Microsoft Word ti 2 mv az cap doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix23.01.2018
ölçüsü0,75 Mb.
#21945
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

 



11

                                Praktiki tapşırıqlar:  



Mәzmun 

İşlәmә texnikası 

sәth üzәrindә 

rәsm, rәngkarlıq, aplikasiya 

hәcmli (model) 

kağız, karton, plastilin, gil, maket 

• rәsm çәkmәk (naturadan 

rәsm, mövzu üzrә rәsm, 

dekorativ fәaliyyәt vә s.); 

 

• dekorativ-tәtbiqi fәaliyyәt 



(texnikalar: aplikasiya, 

panno, kollaj, dekupaj, 

vitraj, mozaika, batika, 

tikmә, hörmә, keramik 

mәhsullar  vә s.);  

• yapma (relyefli vә ya 

hәcmli);  

• kompüter qrafikası 

  karandaş, flomaster, diyircәkli vә rәngli qә-

lәm, tuş, kömür, qrafit, pastel tabaşir, rәngli 

kağız, karton, qutu, parça, boya (quaş, akva-

rel, akril, yağlı boya vә s.) vә s.;  

  tәbiәt materialları (düyü, buğda, şam qoza-

sı, ağac, budaq, toxum, yarpaq vә s.); 

 

 

 



 

  plastilin, gil, gips, duzlu xәmir; 

 

  qrafik redaktor (Paint vә s.) 



 

Sorğu 

Şifahi sual-cavab 

Tәsviri incәsәnәt әsәrlәri, әtraf alәm, qayda vә 

anlayışlar  üzrә sual-cavablar, tәhlil, müzakirә 

üzrә 

qeydiyyat vәrәqi 

 

Tәqdimat 

Şifahi, yazılı, rәmzi, tәsviri, 

kompüterdә tәqdimatlar  

 

Şifahi cavablar;  



bәdii әsәrlәrә esselәrin yazılması; 

rәmzi tәsvirlәr (işarәlәr); 

bәdii yaradıcılıq vә әl işlәri, slayd vasitәsilә tәq-

dimat; layihәlәr 



 

Qiymәtlәndir-

mә 

Qrup işlәrinin qiymәtlәndiril-

mәsi, özünüqiymәtlәndirmә, 

rubrik üzrә qiymәtlәndirmә

qrafik, sxem, şkala, test  vә s. 

Qiymәtlәndirmә  vәrәqlәri, qiymәtlәndirmә 

sxemlәri, meyarlar cәdvәli,  şkalalar, sxemlәr, 

test tapşırıqları vә s. 

 

Müvafiq qiymәtlәndirmә vasitәlәrinә aid nümunәlәr vәsaitin arxasında verilmişdir.  



Müәllim üçün metodik vәsaitdә bir sıra qiymәtlәndirmә üsullarından istifadә olunması tövsiyә edilir. 

Müәllim bu üsul vә formalardan öz mәqsәdinә uyğun şәkildә istifadә edib, yenilәrini yarada bilәr.  



 

Dәrәcәlәr üzrә qiymәtlәndirmә 

Müәllim uşaqlara “yaxşı” nәticә dedikdә  nәyin nәzәrdә tutulduğunu bildirmәlidir. Buna nail 

olmaq üçün qiymәtlәndirmә meyarlarını aydınlaşdırmaq tәlәb olunur. Müasir üsullara әsaslanan tә-

limdә  şagird nailiyyәtlәrini qiymәtlәndirәrkәn yaxşı  vә pis cavabların, sadәcә, mәcmusu nәzәrdә 

tutulmur. Bu zaman biliyi qiymәtlәndirmәk üçün dәrәcәlәrdәn istifadә etmәk mәqsәdәuyğundur. 

Dәrәcәlәr dedikdә şagirdlәrin fәaliyyәtini  yüksәk, orta vә aşağı balla qiymәtlәndirmәyә imkan ve-

rәn dәqiq ifadә olunmuş qaydalar nәzәrdә tutulur. Ballar müxtәlif qradasiyalarda da ola bilәr. 

Mәsәlәn, әla, çox yaxşı, yaxşı, orta, aşağı, zәif, çox zәif vә s. İbtidai siniflәrdә şagirdlәrin fәaliy-

yәtini konkret söz vә ya rәqәmlәrlә deyil, müxtәlif işarәlәrlә göstәrmәk dә olar. Mәsәlәn, natura-

dan rәsm mәşğәlәsindә, tәlim nәticәlәrindәn asılı olaraq, müәllim qiymәtlәndirmә meyarlarını şa-

girdlәrlә müzakirә yolu ilә müәyyәn edir. Bu meyarlar yazı taxtasında yazılır vә ya şagirdlәrә pay-

lanılır.  



№ 

Meyarlar 

Əla 

Yaxşı 

Orta 

Zəif 

1 Naturadan 

rəsmi vərəqdə necə yerləşdirmişəm? + 



2 Təsvirdə naturanın əsas səciyyəvi xüsusiyyətlərini nə dərə-

cədə göstərmişəm? 

+ +  + – 

3 Formanı nə dərəcədə göstərmişəm? + 



– 

4 Hissələr arasında ölçü fərqlərini necə göstərmişəm? + 

– 

– 



Əsas rəngləri nə dərəcədə göstərmişəm? + 





6 Naturadan 

rəsmi nə dərəcədə səliqəli yerinə yetirmişəm? +  +  –  – 



Çap üçün deyil


 

 

 



12

 

Burada qiymәtlәr belә müәyyәn oluna bilәr: 6 meyar üzrә “+” işarәsi qoymuş şagirdlәrin fәaliy-



yәtlәri “әla” (1-ci sütun); 5 meyar üzrә “+” işarәsi qoymuş şagirdlәr “yaxşı” (2-ci sütun); 4 meyar 

üzrә “+” işarәsi qoymuş şagirdlәr “orta” (3-cü sütun); 3 meyar üzrә “+” işarәsi qoymuş şagirdlәrin 

fәaliyyәti isә “zәif” (4-cü sütun) qiymәtlәrlә qiymәtlәndirilir. “Әla”, “yaxşı”, “orta”, “zәif” sözlәri 

әvәzinә onları xarakterizә edәn mimikalardan (gülәn, adi, qәzәbli, qәmli obrazlar) da istifadә 

etmәk olar. Müәllim әvvәlcәdәn mimikalara aid hazırladığı kağızları şagirdlәrә paylayır. 

 

Fәrdi özünüqiymәtlәndirmә 

Şagirdlәrin tәlim prosesindәn daha çox faydalanmalarında müәllimin düzgün istiqamәtdә kö-

mәk göstәrmәsi üçün onlar özünüqiymәtlәndirmә formalarını doldurmalıdırlar. Bununla yanaşı, 

müәllim müxtәlif formalardan da istifadә edә bilәr. Mәsәlәn, dekorativ-tәtbiqi fәaliyyәt zamanı 

aplikasiya düzәldәrkәn şagirdin doldurması üçün müәllim aşağıdakı cәdvәli formalaşdıra bilәr. O, 

uyğun gәlәn sәviyyәni seçәrәk, “+” vә ya “–” işarәsi ilә işarәlәyir.

  

 



№ 

Meyarlar 

Əla 

Yaxşı 

Orta 

Zəif 

1 Güllərin təsvirini nə dərəcədə vermişəm? 

+ + + + 

2 Hissələri  arasında ölçü fərqlərini necə göstərmişəm? +  +  – – 

3 Kontrast 

rənglərdən nə dərəcədə istifadə etmişəm?  + + + + 

4 Aplikasiyanı nə dərəcədə səliqəli kəsmişəm? + 

– 

– 



– 

5 Təsviri tapşırılan vaxt ərzində yerinə 

yetirdimmi?  + + + – 

 

Qrup diskussiyaları üçün qrupun özünüqiymәtlәndirmәsi 

Şagirdlәr qruplar şәklindә  işlәyәrkәn dәrsin sonunda müәllim tәrәfindәn onlara öz işlәrini 

qiymәtlәndirmәk üçün vaxt verilir. Müәllim  şagirdlәrә öz işlәrini qiymәtlәndirmәk üçün müәyyәn 

istiqamәtlәr verә bilәr.  

 

№  Meyarlar 

Həmişə 

Bəzən 

Heç vaxt 

1 Müzakirəyə başlamazdan əvvəl tapşırığı dəqiqləşdiririk. 

   

2 Tapşırıqdan kənara çıxmırıq. 



   

3 Hamı fikrini söyləyir. 

   

4 Bir 


rəyə gələ 

bilirik. 

   

5 Qrupda 



yerinə yetiriləcək işləri aramızda 

düzgün 


bölürük. 

   


İşi verilən vaxt ərzində yerinə 

yetiririk. 

   


 

Şagirdlәr qrup daxilindә öz işlәrini qiymәtlәndirdikdәn sonra bu işin sәmәrәsini necә artırmaq 

barәdә müәllimlә müzakirә apara bilәrlәr.  

  

Qrup fәaliyyәtinin qiymәtlәndirilmәsi 

Şagirdlәri qiymәtlәndirmәk üçün müәllim özü dә şagirdlәrlә birlikdә meyarlar üzrә qrup qiymәt-

lәndirmәsini hәyata keçirә bilәr. Bunun üçün o, tәdqiqat işinә başlamazdan  әvvәl  şagirdlәrlә 

birlikdә qrupun fәaliyyәtini qiymәtlәndirmәk üçün meyarlar işlәyib hazırlamalıdır. Qiymәtlәndirmә 

ballarını ulduzlardan, müxtәlif işarәlәrdәn, simvollardan (smayliklәrdәn) istifadә etmәklә 

göstәrmәk olar. Nәticәdә isә hәr qrupun topladığı ulduz, simvol (smayliklәr) sayılır. 

 

 



MEYARLAR 

 

QRUP 

Dinləmə 

Əməkdaşlıq 

Tapşırıq tam və uyğun 

yerinə yetirilib 

Əlavələr Tərtibat 

Vaxtında 

yerinə yetirilib 

 

 



 

 

 



 

II 

 

 



 

 

 



 

III 

 

 



 

 

 



 

IV 

 

 



 

 

 



 

Çap üçün deyil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə