İri xırdalanmış buz . . . . . . . . . . . . . . . . . . . 500
Orta ölçüdə xırdalanmış buz . . . . . . . . . . . . . . . 550
Narın xırdalanmış buz . . . . . . . . . . . . . . . . . . .560
Preslənmiş cecə . . . . . . . . . . . . . . . . . . . . . . 600
Balıq unu . . . . . . . . . . . . . . . . . . . . . . . . . .500
Aparatların forması və xətti ölçüləri, onların təyinatından, yəni istifadə
ediləcəkləri texnoloji proseslərdən asılı olur. Belə ki, qarışdırma əməliyyatı üçün
mexaniki qarışdırıcılar istifadə edilən aparatları düz, konusvari və ya qabarıq
dibliyə malik silindrşəkilli hazırlayırlar. Mayeləri sadəcə olaraq saxlamaq üçün
xidmət göstərən çən
və qutular dairəvi, kvadrat və ya düzbucaqlı şəklində hazırlana
bilər.
Avadanlığın forması seçilərkən material sərfi (bu göstərici minimum
olmalıdır), əndazə (qabarit) ölçüləri, yerləşdirmə rahatlığı nəzərə alınmalıdır.
Aparatın hündürlüyü, aparat yerləşdiriləcək otağın hündürlüyünə və xidmət
göstərmək əlverişliliyinə müvafiq olaraq seçilir.
Bu məsələnin həllinə təsir göstərən çoxlu miqdarda amillərin mövcudluğu
baxımından, aparatların xətti ölçülərinin vahid metodla təyinini vermək mümkün
hesab edilmir. Bu metodlardan bəziləri yuxarıda göstərilmişdir.
Seriya ilə istehsal olunmayan tutuma malik avadanlıqların hesablanmasını
nəzərdən keçirək.
Piyi qızdırmaq üçün n = 20 dövr/dəqiqə dövrlər sayına malik mexaniki
qarışdırıcısı olan çənin hesablanması tələb olunur. Çənin tutumu m = 1200 kq –
dır. Piyin minimum sıxlığı
3
900
m
kq
təşkil edir. Dolma əmsalını
8
,
0
qəbul
edirik.
Çənin faydalı həcmini aşağıdakı bərabərlikdən istifadə edərək
müəyyənləşdiririk:
3
66
,
1
8
,
0
900
1200
m
m
V
10
5
,
1
D
nisbətini qəbul edirik,
bu halda
66
,
1
4
2
D
və ya
66
,
1
4
5
,
1
3
D
bərabərliklərinə malik oluruq ki, buradan da D kəmiyyətinin
qiymətini təyin edirik
m
D
12
,
1
14
,
3
5
,
1
4
66
,
1
3
Sonra çənin hündürlüyünü hesablayırıq:
m
68
,
1
12
,
1
5
,
1
Çənin son ölçülərini aşağıdakı kimi qəbul edirik:
m
D
1
,
1
və
.
7
,
1
m
İstilik avadanlıqlarının seçilməsi və hesabatı
İstilik aparatları və onların iş sxemi seçilərkən, yuxarıda əks etdirilən
göstərişlərdən istifadə edirlər. Balıq emalı müəssisələrinin layihəsini işləyərkən
istilik aparatlarının hesabatını elə aparırlar ki, xammalın növündən və onun emal
rejimlərindən asılı olaraq, məhsuldarlıq dəqiqləşdirilsin; buxar sərfi qrafikini tərtib
etmək üçün ilkin məlumatlar əldə edilsin; kondensat ötürücülərə, kondensatorlara,
vakuum nasoslara (vakuum altında işləyən aparatlar üçün) olan tələbat təyin
edilsin; habelə buxar borusu və kondensat borusu diametrlərini hesablamaq
mümkün olsun.
Seriyalarla buraxılmayan (qeyri kütləvi) istilik avadanlıqlarında aparatın
qızdırıcı səthi hesablanır, qızdırıcı elementin (spiral, köynək və başqaları) ölçüləri
və konstruksiyası, izolyasiya təbəqəsinin qalınlığı və bu kimi bir sıra digər
göstəricilər müəyyən edilir.
11
MÖVZU 7. NƏQLETDİRİCİ AVADANLIQLARIN SEÇİLMƏSİ
VƏ HESABLANMASI
7.1. Nasosların hesablanması
Balıqcılıq sənayesində, o cümlədən balıq emalı müəssisələrində xammalları,
yarımfabrikatları, yardımçı materialları və müxtəlif mayeləri nəql etdirmək üçün
(bir sahədən başqa sahəyə daşımaq üçün) müxtəlif konstruksiyalı nasoslardan
geniş miqyasda istifadə edirlər. Nasosun tipinin seçilməsi, ötürülən maddələrin
fiziki – kimyəvi xüsusiyyətlərindən və nasosun təyinatından əsaslı dərəcədə asılı
olur. Qatı və xeyli yüksək özlülüyə malik mayelərin ötürülməsi üçün
p o r ş e n
l i və
r o t a s i y a l ı nasoslardan geniş miqyasda istifadə olunur ki,
bunlardan da, dişli çarxa malik olan nasoslar daha geniş tətbiq sahəsi tapmışdır.
Yüksək özlülüyə malik olmayan, adi mayeləri nəql etdirmək üçün
mərkəzdənqaçma nasoslarından istifadə edirlər.
Bu növ nasoslar kiçik əndazə ölçülərinə və nisbətən yüksək məhsuldarlığa
malik olurlar, konstruksiyalarına görə olduqca sadədirlər, bir sahədən başqa
sahəyə keçirilən materialların kifayət qədər bərabər verilməsini təminatlandırırlar.
Mərkəzdənqaçma nasoslarını elə montaj edirlər (quraşdırırlar) ki, onlar mayelərin
altında işləyə bilsinlər. İstiliyi xeyli yüksək olan qaynar (qaynama temperaturu
ətrafında) mayeşəkilli məhsullar nəql etdirilərkən, mərkəzdənqaçma nasoslarının
bu əlverişli xüsusiyyət daha vacib əhəmiyyət kəsb edir.
Balıqları nəql etdirmək üçün balıq soran qurğular üzərində montaj olunmuş
xüsusi konstruksiyalı mərkəzdənqaçma nasoslarından geniş istifadə edirlər.
Qatı və özlü məhsulları (ciyər qiyməsi, xuruş, piy – stearin və s.) bir
aparatdan digərinə köçürmək üçün sıxışdırıb çıxaran nasoslardan istifadə edirlər.
Bunun üçün aparatı yığım boru kəməri ilə birləşdirirlər. Buxar və ya hava
vurmaqla aparatda təzyiq, yığım boru kəmərində isə vakuum (vakuum – nasosa
qoşmaq yolu ilə və ya buxar ejektorunun köməyi ilə) yaradırlar. Məhsulun
köçürülməsi təzyiqlər fərqi hesabına baş verir.