ki, naxışların çoxu xətlərin köməkliyi ilə qurulur. Sonra dekorativ sənətin öz məzmunu-

nu bizi əhatə edən  ətraf aləmdən götürdüyünü bildirir. Məsələn, gül və yarpaqların forma və  rənglərini 

naturada olduğu kimi deyil, onların xarakterik xüsusiyyətlərini və quruluşunu saxlamaq şərti ilə özünəməx-

sus bir formada, daha da gözəlləşdirərək çəkmək olar. Nəbati naxışlar belə yaranır. Riyaziyyat dərsində keç-

diyiniz həndəsi fiqurları bir-biri ilə  əlaqələndirərək, bir-birinin yanında çəkərək, təkrarlayaraq, çox gözəl 

həndəsi naxışlar almaq olar. 

 

MӘLUMAT MÜBADİLӘSİ  

Qruplar işlərini təqdim edirlər. Digər şagirdlər fikirlərini bildirirlər. 

 

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ 

– 1-ci, 2-ci və 3-cü mərhələdə nə etdiniz? 

Çap üçün deyil



 

 

 



26

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ 

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:   

  Ornamentlərdən bəzək məqsədilə harada istifadə edilir?  

Venn diaqramından istifadə etməklə,  nəbati və həndəsi naxışları müqayisə edirlər. 

 

 

 



YARADICI TӘTBİQETMӘ 

Nəbati və ya həndəsi naxışla hər hansı bir əşyanı bəzəmək.  

 

QİYMӘTLӘNDİRMӘ  

Qiymətləndirmə meyarları: 

 

Fərqləndirmə;  



 

Kompozisiyalar tərtibetmə; 

 

Quraşdırma. 



I səviyyə 

II səviyyə 

III səviyyə 

IV səviyyə 

Dekorativ sənətin növlə-

rini istifadə olunan mate-

riallara görə  çətinliklə 

tanıyır. 

Dekorativ sənətin növlə-

rini istifadə olunan mate-

riallara görə müəllimin 

köməkliyi ilə  fərqləndi-

rir. 


Dekorativ sənətin növlə-

rini istifadə olunan mate-

riallara görə dekorativ 

sənət nümunələri əsasın-

da fərqləndirir. 

Dekorativ sənətin növlə-

rini istifadə olunan mate-

riallara görə fərqləndirir. 

 

Nəbati elementlərdən və 



həndəsi fiqurlardan na-

xış düzəldərək sadə de-

korativ kompozisiyalar 

tərtib edən zaman səhv-

lərə yol verir. 

Nəbati elementlərdən və 

həndəsi fiqurlardan na-

xış düzəldərək sadə de-

korativ kompozisiyaları 

çətinliklə tərtib edir. 

Nəbati elementlərdən və 

həndəsi fiqurlardan na-

xış düzəldərək sadə de-

korativ kompozisiyaları 

müəllimin köməkliyi ilə 

tərtib edir. 

Nəbati elementlərdən və 

həndəsi fiqurlardan na-

xış düzəldərək sadə de-

korativ kompozisiyalar 

tərtib edir. 

Kompozisiya haqqında 

bilir, lakin çəkməkdə çə-

tinlik çəkir. 

Ənənəvi Azərbaycan na-

xışlarından sadə dekora-

tiv kompozisiyalar çək-

məkdə çətinlik çəkir. 

Ənənəvi Azərbaycan na-

xışlarından sadə dekora-

tiv kompozisiyaları hazır 

nümunələr  əsasında çə-

kir. 

Ənənəvi Azərbaycan na-



xışlarından sadə dekora-

tiv kompozisiyalar çəkir. 

 

 

7. SİMMETRİYA   



 

Məşğələ növü 

dekorativ-tətbiqi fəaliyyət / aplikasiya  

Alt standart   

2.1.2.; 2.2.3. 

Təlim nəticələri  

•  aplikasiyanı istifadə olunan materiala görə (rəngli kağızlar) fərqləndirir;  

•  rəngli kağızlardan simmetrik quş üzərində dekorativ kompozisiyalar tərtib 

edir. 

Dərsin tipi 



induktiv dərs 

İstifadə olunan iş formaları  qrup işi 

İstifadə olunan üsullar 

müzakirə 

Fənlərarası inteqrasiya 

Tex. 1.3.3.; H-b. 1.1.1. 

Təchizat 

rəngli kağızlar, yapışqan, qayçı, sadə və rəngli karandaşlar, flomasterlər 

Oxşar 

cəhətlər


Fərqli 

cəhətlər 

Fərqli 

cəhətlər 



Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə