Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

 

 



15

T-sxemlәr 

Bu tәsvirdәn eyni bir konsepsiyanın iki aspektini müqayisә etmәk üçün istifadә olunur. Mәsәlәn, 

orta mәktәblәrin  şagirdlәri nәdәnsә esse yazmağa başlayarkәn  әvvәlcә  aşağıda göstәrilәn 

qaydada müsbәt vә mәnfi aspektlәrin siyahısını tәrtib edә bilәrlәr. 

 

MÜSBƏT ASPEKTLƏR 

MƏNFİ ASPEKTLƏR 

 

 



 

BEYİN HӘMLӘSİ 

Şagirdlәr fәrdi şәkildә vә yaxud cüt-cüt olmaqla mövzu üzrә özlәrinә mәlum olanların hamısını 

sadalayırlar. Bu zaman fikirlәrin düzgün olub-olmadığının o qәdәr dә  әhәmiyyәti yoxdur. Әsas 

mәqsәd odur ki, şagird mövzu haqqında düşünmәyә başlasın. Bu üsul problemin hәlli yollarının 

araşdırılmasını öyrәdir vә müstәqil düşünmәk qabiliyyәtini inkişaf etdirir.    

 

KONSEPTUAL CӘDVӘL 

Konseptual cәdvәl üç vә ya daha çox mәsәlәnin, yaxud cәhәtin müqayisәsini nәzәrdә tutur. 

Cәdvәlin tәrtibi: şaquli qrafada müqayisә edilәcәk obyektlәr, üfüqi qrafalarda isә onların müqayisә 

olunacaq xüsusiyyәtlәri vә özәlliklәri yerlәşir.  

 

AÇAR SÖZLӘR 

Bu üsul yeni anlayışların müstәqil olaraq çıxarılmasına xidmәt edir. Әvvәlcә mövzuya aid olan 

dörd vә ya beş söz verilir. Hәmin sözlәrә uyğun olaraq onlardan doğan söz tapılır. Bu, şagirdlәrin 

mövzu haqqında fikirlәşmәlәrinә kömәk edir. 

 

QRUP MÜZAKİRӘSİ 

Müәyyәn mövzu verilir. Onun haqqında müxtәlif mülahizәlәri ortaya çıxarmaq mәqsәdilә mövzu 

әtrafında bütün qrup müzakirә aparır vә söylәnәn fikirlәrә hörmәtlә yanaşılır.  

 

İNTERAKTİV QEYDETMӘ SİSTEMİ – İQS (İNSERT) 

Şagirdlәrin davamlı mәşğuliyyәtini tәmin edәn bir çox tәdris üsulları vardır. İQS (İNSERT) oxu 

zamanı şagirdlәrin öz qavrayışını yoxlamasına imkan verәn güclü vasitәdir. Bu, sәmәrәli mütaliә vә 

tәfәkkür üçün İnteraktiv Qeydetmә Sistemi olub, işarәlәr sistemindәn istifadә edib mәtni başa 

düşmәk üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsuludur.  

Kimә mәlum deyil ki, bәzәn bir sәhifә materialı oxuyub qurtarırsan vә mәlum olur ki, yadında 

heç nә qalmayıb. Bu, fәal surәtdә dәrk etmәk, anlamaq, qavradığını yoxlamaq üçün oxumağın әn 

yaxşı nümunәsidir. Bir çoxları mahiyyәti dәrk etmәdәn oxu vә digәr öyrәnmә proseslәrini 

mәnimsәmәk istәyirlәr. Öyrәnmә prosesindә mahiyyәtin dәrk edilmәsi zәruridir. Lakin öyrәnәn 

şәxs proseslә mәşğul deyilsә, öyrәnmә imkanları hәdәr gedәcәkdir.   

İnteraktiv Qeydetmә Sistemi vasitәsilә mәtn xüsusi işarәlәrlә oxunur:  

"+”  – yeni informasiyadır,  

“—”  – bildiyimә ziddir,  

“?”  – qarışıq informasiyadır,  



 ” – әvvәl bilirdim.  

Şagirdlәrin yaş  vә hazırlıq sәviyyәsindәn asılı olaraq işlәdilәn işarәlәr dә müxtәlif olur. Aşağı 

siniflәrdә iki işarәdәn istifadә edilsә yaxşıdır: “+” yeni informasiyadır vә  “



 ” – әvvәl bilirdim. 



Oxunun mәqsәdindәn vә  şagirdlәrin işarә sistemi ilә  işlәmәk tәcrübәsindәn asılı olaraq, işarәlәr 

fәrqli ola da bilәr.    



Çap üçün deyil


 

 

 



16

1. SEHRLİ RƏNGLƏR 



 

 

1. TƏBİƏT VƏ RƏSSAM 

 

Məşğələ növü 



mövzu üzrə rəsm 

Alt standart  

1.1.1.; 2.2.2.; 3.1.1. 

Təlim nəticələri  

• təbiətin cəmiyyətdə rolunu sadalayır; 

• sadə və rəngli karandaşlarla, flomasterlərlə, pastel tabaşirlərlə, quaş və ya  

   akvarellə yay fəslini təsvir edir; 

• yay fəslinə aid verilmiş təsviri sənət nümunələrinin onda yaratdığı əhvali- 

   ruhiyyəni yaş səviyyəsinə uyğun şərh etməklə ona münasibət bildirir. 

Dərsin tipi 

deduktiv 

İstifadə olunan iş formaları  qrup işi  

İstifadə olunan üsullar 

beyin həmləsi; müzakirə; təriflər- suallar-təkliflər 

Fənlərarası inteqrasiya 

H-b.1.3.2.; 2.3.2.; A-d 1.2.1.  

Təchizat 

 

müxtəlif əsərlərin fotoları, rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, 



quaş və ya akvarel 

 

DƏRSİN GEDİŞİ 



 

MOTİVASİYA 

 

Müəllim yazı lövhəsinin bir tərəfində  bəzəkli kəlağayı, paltar, güldan, üzük təsvirlərini, gözəl təbiət 



mənzərəsini, digər tərəfində isə həmin əşyaların bəzəksiz təsvirlərini, susuzluqdan çat vermiş torpaq mənzə-

rəsini asır və soruşur:  

–  Şəkillərdə nə təsvir olunub? (Kəlağayı, paltar, güldan, üzük, təbiət təsviri). 

– Gördüklərinizin fərqi nədədir? (Bir tərəfdə bəzəkli əşyalar və gözəl təbiət, digər tərəfdə isə eyni əşya-

lar bəzəksizdir və təbiət darıxdırıcıdır). 

–  Hansı daha gözəldir? (Bəzəkli əşyalar və gözəl təbiət).    

–  Gözəlliyi görmək üçün nə etmək lazımdır? (Ətrafa baxmaq, onu müşahidə etmək lazımdır). 

 

Tədqiqat sualı: Rəssam kimdir? Yay fəslinin gözəlliklərini müşahidə və təsvir etmək üçün nəyi nə-

zərə almaq lazımdır? 

Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir və yazı lövhəsinə yazılır.   



 

TӘDQİQATIN APARILMASI 

 

Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Sonra müəllim onları təbiətin yaratdığı gözəl varlıqların adı 



yazılmış vərəqlər vasitəsilə (“Çobanyastığı çiçəyi”, “Lalə gülü”, “Cücə”, “İlbiz”) 4 qrupa ayırır. 1-ci qrup 

“Çobanyastığı çiçəyi”nin, 2-ci qrup “Lalə gülü”nün, 3-cü qrup “Cücə”nin, 4-cü qrup “İlbiz”in gözəlliyini 

ifadə edir, onlar haqqında məlumat verirlər. Qrup üzvləri öz aralarında müzakirələr aparırlar. Müəllim qrup-

lara “Yay fəsli” mövzusunda rəsm çəkməyi tapşırır. Bunun üçün onlarla bu fəsil, onun gözəlliyi haqqında 

müzakirələr edir. Kompozisiyanı çəkən zaman mövzuda verilən varlıqların mərhələlərlə rəsmindən istifadə 

edə bilərlər. 



Xüsusi qayğıya ehtiyacı olan şagirdlər (XQEOŞ) yalnız çiçəklərdən birini mərhələlərlə çəkə bilərlər.   

Qruplar sərbəst işləyirlər, müəllim isə arabir onlara yaxınlaşıb istiqamət verir. 

Müəllim dərsin sonunda qrupun özünü qiymətləndirəcəyini xatırladır və meyarlar yazı lövhəsindən 

asılır.  

 

 

Çap üçün deyil




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə