Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə23/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

95

köməyilə ayağa qalxdılar. Xaç çevirərək kilsəyə daxil oldular. Kilsə

yenə də işıqla doldu.

Səhərə qədər hamı ibadətdə oldu. Səhərə yaxın bütün işıq bir

yerə toplaşıb hərəkətə gəldi və İsa namınə şəhid olanların basdırıldığı

yer üzərində dayandı. Sonra işıq zəiflədi və həmin yer üzərində çıraq

kimi gah alışır, gah da sönürsü, yəni işarə edirdi ki, müqəddəs

cəsədlər buradadır. Yeri qazıb onlar cəsədləri tapdılar. İçində

müqəddəs cəsədlər olan qabın üzərində belə bir yazı var idi:” Həmin

müqəddəslərin, yəni İoannın atası Zaxariyyanın və Nikomediyada İsa

naminə  şəhid olan Pantaleonun qaxımış cəsədlərini buraya

gətirmişəm. Özüm də burada ölmüşəm ”.Onlar cəsədləri götürüb

paketdilər və sonra da müqəddəs yağla sürtdülər. Xoçkorik qabı öz

möhürü ilə möhürlədi və sonra ata minib Albaniya çarı Mömin

Vaçaqanın yanına gələrək ona möcüzənin zühurundan danışdı.

Allah  sevimlisi  olan  Vaçaqan  həddindən  artıq  şadlanaraq

ibadətlə dolu  və Allaha çoxlu xeyir – dua və bu əzəmətli hədiyyələrə

görə təşəkkürünü bildirdi. Tezliklə çar yepiskopları, rahibləri və

zahidləri çağırıb müqəddəslər naminə nəhəng ehsan mərasimini

keçirdi və kasıblara sədəqə payladı. Yepiskoplarla keşişlərə xələtlər

paylayıb, öz şəxsi saray keşişi Manası Müqəddəs şəhidlərin

cəsədlərinin gətirməyə göndərdi.

Müqəddəs cəsədlər olan yerədək çar və arvadı piyada

gedirdilər, onların arxasınca xadimlər gedirdilər və bunların hamısı

İsa Xaçı, buxur və çoxlu gül – çiçəklə hesabsız adam müşaiyət



96

edirdi. Çar İsaya, həqiqi Allahı mədh edir, ona müqəddəs cəsədlərə

görə təşəkkür edirdi. Müqəddəslərin cəsədi olan qutunu çarın əmrilə

qiymətsiz libaslar, qızıl, gümüş və qaş – daşla bəzədilər. Çar əmr etdi

ki, taxtadan bir səcdəgah düzəldib onu qırmızı gönə və ağ kətana

sarısınlar, içərisində isə müqəddəslərin cəsədləri və bütün əhdlər

kitablar üçün aramgah yeri qoysunlar.

Albaniyanın birinci xanım sahibəsi, dindar və səxavətli çar

arvadı  Şuşanik isə öz böyük əlvan  qırmızı göndən olan, istidə

sərinlik verən, yaşışda rütubırdın saxlayan çadırını həmin səcdəgahın

üstündə qurdurub, oni kilsəyə bənzətdi – içinə o qədər çox adam

dolmuşdu ki, çadırım çevrəsinə kətandan parşa saldılar və onun

arxasında çar və  əyanları ibadət edib müqəddəs İncilin oxunmasına

qulaq asırdılar.

Bundan sonra çar haraya gedirsə də o, həmişə özüylə

müqəddəslərin cəsədlərini aparırdı. Onlar üçün gözəl təxti – rəvan

düzəltdirib al - əlvan parça və kətana sarıtdı və üzərinə qiymətli daş –

qaşla bəzədilmiş xaç asdırırdı. Bu xaçın üzərinə çar Vaçaqanın adı

həkk olunmuşdu. Həmin xaçı çarın əmrilə onun tövləsindən ən

sevdiyi ağ rəngli atları seçib onların quyruqlarına xına qoyurdular.

Təxti- rəvanla atları qorumaq üçün çar öz şəxsi əsgərlərini təyin etdi.

Təxti – rəvana müqəddəs cəsədlər, İncil və Əhdi – Ətiqdən başqa bir

şey qoyulmurdu. Müqəddəslərin çadırını daşımaq üçün xüsusi araba

düzəldib ona ağ buğalar qoşuldu. Öz sarayında çar çoxlu keşiş, rahib,

İncil oxuyan saxlayırdı və bütün bunlar səhər – axşam həmin



97

müqəddəslər naminə qulluqda olurdular.

Çarın düşərgəsinin yerini dəyişdirəndə qabaqda

müqəddəslərin ağ kətana sarınmış və üstündə qızıl xaçla çarın tacı

qoyulmuş təxti – rəvan gedirdi. Ağ atların üstündə rəngarəng

parçalar parıldayır və hər bir atın belinə çarın tacları qoyulmuşdu.

Təxti – rəvan önündə və arxasında əllərində xaç olan keşişlər gedirdi

və onlar Zəbur surələrini oxuyub Üç Uqnumu tərifləyirdilər.

Müqəddəslərin təxti – rəvanından sonra Albaniya xanım sahibəsinin

təxti – rəvanı və onu müşaiyət edənlər gedirdi. Onlar düşərgə salanda

birinci növbədə xaçın üstündə olan al - əlvan çadırı qurur, onun da

üzərinə böyük ağ çadır salırdılar. Bundan sonra böyük ehtiyatla

Zəbur surələrinin oxunuşu müşaiyətilə buxurub ətri altında olan

müqəddəsləri gətirirdilər. Sonra isə bütün lazım olan bəzəkləri ilə

çarın çadırını qururdular. Çarın özü, xanımı və bütün əyanları ilə

birlikdə müqəddəslərin şərəfinə səhər və axşam dualarda durur,

onları tərifləyirdilər. Allahsevən və mömin çar Vaçaqanın oğul –

uşağı olmadığı üçün o, rahiblərlə birlikdə ibadət edir Allaha

yalvarırdı ki, ona oğul bəxş etsin. Və insanları sevən, bərəkət verən

Allah çarın dualarına cavab verərək ona bir oğul bəxş etdi. Müqəddəs

şəhidlərin havadarlığı ilə o, Allahın ona göndərdiyi hədiyyəni qəbul

etdi. Çar oğlunun adını müqəddəs Panteonun, İsanın əsgəri və şəhidi

naminə  Pantaleon qoydu və əmr etdi ki, onu Allaha itaətdə tərbiyə

etsinlər və o, həmişə ayıq olub İsanın müqəddəs şəhidlərinə qulluq

etsin.



98

 Xeyirxah çar hər dəfə nahar edəndə  əmr edirdi ki, çarın

masası yanına əlavə əla çar yeməklərilə dolu iki böyük gümüş masa

qoysunlar.  Çar öz əliylə böyük gümüş cama çaxır töküb çar

masasına qoyurdu. Çarın masası yanında bir keşiş durur və çara

verilən yeməklərdən bir qədərini götürüb həmin iki gümüş masalara

qoyurdu.Çar yeməyi bitəndən sonra keşiş həmin yeməkləri kasıblara

paylayırdı.

Hər bazar günü, dini mərasimlər zamanı, bütün kilsəyə

gələnlərə  İncilin həyatverici kəlamları oxunanda əliboş gəlməyə

icazə verilmirdi. Çarın özü də İncilə mədh oxunanda əliboş gəlmirdi.

Doğrudan da o, həmişə  İsaya vücudu itaətlə dolu idi. Yorulmadan,

xanımı və bütün əyanları ilə birlikdə pəhriz saxlayıb ibadətdə olurdu,

daim müqəddəslər naminə mərasimlər keçirir və hamını  İsaya

inandırmaqda şad olurdu, qüvvəsini artırırdı və həmişə  İsanın əbədi

xeyirxahlığına inam bəsləyirdi.



İYİRMİ YEDDİNCİ FƏSİL

Maskutlar çarı Sanesanın əliylə şəhid çələnginə

layiq görülmüş Albaniya katolikosu Müqəddəs

Qriqorisin qaxımış cəsədinin əldə edilməsi fikri

  Albaniya çarı mömin Vaçaqanın ən istəkli niyyəti müqəddəs

gənc Qriqorisin qaxımış cəsədinin əldə edilməsi idi. Qədim

tarixçilərin yazılarından çar bilirdi ki, müqəddəs Qriqoris çəhid




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə