Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

 

 



41

DƏRSİN GEDİŞİ 

 

MOTİVASİYA 

 

Müəllim  şagirdləri qruplara ayırmaq üçün üzərinə  rəngbərəng flomasterlərlə ifadələr yazılmış 5 vərəq 



hazırlayır: 1-ci vərəqdə “meşələrdə yaşayır” (yaşıl rəngdə); 2-ci vərəqdə “uçur” (qara rəngdə); 3-cü vərəqdə 

“çöllərdə yaşayır” (çəhrayı  rəngdə); 4-cü vərəqdə “suda üzür” (qırmızı  rəngdə); 5-ci vərəqdə “gözəldir” 

(göy rəngdə) sözləri yazılıb. Vərəqlər  şagirdlərin sayından asılı olaraq 4-5 hissəyə bölünür. Hər hissə bir 

şagirdə verilir. Onlar uyğun rənglərə görə qruplaşırlar və  vərəqləri birləşdirərək sözləri bərpa edirlər. 

Müəllim alınan sözləri yazı lövhəsinə yazır və soruşur:  

– Bu sözlər sizə nəyi xatırladır? (Quşları).   



 

Tədqiqat sualı:  Quşları vərəqdə çəkmək üçün nə etmək lazımdır? Təsəvvürə əsasən rəsm deyəndə 

nə başa düşürsünüz? 

Fərziyyələr söylənilir. 

 

 

 



Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Quşların çəkilmə mərhələlərinə əməl etməklə qrup-

lardakı şagirdlər rəsmi təsvir edirlər. Bundan əlavə, quşlar haqqında məlumat toplayırlar. Hər qrupa dərs-

likdə təsvir ardıcıllığı verilən  müxtəlif quş şəkli tapşırıla bilər. Onların sərbəst işi zamanı müəllim lazımi 

istiqamətlər verir. İşin sonunda rəsmlər rənglənilir. 

XQEOŞ-lər qruplarda rəngləmə işini yerinə yetirə bilərlər.  

Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları 

yazı lövhəsindən asır. 

 

 



Qruplar rəsmlərini təqdim edirlər və quşlar haqqında məlumat verirlər. Bu zaman digər qruplar iş 

haqqında fikirlərini bildirirlər.  

 

 

– Quşları təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız?  Mərhələlərdə nə 



etdiniz?   

 

– Təsəvvürə əsasən rəsm nə deməkdir?  



– Heyvan və quşları təsvir edən rəssam necə adlanır?  

– Yaxşı təsəvvürə malik olmaq üçün diqqətli olmalı, müşahidələr aparmalı, gördüklərinizi yadda 

saxlamalısınız.   

 

 



Quşların üzərindəki naxışlarla paltarı bəzəmək.  

 

 



Dərəcələr üzrə qiymətləndirmə aparılır. 

 

Keyfiyyət 



dərəcəsi

 

Kompozisiya 

həlli tapılıb

 

Qurmaya 


əməl olunub

 

Forma 


verilib

 

Mütənasiblik 

verilib

 

Vaxtında 

qurtarıb

 

Rəng həlli 

düzgündür

 

Əla


 

+ + 




Yaxşı


 

– + 




Orta


 

– – 


– 



Zəif


 

– – 


– 

– 





 

YARADICI TӘTBİQETMӘ

QİYMӘTLӘNDİRMӘ

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

Çap üçün deyil


 

 

 



42

18. SUALTI DÜNYANIN SAKİNLƏRİ 

 

Məşğələ növü 



naturadan rəsm (təsəvvürə əsasən) 

Alt standart 

1.1.2.; 2.2.4.  

Təlim nəticələri   

• sualtı dünyanın cəmiyyətdə roluna aid məlumatlar verir;   

• balıqların üzərində naxışlardan sadə dekorativ kompozisiyalar  

  quraşdırır.   

Dərsin tipi 

induktiv  

İstifadə olunan iş formaları  qrup işi  

İstifadə olunan üsullar 

müzakirə 

Fənlərarası inteqrasiya 

İnf.1.1.3.; Tex.1.3.3.; Riy.3.2.1.; A-d. 2.2.4. 

Təchizat 

rəngli karandaşlar, pastel tabaşirlər, flomasterlər 



 

 

DƏRSİN GEDİŞİ 

 

MOTİVASİYA  

Müəllim şagirdlərə aşağıdakı tapmacanı oxuyur:  

 

Üzər suda,  



Batar suda,  

Gəzər suda,  

Yatar suda, 

Qanadları,  

Qolları var,  

Xərclənməyən  

Pulları var. 

 

– Bu nədir? (Balıq). Hansı balıqları tanıyırsınız? (fərziyyələr). 



    

Tədqiqat sualı:  Balıqları vərəqdə çəkmək üçün nə etmək lazımdır? 

Tədqiqat sualı nəticəsində şagirdlərin fərziyyələri dinlənilir və yazı lövhəsində qeyd olunur. 

 

 

Şagirdlər balıqların növlərinə görə qruplara bölünürlər. Hər növün şagirdlərin sayına görə 5-6 surəti 



verilir. Dərslikdən istifadə edərək tədqiqat işi aparılır. Qruplar orada verilən mərhələləri tətbiq etməklə balı-

ğı təsvir edirlər. Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır 

və meyarları yazı lövhəsindən asır.  

XQEOŞ-lər isə balığı dərslikdə göstərilən ardıcıllığa uyğun yapırlar.  

 

 

 Qruplar 



balıq təsvirlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.  

 

 



– Balığı təsvir etmək  üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız? Hər bir mərhələdə nə etdiniz?        

 

 



– Balıqların üzərindəki naxış  və  rəngləri harada tətbiq etmək olar? Balıqları  təsvir edən zaman onun 

hissələrini, onlar arasındakı fərqi, rəngini, naxışlarını diqqətlə müşahidə etmək lazımdır. 

 

 

Delfin rəsmini çəkmək.  



 

 

 



 

Dərəcələr üzrə qiymətləndirmə aparılır. 



YARADICI TӘTBİQETMӘ

QİYMӘTLӘNDİRMӘ

ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ

MӘLUMATIN MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ

MӘLUMAT MÜBADİLӘSİ

TӘDQİQATIN APARILMASI

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə