7
yığanın hökmü altına düşür və vergi yığan bundan öz şəxsi mənfəətini güdməklə istifadə
edir. Vergilər hər bir vergi ödəyicisi üçün əlverişli olan vaxtda tutulmalıdır.
Müasir dövrdə özünün klassik funksiyaları ilə yanaşı, dövlət iqtisadiyyatın tarazlı və
dinamik inkişafını, sosial ədalət və sosial rifahı təmin etmək sahəsində də çox mühüm
funksiyalar yerinə yetirir. Bu funksiyaları yerinə yetirə bilmək üçün dövlətə müəyyən
büdcə məsrəfləri lazımdır. Onların maliyyələşdirilməsi üçün kifayət qədər gəlir mənbələri
tələb oulnur. Mövcud şəraitdə hər bir ölkənin sosial-iqtisadi strukturu və inkişaf səviyyəsi
ilə dövlətin xərc və gəlirlərinin miqdarı və strukturu arasında birbaşa asılılıq mövcuddur.
Hər hansı bir ölkənin mövcud sosial-iqtisadi problemlərinin həlli yolları araşdırıldıqda və
yaxud dövlətin qarşısında duran ənənəvi vəzifələr planlaşdırıldıqda tələb olunan dövlət
gəlirləri yükünün ədalətli və taraz bölgüsünə xüsusi diqqət verilməlidir.
Dünyada dövlət maliyyəsinə həsr olunmuş ədəbiyyatda vergilərin müxtəlif tərifi
verilir. Bu təriflərin əksəriyyətində vergilərin hüquqi xüsusiyyətləri qeyd edilir. Bu
xüsusiyyətlərdən ən mühümləri onların «məcburiliyi» və «əvəzsiz» olması cəhətləridir.
Lakin, az da olsa vergilərin iqtisadi mahiyyətini açan təriflər də mövcuddur.
qtisadi baxımdan vergi nədir? Ən qısa ifadə olunsa məcmu milli məhsul və milli
gəlirin bir hissəsinin dövlət tərəfindən məcburi surətdə toplanmasıdır. Bu fikri XIX əsrdə
ingilis iqtisadçısı D.Rikardo əsaslandırmışır. O qeyd etmişdir ki: «Vergi hər hansı bir
ölkənin sənaye və torpağından əldə edilən gəlirin dövlət sərəncamına verilən hissəsidir.
Bu hissə nəticədə həmişə millətin kapitalı və ya gəlirindən ödənir».
1
Müəyyən
çatışmazlığa baxmayaraq (məsələn, dövrümüzdə gəlir gətirməyən sərvətdən də vergi
alınır) D.Rikardonun bu fikri müasir vergi anlayışının formalaşmasında mühüm addım
hesab edilir. Sonralar vergi anlayışını Gaston Ceze inkişaf etdirdi. Onun fikrinə görə:
«Vergi müəyyən xidmətin müqabili olmadan və geri qaytarılmamaq şərti ilə dövlət
xərclərini təmin etmək məqsədilə fərdlərdən məcburi alınan puldur». Verilən tərif də
dövrümüzdə mövcud olan vergi anlayışını tam şəkildə əks etdirmir. Çünki, həmin tərif
vergilərin dövlət məsrəflərini ödəmək üçün alındığını göstərir. Lakin, nəzərə almaq
lazımdır ki, müasir dövrdə vergi yalnız dövlər məsrəflərini təmin etmək üçün deyil, həm
də bir sıra mühüm iqtisadi və sosial məqsədlər üçün də toplanır. Verginin tərifini müasir
1
D.Ricardo. Principes de l’Economicetde Y’Jmport. Calmann-levy, 1970, p. 115.
8
anlayışlara daha uyğun olaraq L.Mehl belə ifadə etmişdir: «vergi – dövlətin, yerli
idarələrin və ya qanunda nəzərdə tutulmuş ictimai qurumların ictimai xidmətləri yerinə
yetirmək məqsədilə hüquqi və fiziki şəxslərdən onların ödəmə gücünə uyğun olaraq,
qanun yolu ilə qəti şəkildə və əvəzsiz aldıqları puldur».
2
Vergi anlayışı aşağıdakı altı səciyyəvi cəhəti özündə birləşdirir:
1.
Vergi pul öhdəliyidir;
2.
Vergi əvəzsizdir;
3.
Vergi məcburi ödəmədir və hüquqi məcburiyyətə əsaslanır;
4.
Vergi əvvəlcədən müəyyən edilmiş şərtlər əsasında alınır;
5. Verginin alınmasında məqsəd ümumi ictimai fayda üçün həyata keçirilən xərcləri
ödəməkdir;
6. Fərdlərin vergini ödəmək məcburiyyəti onların təşkilatlanmış bir cəmiyyətin,
dövlətin üzvü olmalarıdır. Bu xüsusiyyətlər vergiləri yalnız milli sərhədlər daxilində olan
vətəndaşlardan deyil, həmçinin dövlət daxilində yaşayan xaricilərdən (başqa dövlətlərin
vətəndaşlarından) də alınmasını zəruri edir.
Müasir vergitutma nəzəriyyəsində vergilər əsasən aşağıdakı xüsusiyyətlərinə görə növlərə
ayrılırlar:
-tutulma üsuluna görə;
-subyektinə görə;
-ödənildiyi büdcənin səviyyəsinə görə.
Tutulma üsuluna görə vergiləri 2 əsas qrupa ayırmaq olar: birbaşa vergilər və dolayı
vergilər.
Birbaşa vergilər dedikdə, maddi sərvətlərin toplanması prosesində vergi
ödəyicilərinin gəlir və ya əmlakından bilavasitə tutulan vergilər başa düşülür. Buna görə
də bu vergilərin dəqiq məbləği məlumdur. Birbaşa vergilərə torpaq vergisi, əmlak vergisi,
fiziki şəxslərdən tutulan gəlir vergisi, hüquqi şəxslərdən tutulan mənfəət vergisi və s.
daxildir.
9
Dolayı vergilər əmtəə və ya xidmətin qiymətindən tutulan vergilərdir. Bu vergilərə
istehlak vergiləri də deyilir. Onlar qismən və ya tamamilə əmtəənin dəyərinə köçürülür.
Dolayı vergilərə misal olaraq əlavə dəyər vergisini, aksizləri və s. misal göstərmək olar.
Göründüyü kimi, birbaşa verginin ödəyicisi gəliri əldə edən şəxs, dolayı verginin
ödəyicisi isə əmtəənin istehlakçısıdır.
Subyektinə görə vergiləri 3 qrupa ayırmaq olar: fiziki şəxslərdən tutulan vergilər;
müəssisə və təşkilatlardan tutulan vergilər; eyni zamanda həm hüquqi, həm də fiziki
şə
xslərdən tutulan vergilər (qarışıq vergilər).
Fiziki şəxlərdən tutulan vergilərə misal olaraq gəlir vergisini, fiziki şəxslərin əmlak
vergisini, vərəsəlik və ya bağışlanma yolu ilə keçən əmlakdan vergini və s. göstərmək olar.
Müəssisə və təşkilatlardan tutulan vergilərə mənfəət vergisi, əlavə dəyər vergisi,
aksizlər, müəssisə və təşkilatların əmlakından tutulan vergi və s. daxildir.
Qarışıq vergilər elə vergilərdir ki, onları həm hüquqi, həm də fiziki şəxslər ödəyirlər.
Məsələn, dövlət rüsumları, bəzi gömrük rüsumları və s.
Ödənildiyi büdcənin səviyyəsinə görə vergiləri 2 qrupa ayırmaq olar: təsbit olunmuş
vergilər və tənzimedici vergilər.
Təsbit olunmuş vergilər birbaşa və bütövlükdə konkret büdcə və ya qeyri-büdcə
fonduna köçürülür.
Tənzimedici vergilər müəyyən nisbətdə həm respublika, həm də yerli büdcələrə
köçürülür. Məsələn, respublikamızda hüquqi şəxslərdən tutulan mənfəət vergisinin
müəyyən faizi respublika büdcəsinə, müəyyən faizi isə yerli büdcəyə köçürülür.
Vergilərin yuxarıda sadalanan təsnifata uyğun olaraq növlərə bölünməsi yeganə
qayda deyil, onları başqa əlamətlərə görə də növlərə ayırmaq olar.
Vergilə r iqtisadi kateqorya kimi. Vergilər büdcənin yeganə gəlir mənbəyi deyildir:
o büdcəyə və digər mərkəzləşdirilmiş dövlət fondlarına maliyyə vəsaiti cəlb edilməsinin
yalnız bir formasıdır. Məsələyə tarixi səpkidə baxıldıqda da məlum olur ki, onlar dövlət
gəlirlərinin heç də ilk forması deyillər.
Məlum olduğu kimi, dövlət gəlirlərinin ən qədim forması (hərbi qənimət nəzərə
alınmazsa) domen yaxud dövlət əmlakı, xəzinə torpaqları və meşələrdən daxil olan gəlirlər
idi. lk əvvəl (Şərqdə uzun müddət) onlar hökmdarların mülkiyyətində idilər. Onlardan
Dostları ilə paylaş: |