Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə86/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   81   82   83   84   85   86   87   88   89

_______________Milli Kitabxana___________________ 

 

405 



müddəaları  sərbəst  şərh edirdim. M. Təhmasib 

məni diqqətlə dinlədikdən sonra qabaq cərgədən 

durub arxaya keçdi və sona qədər mənə heç bir sual 

vermədi. Axırda gəlib əlimi sıxdı və dedi: 

- Sən yaxşı folklorşünas olacaqsan. Onun bu 

sözlərini Dəmirçizadə  də  eşitdi və keçirdiyi fərəh 

hissi gözümdən yayınmadı.  

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

406 



MIKAYIL RZAQULUZADƏ 

 

Mikayıl Rzaquluzadə ilə ilk tanışlığım 1967-



ci ildə oldu. Pedaqoji unuversitetin “Gənc müəllim” 

qəzetində redaktor işləyirdim. Mikayıl Rzaqulu-

zadəni tələbələr ilə görüşə çağırmışdılar. O zaman 

universitetdə  uşaq  ədəbiyyatından Sədi  Əfəndiyev 

adlı bir müəllim dərs deyirdi. Uşaq  ədəbiyyatını 

yaxşı bilirdi. Məruzəsi də xoşuma gəldi. Mən də 

çıxış etdim. Sonra M. Rzaquluzadəni evlərinə qədər 

ötürdüm. Sonralar tanışlıq dostluğa çevrildi. 

Mikayıl Rzaquluzadə  şeirlərimi çox sevirdi. Mən 

namizədlik dissertasiyası müdafiə edəndə  əsərim 

haqqında rəy də yazdı. Əslində mənim Azərbaycan 

televiziyasında veriliş aparmağımda da onun rolu 

oldu.  Şair Tofiq Mahmud televiziyada “Sizin se-

vimli yazıçılarınız” adlı veriliş aparırdı. Bu veriliş-

lərdən birini M. Rzaquluzadənin yaradıcılığına həsr 

etmişdi. Verilişdə  mən də  iştirak edirdim. Tele-

viziyanın o zamankı sədri Elşad Quluyev həmin ve-

rilişə baxırmış. O, mənim M. Rzaquluzadə haq-

qında çox sərbəst danışdığımı görüb uşaq verilişləri 

redaksiyasının baş redaktoru Kamran Ibrahimova 

deyib: 

- Bu oğlanı niyə verilişə  cəlb etmirsiniz? 



Imkan olsa, onun üçün veriliş açın.  

Iş belə gətirdi ki, Tofiq Mahmud “Göyərçin” 

jurnalına baş redaktor keçdiyinə görə daha veriliş 

aparmadı, həmin verilişi mən aparası oldum.  




_______________Milli Kitabxana___________________ 

 

407 



Mikayıl Rzaquluzadə son dərəcə  zəhmətkeş 

bir yazıçı idi. Bir dəfə pedaqoji fakültədə açıq 

dərsim olmalı idi. Həmin dərsi M. Rzaquluzadənin 

həyat və yaradıcılığına həsr etdim. Mikayıl müəl-

limdən xahiş etdim ki, yazdığı  və  tərcümə etdiyi 

kitabları seçsin. Onlardan açıq dərsdə istifadə edə-

cəyəm. Səhərisi gün Mikayıl müəllimgilə  gəldim. 

Böyük bir zaldan ibarət olan iş otağının bir küncünə 

çoxlu kitab qalanmışdı.  

- Bu nədir? dedim. Köçürsünüz? 

- Sən demədin ki, kitabları seç? Bu elə həmin 

kitablardır da. Mikayıl müəllim izahat verdi.  

Mən bu kitab qalağına baxıb, heyrət etdim.  

- Siz bu qədər kitab yazmısınız?  

- Hamısı  mənim deyil, çoxu tərcümədir - 

dedim.  


Bu qədər kitab tərcümə etmək bir insan 

ömrünə sığışan iş deyildi.  

-  Ən çox hansı kitabın tərcüməsi yadınızda 

qalıb? – deyə soruşdum.  

Bizim söhbətimizə qula asan yazıçının həyat 

yoldaşı Cəmilə xanım dedi: 

- Zahid, oğul, qoy mən danışım - dedi.  

- Bu kitabların hamısını  makinada mən yaz-

mışam-dedi.  Ən çox yadımızda qalan Rəşad Nuri 

Güntəkinin “Çalıquşu” romanıdır. O, çox təsirli 

əsərdir. Bəzən ağlamalı yerlərində  hələ cümləni 

tərcümə etməmiş Mikayıl doyunca ağlayırdı, sonra 




_______________Milli Kitabxana___________________ 

 

408 



cümləni tərcümə edirdi. Mən ağlamağa başlayır-

dım. Sonra Mikayıl deyirdi: 

- Cəmilə, sən ağlayıb qurtardın? 

- Hə, deyə başımla təsdiq edirdim. 

- Mən də qurtardım. Işimizi davam et-

dirəkmi? 

Bu romanın tərcüməsini heç zaman 

yadımızdan çıxartmayacağıq.  

Mikayıl Rzaquluzadənin həyat və yara-

dıcılığına həsr etdiyim açıq dərsim çox yüksək 

səviyyədə keçdi. Mən o kitabların hamısını audi-

toriyaya gətirə bilməmişdim. Gətirdiklərim tələbə-

ləri də, müəllimləri də heyrətləndirdi. Onlar Mika-

yıl Rzaquluzadəni belə tanımamışdılar. Mikayıl 

müəllim çox hazırcavab bir kişi idi. Gözəl ovçu, 

həm də  ağsaqqal idi. Bir dəfə görüşə getmişdik. 

Mikayıl müəllim xahiş etdi ki, məktəb kitab-

xanasından onun kitablarının birini gətirsinlər. 

“Ölkəmin çiçəkləri” kitabını  gətirib  şairə verdilər. 

Elə oradaca məlum oldu ki, bu kitabda bəzi 

vərəqlərin bir tərəfi ağdı. Biz hamımız bu məsələni 

təəssüflə qarşıladıq. Mikayıl müəllim dedi: 

- Yəqin mətbəədə fikirləşiblər ki, çap olunan 

şeirlər lazımlı, çap olunmayanlar isə gərəksizdir.  

Kitabxanaçı isə dedi: 

- Çap olunan şeirlər bizim bəsimizdir. O 

qədər gözəl yazırsınız ki, çap olunan vərəqlərdəki 

şeirlər bizi doyuzdurur. 




_______________Milli Kitabxana___________________ 

 

409 



M. Rzaquluzadə  həm də gözəl pedaqoq idi. 

Azərbaycan dilinin keşiyində dayanan, onu təbliğ 

etməyi bacaran gözəl bir söz ustası idi. O bir dəfə 

mənə danışırdı ki, indi Azərbaycanın gözəl yazı-

çıları olan Rüstəm və Maksud Ibrahimbəyov qar-

daşları Mikayıl müəllimlə ova gedirdilər. Onlar rus 

dilində  təhsil almışdılar. Mikayıl müəllim onlarla 

belə  şərt kəsib ki, kim gündə Azərbaycan dilində 

neçə  təzə söz öyrənsə, o qədər güllə atmağa icazə 

verəcək. Beləliklə bir ov mövsümündə  uşaqlar 

Azərbaycan dilində əməlli-başlı danışırmışlar.  

1984 – cü il idi. Televiziyanın baş redaktoru 

Kamran Ibrahimovla alim dostumuz Firidun Hüsey-

novun xəstəxanada yanına getmişdik. Mənim bir 

xasiyyətim var. Sürətlə yeriyəndə sol qolumu 

yellədirəm. Indi də Firidun Hüseynovun yanından 

çıxanda beləcə qolumu yellədə-yellədə  dəhlizlə 

gedirdim. Birdən kimsə qolumdan yapışdı. Çevrilib 

baxanda M. Rzaquluzadəni gördüm. O, xəstəxana-

nın dəhlizində divanın üstündə əyləşmişdi. Əvvəlki 

kimi üzündən nur tökülürdü. Biləyimi bərkdən 

sıxıb dedi: 

- Mən heç xəstəyə oxşayıram? 

Mikayıl müəllim çox güclü idi. Biləyimi elə 

sıxmışdı ki, sızıltısı xeyli kəsmədi.  

- Əşi, maşallah, sən pəhləvansan ki, dedim.  

-  Əgər doğrudan da belədirsə, onda məni 

xəstəxanadan qaçırt. 

- Səni bura kim gətirib ki? 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə