B u l u d x a n X ə l i l o v
138
unudurlar ki, qabiliyyət və gücləri onları yarıyolda
qoyacaq.
***
Hər bir kəsin Allahdan müəyyən istəkləri və di-
ləkləri var. Onların sırasında bunlar xüsusi yer almalıdır:
Allahım, mənə güc ver! Allahım, mənə dinclik ver!
Allahım, mənə bacarıq ver! Allahım, mənə yorulmazlıq
ver! Allahım, mənə bilmək qabiliyyəti ver!
***
Adam var ki, onun nə gəncliyi, nə də qocalığı bir
şey deyil. Ancaq yeməkdən sonra yatmaq arzusunda
olanlar kimi hər ikisini arzulayır.
***
Əsas odur ki, Allahın dərgahında yüksək səviyyədə
olasan. Bu barədə Nobel mükafatı laureatı Tomas Eliotun
“Kilsədə qətl” dramında belə bir yer var:
“Sən şəhidlik yolunu seç, sən dünyada özünü
Ən alçaq səviyyədə hiss et ki,
Allahın dərgahında ən ucada durasan”.
***
Bəzi adamların ömrünə payız və qış çox tez gəlir.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
139
***
İnsanlar eyni pəncərədən bayıra baxsalar da, müx-
təlif mənzərələri görürlər. Hətta eyni mənzərəni gördükdə
də qənaətləri müxtəlif olur.
***
Biz nərdivanla yuxarı çıxdıqda bəzən fikirləşmirik
ki, həmin nərdivanla da aşağı düşəcəyik.
***
Bizi nə gözlədiyini bilmirik.
***
Maraqlıdır ki, gündüzü də, gecəni də Allah xəlq
edibdir. Ancaq biz gündüzü sevirik. Gecədən xoflanırıq,
qorxuruq. Sevdiyimiz gündüz bizi yorur. Biz gündüz
işləyirik, fəaliyyətdə oluruq, özümüzü yoruruq. Amma
gecə dincəlirik, bədənimiz istirahət edir. Bəs onda gecəni
niyə sevmirik, gecədən niyə xoflanırıq?!
***
Gənc nəsil kef məclisini çox xoşlayır. Bunu daha
çox gənc olmayanlar deyir. Axı onlar gənc olmadıqları
üçün gənclərdən, onların arzu və istəklərindən uzaqdırlar.
***
Biz həmişə gələcəyə doğru gedirik. Axı gələcək
tikilir. Özü də keçmiş üstündə tikilir. Keçmiş üstündə
tikilməyən gələcək bic olur.
B u l u d x a n X ə l i l o v
140
***
Sən bilsəydin əsən küləklər haralardan keçib gəlir,
onun qədrini yaxşı anlayardın.
***
Şimal ölkələrinə bahar gec gəldiyi kimi, bədbəxt
adamların taleyinə də xoşbəxtlik gec gəlir.
***
Bizi bu gün bir nəfər başa düşən varsa, ona da
şükür etməliyik. Ona görə ki, sabah neçə nəfərin başa
düşəcəyini bilmirik.
***
İnsanın xoşbəxt ola bilməməsinin səbəbləri çox-
dur: biri özündədir, biri özgəsindədir, biri günah-
larındadır, biri dəcəlliyindədir, biri qismətindədir və s.
***
Görəsən ölülər geri qayıtmaq istəyirlərmi?!
***
İnsan ömrü boyu saysız-hesabsız, əhəmiyyətsiz
qorxularla qarşılaşır.
***
Nə yaxşı ki, insan gün ərzində bir neçə dəqiqə özü
ilə tək qala bilir.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
141
***
Bədbəxtlik insanların yuxusuna haram qatır.
Görəsən, bədbəxtlər necə yatır?!
***
Dünyadakı bütün adamların səhvlərini qanun da
qaydasına qoya bilmir.
***
Şəxsi məsələlər qəzetlərə yol tapırsa, ictimailə-
şirsə, deməli, şəxsiyyət deyilən anlayış dəyərdən düşür.
***
Mənim qapım ADAM olan bəndəyə açıqdır. Sözün
həqiqi mənasında ADAM olan bəndəyə.
***
Məhəbbət bir açardır. O, qarşı tərəfə düşüb onu
aça biləcəkmi?!
***
Bəla yavaş-yavaş gəlir. Bəla gəlir ki, işini sona
yetirsin. O nə tələsir, nə də ləngiyir. O heç öz yolunu da
səhv salmır. Onu yolundan döndərmək də mümkün
deyildir. O, güclüdür.
***
Xəyal şirindir. İnsan xəyalda olduqda özünü xoş-
bəxt hiss edir.
B u l u d x a n X ə l i l o v
142
***
Allah insana hər cür şans verir. Lakin bu şansdan
istifadə edə bilməyənlər elə bu dünyada cəhənnəmin
içində olurlar. Bu dünyada cəhənnəmin içində olanlar
verilən şansdan istifadə etməyi bacarmayanlardır. Onlar
heç bir iş görməyə qadir olmurlar.
***
Görəsən, cahil bilirmi ki, o, cahildir? Riyakar
bilirmi ki, o, riyakardır? Yalançı bilirmi ki, o, yalançıdır?
Yaltaq bilirmi ki, o, yaltaqdır? Bilmədiklərinə görə də öz
əməllərindən əl çəkmirlər.
***
Bəzən elə faktlar var ki, onlar heç kəsə lazım deyil.
Belə faktlar ölü faktlardır.
***
Mən düşdüyüm mühitin aurasını hiss edirəm. Hətta
oradakı pis auralı bir adam olsa belə, onu hiss edirəm.
Dərs dediyim auditoriyada bunu daha tez duyuram. Bir
süfrə arxasında əyləşən zaman süfrə arxasındakı mənfi
auraları hiss edirəm. Avtobusda yol gedərkən içəridəki
mənfi auraları hiss edirəm. Hissiyyatım məni aldatmır.
Hissiyyatımın verdiyi əzablar məni yorsa da, hissiyyatım
məni aldatmır. Bu hissiyyatı mənə hədiyyə edən
Allahıma borcluyam.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
143
***
Təpəgöz Oğuz boyunun içərisində yetişdi və bu
boya qənim kəsildi. Bəzən öz aramızda və içərimizdə tə-
pəgözlər yetişdiririk. Onlar bir müddətdən sonra bizim
hər birimizə qənim kəsilirlər, bizim hər birimizə zülm
edirlər.
***
İnsan həm də özü olanda xoşbəxt olur. Elələri var
ki, ömrü boyu özü ola bilmir. Bəlkə bir an, bir dəqiqə, bir
saat, bir gün özü ola bilmir. Çoxlu uğurları olur, çoxlu
mərtəbələrə yüksəlir. Ancaq özü ola bilmir.
***
Göydəki ulduzlar yerdən bizə çox balaca görünür.
Əslində isə onlar balaca deyildir. Ulduzlar bizdən o qədər
uzaqdır ki, biz onları uzaqdan balaca görürük.
***
Professor Əbdüləzəl Dəmirçizadə Azərbaycan
dilinin özüdür.
30.05.2015
Dostları ilə paylaş: |