Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə29/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

119

Beləliklə, əgər qohumların duaları kimisə ölümdən həyata

qaytara bilirsə, demək Allahın qüvvəti daha da böyükdür!Buna görə

də, əgər biz sağlar rəhm edən Allahdan kiminsə günahlarının

bağışlanmalarını Allahdan gözləyə bilərlər.



120

OTUZ ÜÇÜNCÜ FƏSİL

Aquendə keçirilən məclisdə Albaniya çarı

Vaçaqanın elan edilən qanunları

144

 Albaniya çarı Vaçaqanın hakimiyyəti dövründə  əhali,

yepiskoplar, keşişlər, əyanlar və rəiyyətlər arasında çoxlu

mübahisələr baş verirdi. Buna görə çar qərara gəldi ki, Mareri ayının

on üçündə Aquendə böyük məclis çağırılsın.

145


Mən, Albaniya çarç Vaçaqan və Bərdənin baş yepiskopu

Şulhalişo, Qəbələnin yepiskopu Manase, Haşunun yepiskopu Yunan,

Uti vilayətinin yepiskopları Ananiya və Sahaq, Kalankatuk

kəndinin


146

 keşişi İosif, Bərdənin keşişi Toma, Göqçay keşişi Poqos,

Tsri vilayətinin yepiskopu Şmavon, Darahoc keşişi Matte, Sazbaday

keşişi Abikaz, Ayrmanuşay keşişi Urbat, keşişlər Uovel, Pərmudə

Yaqub və Arsax vilayətinin əyan və qəbilə başçıları, Kalankatuk

qəbiləsinin başçısı Bakur və bir çox başqaları hamılıqla mənim

məclisimə Aquen adlı yaylağıma gəldilər.

Biz belə qərara gəldik:

 1)Kəndə keşişləri ildə iki dəfə yepiskopa hörmət göstərməli,

müqəddəs kitablar üzrə ondan dini nizamlarını öyrənməli və adəti

üzrə ona ildə bir dəfə hədiyyə aparmalıdırlar.

2) Küşişvə ondan aşağı olan vəzifələrə təyin olunan zaman,

yepiskopa keşiş dörd dirhəm, ondan aşağı olan vəzifəyə görə iki



121

dirhəm verməlidirlər.

3) Adlı – sanlı əyan və çar nəslindən olan şəxs ömrü boyu öz

əliylə  öz  canı  üçün  bir  yəhərli  –  qayışlı  at  və  ya  nə  bacarsa

verməlidirlər. Əgər həmən şəxs bunu ömrü boyu verməzsə, o,

öləndən sonra bunu onun ailəsi etməlidir.

4) Xalq tərəfindən keşişə gətirilən torpağın bəhrəsi aşağıdakı

qaydada verilməlidir: varlı adam

147

 dörd cərib



148

  buğda,  altı  cərib

arpa və on altı bardaq şirin çaxır. Kasıb varlı verən taxılın yarısını,

çaxırdan isə bacardığı qədər. Kiminki nə bağı var, nə də əkin yeri –

ondan heç bir şey alınmasın. Kim ki, öz canının Cəhənnəmdən xilas

olunması üçün artıq verər halal xoşu olsun. Havari Pavel dediyi kimi:

“ İnsan nə əkərsə onu biçər”.

1

Kimin təsərrüfatında qoyun varsa – bir



qoyun, üç qoyunun yununu və bir parça pendir verməlidir. Atı olan

bir dayça, iribuynuzlu heyvanı olan isə buzov verməlidir.

5)Heç bir əsilzadə (azad), kəndli və ya başqa bir adam

ölənlərin xatirəsini yad etmək üçün ildə bir dəfə özünə layiq nəzirini

verməyi unutmamalıdır. Onlar öz gəlirlərindən ölənlər üçün pay

ayırmalıdırlar. Əgər rəhmətə gedən şəxsin atları var idisə, onlardan

kilsə payı olaraq istədiyi bir at, əgər iribuynuzlu mal – qarası var

idisə istədiyi bir öküzü verməlidirlər.

 6) Əgər rahiblik edən və ya rahib vəngdən( monastırdan) bir

şey oğurlayar və bu əhvalat açılarsa, həmən adam mühakimə

olunmalı və öz yerindən qovulmalıdır, ona ayrılan torpaq payı isə

1

İncil. Havari Pavelin Qalatalara risaləsi, VI, 7.




122

kilsınin xeyrinə alınmalıdır.

7) Əgər bir vəngdə keşişlərin sayı artıqdır, amma onun

kilsəsinə mənsub olan dindarların sayı azdır və  əksinə, əgər

dindarların sayı çox, keşişlər isə sayca azdır, bu halda dindarları çox

olan kilsədən bir qismini ayırıb sayı az olan kilsəyə verilməlidir.

8)  Əgər  hər  hansı  bir  xaçpərəst  kiminləsə  dava  edib  onun

qanını tökərsə, həmən adamı yepiskopun yanına gətirib onu

qanunlara əsasən cəzalandırmaq lazımdır.

9) Böyük kənddə ibadət aparan keşiş ikinci kənddə xidmət

göstərməlıdir. İki kiçik kənd biri – birinə yaxındırsa,onlar birləşməli

və onlara bir keşiş xidmət göstərməlidir. Qoy keşiş idarə edə biləcəyi

dindarlara xidmət göstərsin.

 10) Heç kəs öz qohumu olan əmi və bibi nəvəsi ilə evlənə

bilməz və qardaşının da arvadını ala bilməz.

11) Kim öz arvadını səbəbsiz boşayıb ikinci arvadla kəbinsiz

yaşayırsa, kim cadugərlərə müraciət edirsə, bunları qatillə qanun

pozanın əl–qollarını bağlayıb çar divanına gətirməli və işgəncələrdən

sonra ölüm cəzasına məhkum olunmalıdır.

 12) Əgər bir evdə ölü üçün yas saxlayıb ağlayırlarsa, evin

sahibinin ağıçılarla birlikdə  əl – qolunu bağlayıb çarın divanına

gətirmək və orada onları cəzalandırmaq lazımdır. Ev adamlar qoy

göz yaşlarını tökməsinlər.

13) Kim ölmüş heyvanın ətini, qırxgünlük pəhriz zamanı  ət

yeyirsə və ya bazar günü işləyib kilsəyə getmirsə, qoy onu keşiş



123

dindarların gözü qabağında cəzalandırsın.

14) Kim qırxgünlük pəhrizin ərəfəsində çərşənbə  və ya cümə

günü ət yeyərsə, bir həftə pəhriz saxlamalıdır. Amma əgər kimsə

keşişin yanına gəlib pəhriz saxladığını təsdiq edərsə onda kəndxuda o

adamdan bir öküz alıb keşişə verməlidir.

15) Əgər dindarlardan kimsə keşişi və ya ondan vəzifəsi aşağı

olanı bir şeydə taqsırlandırarsa və onlar boyunlarına alsalar ki, bu

ittiham ədalətli və düzdür, onda yepiskop onlara  cəza verər və onlar

kilsədə tövbə etməlidirlər. Lakin onlar həqiqəti danarlarsa və

başqalarının bu haqda dedikləri təsdiq olunarsa, onlar qanunlar

əsasında cəzalanıb kənddən qovulmalıdırlar. Əgər onların günahları

təsdiq olunmazsa, onda keşiş gərək nahar ibadətini keçirsin və bu da

onun günahsız olduğunun andı kimi qəbul olunur.

16) Əgər keşiş öz etimada layiq olan peşə yoldaşları şagirdləri

tərəfindən bir cinayətdə taqsırlandırılsa, keşiş səcdəgah və ittiham

edən dindarlar qabağında durmalıdır və kilsədən çıxarılıb kənddən

qovulmalıdır. Əgər müəyyən olunsa ki, keşişin peşə yoldaşları və

şagirdləri bütün bunları paxıllıqdan ediblər və camaat bilirdi ki,

bunlar onunla küsülü idilər, onda keşiş nahar ibadətini keçirsin,

dindarlar isə böhtançıları lənətə yağdırıb qovmalıdırlar. Amma əgər

onlar hər şeyi boyunlarına alıb deyərlər ki, onlar keşişə böhtan

atıblar, bu halda onların üzərinə tövbə etmək qoyulur, lakin vəngdən

qovulmurlar.  Lakin  əgər  bundan  sonra  onlar  başqa  bir  zərər

gətirərlərsə, onda hamısı qanunlara əsasən mühakimə olunmalıdırlar.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə