Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə28/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

115

Beləliklə, onlar çarın öz mülkü olan Divtakan kəndinə gəlib

çıxdılar. Burada onlar müqəddəslərin cəsədlərini əbədi rahatlığa

qoyub onlar üçün böyük yad etmə mərasiminikeçirdilər.Çar isə  əmr

etdi ki, müqəddəslərin cəsədlərinə bahalı və  ətirli yağlar sürtsünlər.

Çar Vaçaqanın çox istəkli Xançik adlı gənc qızı var idi. Çar onun

üçün bir malikanə tikdirmişdir və qızına cəsədlərin hissəciyini bəxş

edərək müqəddəslərin naminə böyük xatirə yasını keçirdi. Özünə də

çar bir hissəcik götürdü və bundan sonra onu müqəddəs Zaxariyyanın

qanının parçasıyla bir yerdə həmişə özüylə gəzdirirdi. Cəsədlərin

qalan hissəsini möhürləyib onları təmtəraqla bəzənmiş bir otaqda

saxlayırdı və ancaq Divtakanda müqəddəs Pantaleonun naminə

sovməənin tikilməsindən sonra çar müqəddəslərin cəsədlərinə xidmət

etmək üçün keşişlər, rahiblər və xadimlər təyin olundu və çarın özü

ildə iki və ya üç dəfə müqəddəslər üçün yad etmə mərasimini təşkil

edib pəhriz edir, ibadətdə olur və kasıblara sədəqə paylayırdı.

Müqəddəslərin cəsədlərinin hissəciyini alan adamlara çar əmr edir

ki,onlar daim onlar üçün yad etmə mərasimlərini təşkil etsinlər. Can

yandırmayanlara Cəhənnəm əzablarını yada salırdı. İnanalara isə çar

deyirdi ki, Allahın bəxş etdiyi nemətlər əbədidir.

 Öz müqəddəslərini Allah belə tərifləyir.

OTUZ BİRİNCİ FƏSİL

Çar Vaçaqanın bilikli keşiş Matteyə sualı



116

Çar sual verir:” Bədəni tərk edən can duyğusunu itirmir, yoxsa

duyğusuz olur və dirilər ölənlərə necə kömək edə bilər?” Cavab: “

Allaha ibadət etməklə, pəhrizlə, dualarla və onların naminə görülən

başqa xeyirxah işlərlə. Məsələn, Davud Saulun

143


 yaraq- əsləhəsini

geyib səndələməyə və büdrəməyə başladı, amma ağır yaraq -

əsləhəni atan kimi o, yenə də özünü yüngül hiss etdi, əvvəlki

vəziyyətinə qayıtdı.

1

 Canlar da belədir – nə qədər ki, onlar bədən yaraq -



əsləhəsinin içindədirlər, onlar ağırlıq altındadır, amma bu ağırlığı

üzərindən atan kimibəsirətli, dərrakəli və daha da duyğulu olurlar.

Biz, canın bədəndən sonra duyğusuz olmağını təsdiq edənlərin

iddiasını müqəddəs kitabın bu sözlərilə rədd edirik:” Mənim Musa

bəndəm öldü”.

2

 Lakin indi Musa bədəndən azad, əcaib şərəf içində



Allahın qabağında zühur etdi və bunu görən Pyotr Allahdan rica etdi

ki, ona da orada yer eləsin. Əgər peyğəmbərin canı dediyin kimi,

bədənini tərk edib duyğusuz olsaydı, necə ola bilərdi ki, həmən can

duyğusunu əldə edib Allah oğlu belə nəzakətlə deyirdi: “ Mən

ölülərin yox, dirilərin Allahıyam”.

3

Məgər ölü cism duyğusuz deyilmi? Və aydındır ki, duyğusuz



can da ölüdür. Və deyilib ki:” Mən bu şəhəri Öz xatirimə  və Mənim

bəndəm Davudun xatirinə müdafiə edəcəyəm”.

4

 De görüm duyğusuz



1

İncil. Birinci Çarlıq kitabı, XVII, 38-39.

2

İncil.İisus Navinin kitabı, I, 2.



3

İncil. Matfeydən, XXII, 32.

4

İncil. Dördüncü Çarlıq kitabı, XX, 6.




117

cana nə gəlib ki. Şəhəri kimdənsə qorusun? Yalnız peyğəmbərin diri

canına görə Allah lüft edib ona şəhərin mühafizəsini tapşırır ki,

əhalisini düşmənin qılıncından xilas etsin. Allah havarisi Pavel deyir:

“ Bədəndən çıxıb İsanın yanında bərqərar olmaq daha yaxşıdır”.

1

Həmən sözləri Ataya həyat verən Kəlam da deyir:”Ata!Istəyirəm ki,



Sən mənə verdiklərin Mənimlə olduğun yerdə olsunlar və Mənim

şərəfimi görsünlər”

2

İndi de görüm, duyğusuz can Allahla bir yerdə necə ola



bilər?Və yaxud: ölmüş dövlətli adamın canı uzaqdan, Cəhənnəmdən,

iti gözü ilə  İbrahimlə Lazarı necə görüb tanıya bilərdi?

3

 Bunu


həqiqətli ibrətli kəlamla hamıdan yaxşı xilaskarımız izah edir,

bədəndən çıxan can bədəndəkindən daha iti gözlü, daha müdrikdir.

Nəinki müqəddəs və möminlərin canları, hətta günahkarların canları

belə duyub müdrik olurlar. O dövlətli adam kimi: o, öz iti gözü ilə

İbrahimi görüb tanıdı, baxmayaraq ki, aralarında dəhşətli uçurum var

idi. Və Allahın cəhənnəmə gəlib günahkarların xilas edilməsinə

həqiqi inam bizi öyrədir ki, həqiqətəndə daha duyğulu və daha

müdrik o canlardır ki, onlar bədənləri tərk ediblər. O adamlar ki,

müqəddəsləri yad edib, onların canlarına nəzir verir və bu vasitəylə

səxavətli Allahdan mərhəmət diləyirlər – bunlar hamısı həmən

mərhəməti alırlar. Həqiqətən müqəddəslərin canları Allah qabağında

1

İncil. Korinflilərə ikinci risalə, V, 8.



2

İoanndan, XVII, 24.

3

 İncil. Lukadan, XVI, 23.




118

bunlar haqda xahiş edirlər və o, bu canların xahişini dərhal eşidib

günahları bağışlayır.

OTUZ İKİNCİ FƏSİL.

Xoşbəxt yepiskop Avraamın Albaniya çarı

Vaçaqana ölənlər barəsində yazdığı məktub

  Sevimli, məni eşit! Əgər biz ölənlərin canlarını tanıyır və ya

tanımamağımız haqda söhbət ediriksə, onda ölənlərdən daha səfeh

kim ola bilər? ( Lakin qurbanları qəbul edən və xahişləri yerinə

yetirən Allah dirilərin dualarını eşidir, qurbanları qəbul edir və

Allaha ümid bəsləyib ölənlərin canlarının əziyyətlərini

yüngülləşdirir).

1

 Bizi öyrədən Müqəddəs kitabda deyilir ki, havari



Yelisey ölən gəncə fikir verməyib, anasının yalvarmasına qulaq asıb

oğlunu dirildibanasına qaytarır.

2

Allahımız İsanın dul arvada rəhmi



gəldi və O, qadının yeganə övladını dirildir.

3

Havari Pyotr isə dul



arvadların göz yaşları və iniltilərini görərək Tavifanı dirildib, onu dul

arvadlara qaytarır.

4

1

Mötərizədə olan cümlə Patkanovda yoxdur.



2

İncil. Dördüncü Çarliq kitabı, IV,34.

3

İncil. Lukadan, VII, 12-16.



4

İncil. Müqəddəs havarilərin əməlləri, IX, 39-41.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə