Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə22/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

91

camaatı və qohumları qarşısında öldürdülər.

Çarın əmrilə ağı verənlərin də çoxunu tutub öldürdülər.Çünki

bu təriqətin üzvləri də Şeytanın göstərişi ilə hər bir adamı zəhərləyib

öldürürdülər. Əgər onlar yad adamlardan heç birini zəhərləyib

öldürməyə imkan tapmırdılarsa, Şeytan onları o qədər vəsvəsəyə

salırdı ki, onlar zəhəri öz yaxın qohumlarından birinə verib onu

öldürüüdülər.

Ölkədə başqa şeytan və bütpərəst ayinlərdə var idi. Bir cin

şərə qulluq etməkdən boyun qaçıranı kor edirdi, o biri insanı cüzam

xəstəliyinə salırdı. Əgər birisi öz cadusu ilə başqasını tələyə

salırdısa,cinlər həmin adamı ya kor edirdi, ya da cüzamlayırdı. Çar

belələrini də yaxalayıb işgəncələrlə öz ölkəsindən yox  etdirirdi. O,

Albaniya ölkəsindən başqa zərərli təriqətləri və bütün quldurları

kökündən qırdırdı və bunu o, öz sahəsinə istək və məhəbbətlə qulluq

edib, tikanla alağı yox edərək, bərəkətli toxum səpib otuz, altımış  və

yüz qatına məhsul almaq istəyən qayğıkeş və əməksevər əkinçi kimi

edərdi


1

.  Bundan sonra rəhmini əsirgəməyən məmnun Allah, bu ərin

– çar Vaçaqanın əzəmətli hərəkətlərinə, səyinə və Allahın iradəsini

yerinə yetirməsinə görə ona örtülü və gizlində saxlanan İsa naminə

şəhid olmuşların cəsədləri və tərifə gəlməyən xəzinələrin yerini

göstərdi.

1

İncil. Matfeydən, XIII, 23.




92

İYİRMİ ALTINCI FƏSİL

İoannın atası Müqəddəs Zaxariyyanın



Nikomediya şəhərində

136

 şəhid çələnginə layiq görülmüş

və qaxımış cəsədi gənc Qriqoris tərəfindən Çilblər

ölkəsinə

137

 aparılmış Müqəddəs Pantaleonun

cəsədlərinin tapılması

138

Isanın naminə  şəhid olan müqəddəslərin qaxımış cəsədləri

olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlmətdar hadisə  və möcüzələr

baş vermişdi. Ölkənin əhalisi bütpərəst olduğu üçün heç kəs bilmirdi

ki,müqəədəs cəsədlət haradadır. Amma qızdırmaya tutulan xəstələr

bir adət olaraq  içində cəsədləri basdırılan kilsəyə gəlib oradan bir

ovuc torpaq götürüb gedirdilər və bütpərəst olduqlarına baxmayaraq

çoxu şəfa tapırdı. Lakin qəddar və itaətkar İran dini həmişəAllah

kilsəsinin əleyhinə olub,  bu yerlərdə çox fəal idi.

Bir gün bir iranlı atəşpərəst kahini müqəddəs Zaxariyyanın

cəsədi olan yerə gəlib, bu yeri murdarlamaq üçün onun üzərinə sidik

salmaq istədi. Amma tumanının bağını açıb sidik kisəsini boşaldan

kimi o, canını verib öldü.

Həmin möcüzə barəsində, onun bilavasitə  şahidi olmuş,

doğruluğu sevən və Maskutlar ölkəsindən gələn hunların yepiskopu

Yunan danışmışdır.

Sonra, Tsri şəhərində iranlı Arkesin əliylə şəhid olanların və



93

cəsədləri basdırılan Haku məntəqəsində yerli kilsənin Yakov adlı

keşişinin gecə yuxusuna nurani sifətli və vüqarlı kişi və onunla

birlikdə gözəl simalı bir gənc oğlan gəlib dedilər: “Dur get Tsri

şəhərinin valisi olan alban nahararı Xoçkorikin yanına və

gördüklərinin haqda danış.  Biz onun da yuxusuna girəcəyik. Biz,

müqəddəslər həmin kilsənin daxilindəyik. B izi sən və o həmin

yerdən çıxarın”. Lakin keşiş yuxusuna fikir vermədi və həmin

yuxunu o ikinci və üçüncü dəfə gördü, lakin yenə də buna əhəmiyyət

vermədi. Onda onu dəhşətli azar tutdu və o, hətta ölümünü də gördü.

Elə bu vaxt yuxusuna yenə də həmin iki nurani və mələklərə bənzər

kişilər gəlib keşişə dedilər:”Heç bilirsən nədən ölürsən?” Cavabında

keşiş dedi:”Xeyr ağalarım!” Onlar dedilər:” Ona görə ölürsən ki, inad

göstərib, Xoçkorikin yanına getmədin və bizim cəsədlərimizi oradan

çıxarmadın!”

Keşiş onlara yalvardı ki, onu sağaltsınlar və o dərhal gedib

onların əmrini yerinə yetirsin. Bu iki kişi əlləriylə ona toxundular,

üstündən xaç çəkdilər və o, həmin an sağaldı. Keşiş tez ayağa qalxıb

Tsri şəhərinə getdi və orada şəhərin valisi Xoçkoriki tapdı. Vali

keşişdən heç bir şey sormayıb onu Allah bəndəsi kimi qəbul etdi.

Keşiş də yuxusunda gördüyü kimi, bilirdi ki, həmin yuxunu

Xoçkorik də görüb və buna görə də ona heç bir söz demədi. Axşam

yeməyindən sonra keşiş valinin yanında olan iki başqa keşişlə kilsəyə

gedib, orada yuxuladı. Xoçkorik isə iki xadimin köməyi ilə öz

yerində yatdı. Həmin iki nurani sifətli kişilər Xoçkorikin yuxusuna



94

girib, ona dedilər:” Qalx ayağa və get kilsəyə, Müqəddəslər oradadır.

Onları keşişlə birlikdə oradan çıxarın”.

Yuxudan oyanıb Xoçkorik fikirləşdi:”Deyəsən mən bir qədər

tez yatdım və elə buna görə də xəyaldayam” və onu yenidən yuxu

basdı, yenə də yuxu təkrar olundu. O kişilər ona:”Biz sənə tez

yatmağından demirik. Sənə deyirik ki, bizim cəsədlərimiz həmin

kilsənin içindədir və sən keşişlə birlikdə onları oradan çıxarmalısan”,

- dedilər.

Xoçkorik dəhşət içində yuxudan oyanır, amma az sonra onu

yenə də şirin yuxu basdı.Həmin nurani və parlaq üzlü kişilər üçüncü

dəfə yuxusuna girib dedilər:” Dur, get kilsəyə. Orada sən parlaq işıq

görəcəksən. İşığı izlə, elə ki, gördün şüalar bir yerdə toplaşıb həmin

yerdə cəsədlərimizi axtar”.

Həmin xəyal keşişin də yuxusuna girmişdi və o, kilsədən

çıxıb Xoçkorikin yanına gedib ona gördüyünü danışmaq istədi, lakin

qapıda Xoçkorika rast gəldi.Bu da keşişin yanına gəlməyə və ona

yuxusunu danışmağa tələsirdi. Rastlaşaraq, onlar bir- birinə etiraf

etdilər ki, yuxudan ayılıb kilsəyə getməklərinin səbəbi birdir. Bundan

sonra keşiş Yakov, naharar Xoçkorik və iki gənc oğlan xaç çevirərək

kilsə tərəfə getdilər.Onlar üzərində xaç olan qapıya yaxınlaşıb

ibadətə durdular. Diz çökərək xaça baş  əydilər. Ayağa duranda

kilsənin içində valehedici parlaq işığı gördülər. İşığın elə qorxuducu

görkəmi var idi ki, onlar iki Zəbur surəsini oxumayana qədər ayağa

qalxa bilmədilər. Üçüncü surəni oxuyandan sonra Böyük Allahın



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə