14
ölkələrdə çox tez-tez rast gəlmək olur.Məhz buna görə də biliklə iqtisadiyyatın
qarşılıqlı əlaqəsini dərk edib təcrübədə və xüsusən iqtisadiyyatın inkişafında ondan
istifadə etmək üçün Beynəlxalq Bank inkişafda olan ölkələrə aşağıdakıları tövsiyə
edir.
Birincisi, onlar inkişaf etmiş ölkələrlə öz ölkələri arasında yaranmış bilik
çatışmazlığının fərqini azaltmağa yönələn siyasət həyata keçirməlidirlər.Belə
siyasətin əsasını insanların savadlandırılmasına dövlət investisiyasının artırılması,
iqtisadiyyatın açıqlıq səviyyəsinin yüksəldilməsi, telekommunikasiya sahəsində
rəqabətə mane olan baryerlərin götürülməsi təşkil etməlidir.
kincisi, inkişaf etməkdə olan ölkələrin dövlət orqanları, beynəlxalq
idarələr,qeyri-dövlət təşkilatları və şəxsi bölmələr bir-birləri ilə informasiya
probleminin həlli ilə məşğul olan institutların xeyrinə əməkdaşlıq etməlidirlər.Bu
cəhətdən əsas diqqət mühasibat uçotunun standartlaşdırılmasına, informasiyanın
açılma qaydalarına, kredit reytinqi sistemi mexanizmlərinin yaradılmasına
yönəldilməlidir. Bunlardan başqa,müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin
edə bilən səmərəli qanunçuluq və məhkəmə sistemləri formalaşdırmaq tələb olunur.
Üçüncüsü, bilik çatışmazlığının tam aradan qaldırılmasının qeyri-
mümkünlüyünü nəzərə almaq lazımdır, lakin biliyin iqtisadi inkişafda həlledici
rolunu dərk etməklə çox zaman elə optimal nəticələr əldə etmək olar.
1.2. Sosial-iqtisadi inkişafın yeni forması kimi bilik iqtisadiyyatının
mahiyyəti və özəllikləri
Biliyin gücü, onun verdiyi iqtisadi və sosial səmərəyə misal kimi dünya-iqtisadi
inkişafında "Yaşıl inqilab" adı ilə məşhur olan ümumdünya hərəkatını göstərmək
olar. Biliyə əsaslanan bu ümumdünya hərəkatı artıq bir çox onilliklərdir ki, kənd
təsərrüfatı sahəsində yeni biliklər yaratmaq, onları dünya miqyasında yaymaqla
15
məşğuldur. nkişaf məqsədi ilə bilikdən istifadəni əyani olaraq göstərən bir modelə
çevrilmiş “Yaşıl inqilab" hərəkatı həm də özünün beynəlminəlliyi ilə fərqlənir. Bu
hərəkatda çoxlu dövlətlər, qeyri-kommersiya təşkilatları, çoxtərəfli kompaniyalar,
fərdi fırmalar, banklar, torpaq becərənlər, torpaqsız muzdlu kəndlilər iştirak etmişlər.
Bunlar hamısı birgə çalışıb bilik məhsulu yaradırdılar və konkret kənd təsərrüfatı
sahələrində onu tətbiq edirdilər ki, məhsuldarlığı artırsınlar.
nformasiya cəmiyyətinin müvəffəqiyyətlə formalaşması, ilk növbədə,
informasiyaya və biliyə, müasir texnologiyalara və innovasiyalara əsaslanan yeni
iqtisadiyyatın, o cümlədən informasiya iqtisadiyyatının formalaşmasından və
inkişafından asılıdır.
nformasiya iqtisadiyyatı dedikdə, ümumi daxili məhsulun (ÜDM) 50%-dən çox
hissəsinin informasiyanın və biliyin istehsalı, emalı, mühafizəsi və yayılması
fəaliyyəti sahəsində təmin olunduğu və əmək qabiliyyətli əhalinin yarıdan çoxunun
bu fəaliyyətdə iştirak etdiyi iqtisadiyyat başa düşülür.
