18
Mirzə Ələkbər Sabir
pul hərisini ən çox narahat edən varislərinin ondan, topladığı puldan mənfəət- bərdar
olmağa çalışmalarıdır.
Yığdığı, daha doğrusu, xalqı talayaraq topladığı sərvətdən bir quruşunu belə millətin
ııəfınə sərf etməyib «Vermirəm a!.. Vermirəm a!..» - deyə həyasızlıqla tüklərini qabardan
bu tiplər öz rahatlıqları naminə «Arzu» edirlər ki, «Nə dərs olaydı, nə məktəb, nə elmü
sənət olaydı! Nə dərsə, məktəbə, elmə, fılanə hacət olaydı!..»
Sabir millətdən zəhləsi gedən, millət adı gələndə bədəni süstəlib heydən düşən satirik
tiplərin öz talelərindən və zəmanələrindən şikayətləri, gündən-günə artan yenilik, tərəqqi
və inkişaf əlamətlərinə qarşı çılğınlıqla göstərdikləri müqavimətləri göstərməklə işini
bitmiş hesab etmirdi. O, köhnəpərəstlər, milli ictimai bəlaya çevrilən düşüncə və əxlaq
daşıyıcılarından heç də az təhlükəli olmayan millətə yadlaşmış cavanların tüfeyli həyat
tərzinə meyil etmələrinə, getdikcə onların öz köklərindən qopub milli təəssüb hislərindən
məhrum olmalarına da laqeyd baxa bilmirdi. Məsələn, «Ürəfa marşı» satirasında həmin
özlərinə vurğun intelligentlər öz milli simalarını o qədər itiriblər ki, ana dilində danışmağı,
oxumağı, hətta əllərinə qəzet almağı belə şənlərinə sığışdırmırlar. Milli və dini
hissiyyatlarını belə itirən bu zümrə:
Yox işimiz məcməi-islam ilə,
Püxtə nasıl söhbət edər xam ilə? -
deyə öz millətdaşlanna və dindaşlarına həqarətlə baxırlar.
Sabir belələrinə bel bağlamağı ağlına belə gətirmir. Bu barədə şairin «Millət deyir
ki:» başlıqlı taziyanəsində oxuyuruq:
İnteligent ağalar, biz sizi çoxdan tanırıq...
Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!
Biz niyə məktəbi, təhsili-ülumi sevirik,
Çünki məktəb adma bizdə xəyanət yoxdur.
Şairi intelligentlərdə milli hissin yoxluğu nə qədər kədərləndirirsə, millətdə oxumağa,
elmə olan tükənməz sevginin varlığı bir o qədər (bəlkə də, artıq) sevindirir. Ancaq dünyəvi
təhsil alanların bir çoxunun dindən-dondan çıxması onu bir vətəndaş kimi düşündürürdü.
Bu ağrılı düşüncələrini taziyanələrinin birində belə ifadə edirdi:
Çox təəccüb edirəm tərzi-cədidə ki, onu
Əcnəbilər oxuduqca hünər izhar ediyor.
Halbuki millətimizdən onu kim ki, oxuyur,
Qalıba həzrəti-Allahı da inkar ediyor.
Sabir əcnəbi millətlərdən fərqli olaraq, yeni üsullu tədris ocaqlarında təhsil alan
millətdaşlarının bəzilərinin yolunu azıb öz soydaşlarına arxa çevirmələrinin səbəbini həm
də tədris proqramlarının düzgün qurulmamasında, orada gənc nəslə
19
Hophopnamə
milli-əxlaqi dəyərlərin aşılanması məsələlərinin nəzərdən qaçırılmasında görərək, bir
qədər sonra yazırdı:
Dinsizlik ilə kəsb olunan bir mədəniyyət,
İnsanlığın olduqca bəlayası deyilmi?
Mə/ıdi-mədəniyyət ki, deriz mülki-Jırəngə,
Vəlışiyyətiıı ən qorxulu səhrası deyilmi?
Sabirə görə, dünyəvi təhsil, üsuli-cədid təlimi milli ruhun və dini heysiyyətin diqqət
mərkəzində olması şərtləri daxilində qurulmalı və bu işi ancaq açıq fikirli, elmli və
«islamiyyət qədri, insaniyyət rütbəsi, milliyyət şəni, maarif dərəcəsi tanıyan
qeyrətməndi-vətənimiz» olan ziyalılara tapşırmaq lazımdır ki, görülən işlərin, çəkilən
zəhmətlərin sayəsində «...hər cəhətlə qeyrəti-islam və namusi-millət mülahizə olunsun».
Şairin həyat və fəaliyyətinə dair çoxsaylı tarixi faktlar və ədəbi-publisistik nü-
munələr göstərir ki, o, dinə, şəriətə bütün varlığı ilə inanmış və həmvətənlərini də milli
inamlı, dini əqidəli, sabitqədəm görmək istəmişdir. Ancaq Sabir İslam dinini əldə
«quldurçuluq tüfəngi» kimi yox, qəlblərdə etiqad yeri kimi görmək istəyirdi. İslam
qanunlarını təhrif edib onu dolanışıq, xalqı ətalət və cəhalətdə saxlamaq vasitəsi edənləri
Sabirin görməyə gözü yox idi. O, belələrini «vəz etdiyin inandı, amma sən inanmadm»,
«kəssin məni həqiqi isə (məhz sənin tapındığın) «dinin», ey əmu!» - deyə ittiham edir,
həmin qansoranların pəncəsinə düşüb cəhalət məngənəsində özlərindən xəbərsiz çırpınıb
fəlakət girdabına yuvarlananları isə hər cür rəzalətdən çıxmağa, səbir, təvəkkül
fəlsəfəsindən qurtarmağa, xabi-qəflətdən, quru, boş cənnət xülyalarından reallığa
enməyə çağırırdı.
Sabir öz həmvətənlərinin heç də hamısının qəflət yuxusundan oyanmadığını
gördükdə dərin təəssüf hissi ilə belələrini silkələyərək, «Durma, yıxıl yat hələ, Fəhrad
kişi, Əsri görüb qalma belə mat, kişi!» - deyib onları məzəmmətləyirdi.
Sabir dərin təəssüf və kədərlə düşünürdü ki, xalqın geniş kütləsi ətalət və cəhalət
məngənəsindən, xurafat torundan, tənbəllik azarından xilas olmayınca ümummilli
tərəqqi və hürriyyətə çatmaq mümkün deyil. Odur ki, qələm dostu Məhəmməd Hadinin
hər hansı ötəri parıltı və ya qığılcımdan vəcdə gəlib yazdığı «Yaşamaq istər isək,
haizi-şan olmalıyız» şeirini təhzil edərək qələmə aldığı «Yaşamaq istər isək...»
satirasında dostunun siyasi sadəlövhlüyünə gülürdü:
Yaşamaq istər isək dəhrdə əmniyyət ilə,
Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə,
Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,
Yatalım bəstəri qəflətdə uzun müddət ilə;
Piixtəlikdən nə yelər, biz hələ xam olmalıyız!
Yaşamaq istər isək sırf əvam olmalıyız!