Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə25/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

103

zamanı Matte mürgülədi və on bir səs gəldi:” Əgər siz müqəddəs

Qriqorisi axtarırsınızsa, onda kilsənin şərq tərəfinə baxın!”

Belə də oldu, çünki onlar əvvəlcə yerli kilsənin şimal

tərəfində qazırdılar və burada heç bir şey tapmayıb çox kədərləndilər.

Allahın köməyilə  şərq tərəfi qazıyanda səsin dediyi kimi ən

müqəddəsin qaxımış cəsədinə rast gəldilər. Çar, dediyimiz kimi,

camaatla, yepiskoplarla, keşişlərlə və bütün xadimləriylə Divtakan

kəndindən çıxanda hamıyla birlikdə pəhriz saxlayır və insansevər

Allaha dua edirdi. Onlar Aracəng adlı kəndə gəldilər. Burada çarın

kilsə xadimlərindən İovel adlı birisinin sübhə yaxın yuxusuna röya

gəldi; elə bil ki, o, çiynində belə  şəhid Qriqorisin cəsədini axtarır.

Röyasında Qriqoris özü ağ libasda gənc keşiş sifətində peyda olub

ona dedi: “ Sən nə axtarırsan?” İovel cavab verdi:” Çar, onun bütün

xadimləri və Albaniyanın bütün camaatı Qriqorisi axtarır, lakin tapa

bilmirik”. Bu an şəhid keşişin əlindən tutub müqəddəsin cəsədi

basdırılan  yerə  gətirir  və  deyir:”  Əgər  siz  Qriqorisi  axtarırsızsa  –  o

buradadır!” və  əmr etdi ki, bu yerdə qazısınlar. Qəbrin yanında

üzərində xaç olan kiçik təpəcik var idi. Şəhid təpəciyə qalxıb xaçın

yanında durdu. Və İovelin qardaşı Natan və Qedeon adlı keşiş həmin

yeri qazıdılar. İovel isə diz çöküb əlində kisə gözləyirdi. Müqəddəsin

cəsədini tapıb onlar böyük sevinclə yola düşdülər. Elə bu vaxt həmin

müqəddəsin səsi gəldi:” Burada mənim qabırğalarım və ayaq

sümüklərim qaldı. Onları da götürün!”. Və biz onun dediyi sümükləri

tapdıq.



104

Yuxudan qalxan İovel öz röyasını  şara danışdı. Həmin keşiş

Amarasda heç vaxt olmasa da, o dedi ki, müqəddəs ona göstərdiyi

yeri mütləq tapar. Çar çox sevindi və özü yola çıxmamışdanqabaq

Amarasa öz keşişini və həmin İoveli göndərdi. Amarasa çatanda

İovel müqəddəsin cəsədi basdırılan yeri göstərdi. Müqəddəslərin

cəsədləriylə  birlikdə çar bütün yepiskoplar, keşişlər və kilsə

xadimləri ilə birlikdə Arajankdan çıxıb Karueç adlı kiçik bir kəndə

gəlib orada səhər ibadətlərini etdilər.

Yenə də elə həmən yerdə  İovelin yuxusuna dörd yaşlı rahib

və onlardan gənc olan Qriqoris gəldi. Onlar Qriqorisin keçən dəfəki

yuxuda göstərdiyi yerdə durub  Zəburun surələrini oxuyurdular. İovel

qorxusundan onların qabağında dizlərini büküb səcdə çəkdi. Sonra

ayağa qalxıb onlara sual vermək istəyəndə gördü ki, onlar yox

olublar.

 O gün səhər ibadəti başlananda mömin çar arası kəsilmədən

Allaha dua edir və onu müqəddəs Qriqorisin cəsədinin tapılmasına

görə çox - çox şükürlər deyirdi.  Birdın ibadət vaxtı çar balaca

mürgülədi və yuxusunda bir səs eşitdi:” O şey ki, sən haqqında dua

edirsən, sənin indi yuxunda gördüyündür”. Həmən səs yenə də

dedi:”Mən Amarasa gedib, orada birisinin yuxusuna girəcəyəm”.

Çar vaxt itirmədən Manase adlı saray keşişini Amarasa

göndərir və ona deyir:”Mənim yuxum haqda heç kəsə bir söz demə

və orada olanlardan soruş: bəlkə kimsə yuxusunda nə isə görüb!”

Çarın yanında olan zahid İovel belə dedi: “ Yuxumda gördüm ki,



105

həmən Qriqoris qazmağa əmr etdiyi yerdə bulaq qaynadı və əvvəlcə

azacıq suyu olan bu bulaq sonradan aşıb- daşmağa başladı. Mən çox

təəccüb etdim: axı burada bulağın izi yox idi, bəs indi bu su haradan

gəlir. İzdihamlı nümayiş Karueçdən çıxanda onun qarşısında

Amarasdan qadınlar çıxdı. Dediyimiz kimi, əhvalat yaz günlərində

olub, arası kəsilməyən yağışlar yağırdı, yollar palçıq içində olduğu

üçün hərəkət etmək çox çətin idi.Buna baxmayaraq çar əmr etdi ki,

ləngiməsinlər və atından düşüb, yepiskop və keşişlərə ürək – dirək

verir və onlara Zəbur surələrini oxumağı məsləhət görürdü. Çarın

özü böyük səylə  İsa naminə  şəhid olunmuşların cəsədlərinə dua

edirdi. Müxtəlif dillərdə oxunan duaların səsi o qədər izdihamlı idi

ki, sanki yerin özü bu duaları şirin səslə oxuyurdu. Allah xalqlarının

çoxluğundan, müxtəlif  bayraqların rəngarəngliyindən, xalqların

üstündəki qızıl, gümüş və qiymətli daşların parıltısından insana elə

gəlirdi ki, yerin üzü parlaq buludlarla örtülüb.

Bu əzəmətli xristianlar nümayişinin ortasında üstündə qızıl

xaçı olan müqəddəslərin təxti – rəvanı gedirdi və bu təxti – rəvan

səmalarda parlayan şərəfli ulduza bənzəyirdi.

Allahsevən və müqəddəs nümayiş kəndə yaxınlaşanda onlar

kəndin içindən axan kiçik bir çaya rast gəldilər. Çayın üstündən çar

üçün körpü saldılar, lakin çar, onda müqəddəslərə olan böyük

məhəbbətinə görə, təxti – rəvandan ayrılmaq istəməyib, çar paltarını

çıxarmayıb ayaqyalın

140

 çayı keçdi.



Müəyyən olunmuş yerə çatanda,çar yepiskoplar və bütün


106

camaatla birlikdə diz çöküb uzun müddət ibadət etdi.Həmin yer

üzərində çarın çadırını qurdular və o, əmr etdi ki,  camaat bütün

gecəni ibadət etsin.

Bu vaxt Amarasda yepiskop yox idi və çar kənd kilsəsinin keşişindən

də, ağsaqqallardan soruşdu:” Siz həmin yerdə  əlamətdar  bir şey

görmüsünüzmü?” Onlar da zahid İoveldən eşitdiklərini çara

danışdılar.



İYİRMİ DOQQUZUNCU FƏSİL

Müqəddəs zahid İov Arsaxın Böyük  Parskank

vilayətinin əhalisini xaçpərəstliyə çevirir

Və kənd keşişi söylədi: “ Yer üzündə çox səxavətli, yumşaq

xasiyyətli İov adlı bir zahid var idi. O, Behkert kəndindən olub,

havarilərə xas olan zəkaya malik idi. O, Arsaxın Böyük Parskank

vilayətinin azğın əhalisini xaçpərəstüdib, onlara Allahı tanıtdı və

təsvirəgəlməz Üç Uqnumun surələrinə hörmət etməyə səy göstərdi.

Dəfələrlə O həmən yerə gəlib müqəddəs Qriqorisin xatirəsinə dua

edir və dəfələrlə xalqa deyirdi ki, Albaniyada mömin çar olacaq və o,

Qriqorisin müqəddəs cəsədini axtaracaq.

Bir dəfə də bizə naməlum bir zahid qonaq gəldi.Biz də, adəti

üzrə, onun qabağına şıxdıq və qardaş qardaşı qəbul edən kimi onu

qarşıladıq. O, əl – ayağını yuyub bir qədər yedi və sonra həmən yerə

qalxıb uzandı və yatdı. Birdən o yuxudan oyandı və əlləriylə bir xaç



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə