_______________Milli Kitabxana___________________
397
müəllim qətiyyən üzümə baxmırdı. O tavanda bir
nöqtəni tutmuşdu. Elə bil ki, bu saat həmin
nöqtədən gözlərini çəksə almanlar deyil, ruslar
məğlub olacaqdı. Xeyli danışdım. Birdən Yusif
müəllim sözümü kəsib dedi:
- Yaxşı analitik təfəkkürün var. Bu sözlər
tarix kitablarında yazılmayıb. Amma sən doğru
deyirsən. Bir sual da verəcəm. Bilsən “5” ni yaza-
cam.
Yaxşı bilirdim ki, ən asan suala belə cavab
verə bilməyəcəm. Ona görə də dedim:
- Müəllim, “4” düşürsə, yaz gedim.
- Axı sənə “4” yazmağa əlim gəlmir. Əsl ta-
rixçi ola bilərsən. Aydın məsələdir ki, onun sualına
kifayətləndirici cavab verə bilmədim. Tarixdən “4”
aldım.
Bu “4” mənim qiymətim deyildi. Axşam
qatarda gələn, indi də adını bilmədiyim lakin bu
qiyməti almaqda mənə misilsiz köməyi dəyən o
insanın qiyməti idi. Allah onun işinə faraş versin.
1966 – cı il idi. Yevlaxda çıxan “Təşəbbüs”
qəzetində işləyirdim. Dursun Məmmədov adlı bir
müəllimlə dostluq edirdim. Ara-sıra qəzetdə onun
məqalələrini nəşr edirdim. Bir dəfə Dursun yanıma
gəlib dedi:
- Sabah Bakıya gedirəm. Aspiranturaya.
Orada Kamal Qəhrəmanov adlı bir müəllim var.
Mənə kömək edəcəyinə söz verib.
_______________Milli Kitabxana___________________
398
- Çox yaxşı dedim. Rayonda qalmağın
mənası yoxdur. Sənin də ki, savadın yaxşıdır. Uğur
olsun! Bir qədər fikirləşib soruşdum:
- Bəs dostunun yanına əliboş gedirsən?
- Neyləyim? - dedi. -Hələ mer-meyvə çıxma-
yıb. Kamal müəllim çox toxgöz adamdır. Məndən
heç nə ummur. Tələbə vaxtı hərdən pul da verirdi.
Çox yaxşı adamdı. 40 yaşı var, hələ evlənməyib.
Mən bir qədər fikrə gedib dedim:
- Hər halda dostun yanına əliboş getməzlər.
- Nə aparım? Bazarda da heç nə yoxdur.
- Mən bu saat bir şey fikirləşərəm - dedim.
Varvara SES-in müdirinə zəng etdim. Bu
müdir həmişə mənə deyirdi ki, sənə həmişə balıq
lazım olsa, bir zəngin kifayətdir. Mən də ona öm-
rümdə zəng etməmişdim. Mənim xahişimi eşidən
kimi müdir dedi:
- Balıq saat neçəyə lazımdır?
- Qatar axşam gedir. Saat altıya kimi
göndərsən pis olmaz.
Düz saat altıda balığı gətirdilər. O, 1 metrdən
uzun nərə balığı idi. Evdən köhnə bir çamadan
tapıb, balığı ona zorla yerləşdirdik. Ağzını bərk-
bərk bağlayandan sonra Dursuna dedim:
- Götür görək, ağır deyil ki?
Dursun arıq bir oğlan idi. Fiziki işlə məşğul
olmadığına görə lap zəif idi. Nə qədər güc vurdusa
çamadanı yerindən tərpədə bilmədi. Ikimiz də
əyləşib dərin fikrə getdik.
_______________Milli Kitabxana___________________
399
- Indi biz neyləyək? Mən səni buradan yola
sala bilərəm. Amma vağzaldan o tərəfə necə gedə-
cəksən?
- Heç necə. Mən bu balığı aparmayacam.
Indiki kimi yadımdadır. Həftənin V günü idi.
Iki gün işə getməyəcəkdik. Mən qəti qərar verdim:
- Mən də səninlə gedirəm. Dursunun uçmağa
qanadı yox idi.
Biz Kamal müəllimgilə gələndə səhər saat
doqquz olardı. Kamal müəllim məni göstərib dedi:
- Bəs bu oğlan kimdir?
-Heç, jurnalist dostumdur. Bunu gətirim-
deyib çamadanı göstərdi.
Onun içində nə var-deyib Kamal müəllim
maraqlandı.
- Balıq. Biz çamadanı açıb balığı stolun
üstünə qoyduq. Kamal Qəhrəmanov balığa xeyli
baxıb dedi:
- Axı bunu kim bişirəcək?
Doğrusu ömrümdə balıq bişirməmişdim.
Mən bu adamlara baxıb dilləndim. - Onu bişirməyə
nə var ki? Mən!
Elə güman edirdim ki, Kamal müəllim
kimisə çağıracaq, balığı bişirtdirəcək. Mənim belə
cəsarətlə danışmağım onun xoşuna gəldi.
-Buyur dedi və qab- qacaq gətirdi. Manqalın,
kömürün yerini göstərdi. Kavab bişən zaman balıq
tikələrinin böyür-başından ağ köpüklər qalxmağa
başladı. Sən demə, balığın zəhərli damarını çıxart-
_______________Milli Kitabxana___________________
400
mamışam. Birtəhər səhər yeməyini yeyib instituta
gəldik. Kamal müəllim dedi:
- Sən jurnalistsən? Bəlkə bizə bir köməklik
edəsən. Bizim API-də “Gənc müəllim” adlı bir
qəzet çıxır. Mən onun redaktoruyam. Doğrusu lap
canımı boğazıma yığıb.
Məni redaksiyaya gətirdi. Qəzetin məsul
katibi Aydın Hacıyevlə tanış etdi. Tapşırdı ki, hazır
materialları mənə versin. Kamal müəllim Dursunla
harasa getdi.
O zaman “Gənc müəllim” qəzeti cəmi iki
səhifə çıxırdı. Mən hazır materialları götürdüm.
Diqqətlə nəzərdən keçirdim. Amma bu məqalələrlə
qəzet çıxartmaq olmazdı. Aydın müəllimə xahiş
etdim ki, məni qiraət zalına aparsın. Bütün günü
müxtəlif qəzetlərlə məşğul oldum. Səhərisi gün də
eyni həvəslə işlədim və nəhayət dörd səhifədən
ibarət həm məzmunu, həm də xarici görünüşü ilə o
vaxtın tələbə qəzetlərindən fərqlənməyən, əksinə
tərtibatına görə diqqəti cəlb edən gözəl bir qəzet
çıxartdım. Kamal müəllim qəzeti görəndə gözlərinə
inanmadı. O, qəzeti tərifləmək üçün söz tapa
bilmirdi. Sadəcə dedi:
- Çox sağ ol! Gözəl qəzetdir. Qəzetdən bir
nüsxə götürüb institutun rektoru Şövqü Ağayevin
yanına getdi. Rektorla Kamal müəllimin arasında
nə söhbət olmuşdusa bilmirəm. Qayıdanda Kamal
müəllim dedi:
- Sən bizim qəzetdə işləyərsənmi?
Dostları ilə paylaş: |