91
camaatı və qohumları qarşısında öldürdülər.
Çarın əmrilə ağı verənlərin də çoxunu tutub öldürdülər.Çünki
bu təriqətin üzvləri də Şeytanın göstərişi ilə hər bir adamı zəhərləyib
öldürürdülər. Əgər onlar yad adamlardan heç birini zəhərləyib
öldürməyə imkan tapmırdılarsa, Şeytan onları o qədər vəsvəsəyə
salırdı ki, onlar zəhəri öz yaxın qohumlarından birinə verib onu
öldürüüdülər.
Ölkədə başqa şeytan və bütpərəst ayinlərdə var idi. Bir cin
şərə qulluq etməkdən boyun qaçıranı kor edirdi, o biri insanı cüzam
xəstəliyinə salırdı. Əgər birisi öz cadusu ilə başqasını tələyə
salırdısa,cinlər həmin adamı ya kor edirdi, ya da cüzamlayırdı. Çar
belələrini də yaxalayıb işgəncələrlə öz ölkəsindən yox etdirirdi. O,
Albaniya ölkəsindən başqa zərərli təriqətləri və bütün quldurları
kökündən qırdırdı və bunu o, öz sahəsinə istək və məhəbbətlə qulluq
edib, tikanla alağı yox edərək, bərəkətli toxum səpib otuz, altımış və
yüz qatına məhsul almaq istəyən qayğıkeş və əməksevər əkinçi kimi
edərdi
1
. Bundan sonra rəhmini əsirgəməyən məmnun Allah, bu ərin
– çar Vaçaqanın əzəmətli hərəkətlərinə, səyinə və Allahın iradəsini
yerinə yetirməsinə görə ona örtülü və gizlində saxlanan İsa naminə
şəhid olmuşların cəsədləri və tərifə gəlməyən xəzinələrin yerini
göstərdi.
1
İncil. Matfeydən, XIII, 23.
92
İYİRMİ ALTINCI FƏSİL
İoannın atası Müqəddəs Zaxariyyanın
və
Nikomediya şəhərində
136
şəhid çələnginə layiq görülmüş
və qaxımış cəsədi gənc Qriqoris tərəfindən Çilblər
ölkəsinə
137
aparılmış Müqəddəs Pantaleonun
cəsədlərinin tapılması
138
Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri
olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlmətdar hadisə və möcüzələr
baş vermişdi. Ölkənin əhalisi bütpərəst olduğu üçün heç kəs bilmirdi
ki,müqəədəs cəsədlət haradadır. Amma qızdırmaya tutulan xəstələr
bir adət olaraq içində cəsədləri basdırılan kilsəyə gəlib oradan bir
ovuc torpaq götürüb gedirdilər və bütpərəst olduqlarına baxmayaraq
çoxu şəfa tapırdı. Lakin qəddar və itaətkar İran dini həmişəAllah
kilsəsinin əleyhinə olub, bu yerlərdə çox fəal idi.
Bir gün bir iranlı atəşpərəst kahini müqəddəs Zaxariyyanın
cəsədi olan yerə gəlib, bu yeri murdarlamaq üçün onun üzərinə sidik
salmaq istədi. Amma tumanının bağını açıb sidik kisəsini boşaldan
kimi o, canını verib öldü.
Həmin möcüzə barəsində, onun bilavasitə şahidi olmuş,
doğruluğu sevən və Maskutlar ölkəsindən gələn hunların yepiskopu
Yunan danışmışdır.
Sonra, Tsri şəhərində iranlı Arkesin əliylə şəhid olanların və
93
cəsədləri basdırılan Haku məntəqəsində yerli kilsənin Yakov adlı
keşişinin gecə yuxusuna nurani sifətli və vüqarlı kişi və onunla
birlikdə gözəl simalı bir gənc oğlan gəlib dedilər: “Dur get Tsri
şəhərinin valisi olan alban nahararı Xoçkorikin yanına və
gördüklərinin haqda danış. Biz onun da yuxusuna girəcəyik. Biz,
müqəddəslər həmin kilsənin daxilindəyik. B izi sən və o həmin
yerdən çıxarın”. Lakin keşiş yuxusuna fikir vermədi və həmin
yuxunu o ikinci və üçüncü dəfə gördü, lakin yenə də buna əhəmiyyət
vermədi. Onda onu dəhşətli azar tutdu və o, hətta ölümünü də gördü.
Elə bu vaxt yuxusuna yenə də həmin iki nurani və mələklərə bənzər
kişilər gəlib keşişə dedilər:”Heç bilirsən nədən ölürsən?” Cavabında
keşiş dedi:”Xeyr ağalarım!” Onlar dedilər:” Ona görə ölürsən ki, inad
göstərib, Xoçkorikin yanına getmədin və bizim cəsədlərimizi oradan
çıxarmadın!”
Keşiş onlara yalvardı ki, onu sağaltsınlar və o dərhal gedib
onların əmrini yerinə yetirsin. Bu iki kişi əlləriylə ona toxundular,
üstündən xaç çəkdilər və o, həmin an sağaldı. Keşiş tez ayağa qalxıb
Tsri şəhərinə getdi və orada şəhərin valisi Xoçkoriki tapdı. Vali
keşişdən heç bir şey sormayıb onu Allah bəndəsi kimi qəbul etdi.
Keşiş də yuxusunda gördüyü kimi, bilirdi ki, həmin yuxunu
Xoçkorik də görüb və buna görə də ona heç bir söz demədi. Axşam
yeməyindən sonra keşiş valinin yanında olan iki başqa keşişlə kilsəyə
gedib, orada yuxuladı. Xoçkorik isə iki xadimin köməyi ilə öz
yerində yatdı. Həmin iki nurani sifətli kişilər Xoçkorikin yuxusuna
94
girib, ona dedilər:” Qalx ayağa və get kilsəyə, Müqəddəslər oradadır.
Onları keşişlə birlikdə oradan çıxarın”.
Yuxudan oyanıb Xoçkorik fikirləşdi:”Deyəsən mən bir qədər
tez yatdım və elə buna görə də xəyaldayam” və onu yenidən yuxu
basdı, yenə də yuxu təkrar olundu. O kişilər ona:”Biz sənə tez
yatmağından demirik. Sənə deyirik ki, bizim cəsədlərimiz həmin
kilsənin içindədir və sən keşişlə birlikdə onları oradan çıxarmalısan”,
- dedilər.
Xoçkorik dəhşət içində yuxudan oyanır, amma az sonra onu
yenə də şirin yuxu basdı.Həmin nurani və parlaq üzlü kişilər üçüncü
dəfə yuxusuna girib dedilər:” Dur, get kilsəyə. Orada sən parlaq işıq
görəcəksən. İşığı izlə, elə ki, gördün şüalar bir yerdə toplaşıb həmin
yerdə cəsədlərimizi axtar”.
Həmin xəyal keşişin də yuxusuna girmişdi və o, kilsədən
çıxıb Xoçkorikin yanına gedib ona gördüyünü danışmaq istədi, lakin
qapıda Xoçkorika rast gəldi.Bu da keşişin yanına gəlməyə və ona
yuxusunu danışmağa tələsirdi. Rastlaşaraq, onlar bir- birinə etiraf
etdilər ki, yuxudan ayılıb kilsəyə getməklərinin səbəbi birdir. Bundan
sonra keşiş Yakov, naharar Xoçkorik və iki gənc oğlan xaç çevirərək
kilsə tərəfə getdilər.Onlar üzərində xaç olan qapıya yaxınlaşıb
ibadətə durdular. Diz çökərək xaça baş əydilər. Ayağa duranda
kilsənin içində valehedici parlaq işığı gördülər. İşığın elə qorxuducu
görkəmi var idi ki, onlar iki Zəbur surəsini oxumayana qədər ayağa
qalxa bilmədilər. Üçüncü surəni oxuyandan sonra Böyük Allahın
Dostları ilə paylaş: |