nformasiya iqtisadiyyatı termini ilk dəfə elmi dövriyyəyə 1970-ci illərin
ortalarında amerika alimi M.Porat tərəfindən daxil edilmişdir. Onun fikrincə,
informasiya texnologiyaları yeni cəmiyyətin əsas məzmununu əks etdirir - əsas
istehsal resursları və ictimai sərvət formaları kimi isə informasiya və bilik çıxış edir
[2].
nformasiya iqtisadiyyatının xüsusiyyətləri, əsasən, aşağıdakılardan ibarətdir [3]:
•
nformasiyanın və biliyin istehsal faktoru və əsas resurs olması;
•
nformasiya texnologiyalarının istehsal və qeyri-ishehsal sahələrində
geniş tətbiqi:
•
Yaradılan məhsulun maddiliyini itirməsi (dematerializasiya);
•
Ə
məyin xarakterinin və strukturunun dəyişməsi;
•
Yeni iqtisadiyyatın qlobal xarakter daşıması və s.
Texnoloji innovasiyalar yeni iqtisadiyyatın formalaşmasında olduqca mühüm rol
oynayır. Xüsusilə də, KT-nin inkişafı informasiya cəmiyyətinin və ona uyğun
16
iqtisadiyyatın, o cümlədən innovativ informasiya iqtisadiyyatının formalaşması və
inkişafı üçün zəruri şərtdir.
KT-nin inkişafı informasiyanın, yeni əlaqə vasitələrinin əlyetərliliyini, istehsal
proseslərinin təşkilini və bir çox iqtisadi fəaliyyət növlərinin səmərəliliyinin artmasını
təmin edir. nformasiya-kommunikasiya sistemləri beynəlxalq bazar və qlobal
istehsal şəbəkələri ilə əlaqə yaratmaqla, iqtisadiyyatın qloballaşmasını sürətləndirir.
KT iqtisadi artımın aparıcı qüvvəsinə çevrilir. Onun iqtisadi inkişafa təsiri iki
istiqamətdə baş verir. Birincisi, KT mallarının və xidmətlərinin istehsalı -
iqtisadiyyatın ən innovativ və dinamik sahələrindən biridir və iqtisadi artıma
ə
həmiyyətli töhfə verir. kincisi, iqtisadi və digər sahələrdə KT-nin tətbiqi innovativ
inkişafa təkan verir, əmək məhsuldarlığının artmasına, məsrəflərin azalmasına,
iqtisadi fəaliyyətin yeni sahələrinin meydana gəlməsinə və həyat şəraitinin
yüksəlməsinə imkan yaradır [4] .
R.Atkinson və A.MakKey KT-nin istifadəsinin sosial-iqtisadi inkişafa təsirinin
aşağıdakı mexanizmlərini qeyd etmişdilər [5]:
- əmək məhsuldarlığının həm makro, həm də mikro səviyyədə artması - ayrı-ayrı
işçilərin əmək məhsuldarlığının artması ilə bərabər, həm də kapitalın və təbii
resursların daha səmərəli istifadəsi mümkün olur;
- artımın dolayı yolla stimullaşdırılması bazarların genişlənməsinə
vəidarəetmənin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır;
- iş yerlərinin sayının artması və iqtisadiyyatın vəziyyətinin yaxşılaşması;
- istehsal məhsullarının və xidmətlərinin yayılması şəraitinin yaxşılaşması və
məhsulun istehlakçıya çatdırılmasına çəkilən xərclərin azaldılması;
- malların və xidmətlərin keyfiyyətinin yüksəlməsi və kütləvi təbəqələşməsi;
- innovasiyaların genişlənməsi.
qtisadi inkişafın tarixi mərhələləri texnoloji istehsal üsullarının əvəzlənməsi ilə
sıx bağlıdır. Müasir şəraitdə informasiya texnologiyalarına əsaslanan texnoloji
istehsal üsulu formalaşır ki, burada da inkişafın əsas hərəkətverici qüvvələri
informasiya və bilikdir.
Dostları ilə paylaş: |