Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə26/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

107

düzəldib onu həmən yerə sancdı və bizə dedi ki, heç kəs bu xaçı

yerindən tərpətməsin və daha yaxşı olar ki, buraya  böyük bir

xaçsancılsın və hər gecə, hər gün camaat bura gəlib ibadət etsin,

buxur yandırsın, çünki bu yerdə böyük möcüzələr olacaq.

Bizə qonaq başqa bir rahib gəldi. Biz ənmr etdik ki, ona

yemək versinlər. Gənc oğlan ona bir badə  şərab verdi. O nahar

edəndə kənddə səs – küy qalxdı və biz hamımız onu tərk  edib səs –

küy olan yerə getdik. Qonağımız isə ayağa qalxıb badəmizi götürüb

getdi. Sonra badəni satıb pul qazandı və məktəbə daxil olub həmin

pula  oxumağa  başladı.  Bir  dəfə  həmən  oğru  yuxusunda  görür  ki,

həmin xaçın yanında, kürsüdə ağ libas geyinmiş bir yepiskop oturur.

Özü isə lüt – üryan, əli – qolu bağlı həmin yepiskopun qarşısında

uzanıb və yepiskop da əmr edir ki, ona işgəncə versinlər.

Yuxudan oyanıb rahib  camaata öz bədənini göstərdi: hər yeri

döyülməkdən və  əzablı işgəncələrdən göy – qançır olmuşdu. Və

yepiskopun əmrilə həmin rahibə hər gecə işgəncələr verirdilər. Bu

ağır əzablardan xilas olmaq üçün rahib müqəddəs Qüds şəhərinə

ziyarətə gedir və orada gecə - gündüz ibadət edir ki, Allah onu bu

əziyyətdən xilas etsin.

Amma Qüdsdə o, həmin yepiskopu yenə də  yuxusunda

görür. O, həmən yerdə oturub, daha da sərt baxıb əmr etdi ki, rahibi

daha  bərk döyüb incitsinlər. Yepiskop ona dedi:” Bu əzablardan sən

o vaxta qədər xilas olmayacaqsan ki, kəndə qayıdıb badəni

oğurlamağını boynuna alıb tövbə edəsən”.



108

Rahib badənin dəyərində pul götürüb Qüdsdən çıxır və

Amarasa gəlir. Burada kilsəyə gedir və keşiş çağırıb  hər şeyi

boynuna alır. Badənin pul dəyərini qaytarıb, keşişdən çox xahiş edir

ki, onun günahını bağışlasın. Sonra da yuxuda gördüyü xaçın yerini

göstərdi və dedi:” Bax, burada, ağ libas geymiş acıqlı yepiskop

oturmuş idi”. Qəbir olan yeri göstərərək, rahib əlavə etdi:” Bax,

burada yepiskopun əmrilə məni bərk döyürdülər”.Öz

vəziyyətlərindən xilas olan rahib sağ – salamat çıxıb getdi.

Deyilənə görə, qabaqlar kəndin sonsuz qadınları qəbir üstünə

gələrək bir ovuc torpağından götürüb gedirdilər və sonra hamilə olub

doğurdular. Qızdırmaları və ya başqa xəstəlikləri olanlar da bu qəbrin

torpağına əl vurduqdan sonra tamamilə sağalırdılar.

Və bütün bu möcüzləri çara danışandan sonra...



OTUZUNCU FƏSİL

Həmin vilayətə vali təyin olunmuş Albaniya çarı

Arsvagenin qeyri – qanuni oğlu Xoçkorikin röyası. O,

öz yuxusunu çar Vaçaqana danışır

...Bir dəfə Tsri çəhərində yuxusunda şəhid Zaxariyyanı və

müqəddəs Pantaleonu görən Xoçkorik adlı birisi

141


 gündüz yuxuya

getdi və röyasında kilsədə yeddi ağ libaslı kişi gördü. Xoçkorik

onlara müraciət edib soruşdu:” Madam ki, siz, ey bəxtiyar ərlər,

buradasınız,nə üçün müqəddəs Qriqorisin cəsədi olan yeri




109

göstərmisiniz? Bəziləri deyir ki, cəsəd buradadır, bəzisi də deyir

oradadır. Bizim hamımız isə onu axtarıb qəmlər içindəyik ”.Onlar

Xoçkorikdən bir səslə soruşdular:” Sən buralarda əlamətli bir şey

görmüsənmi? ”. O,cavabında” yox ”dedi.Yeddi nəfərdən biri

qabağına çıxıb dedi:” Ardımca gəl! Mən sənə xaçın qoyulduğu yeri

göstərər

Və o mənə haqqında söhbət edilən yeri göstərdi. Bir də

gördüm ki, yer parçalandı və yarğanın dibində işıq saçan qəndil

göründü. Qəndilin ikiyə ayrılmış alovu yuxarı tərəfə qalxdı.

Xoçkorik ona bu əlaməti göstərənə dedi:” Mən gedib sizin mənə

göstərdiyiniz əlamət haqqında çara danışacağam”O dedi:” Get

danış!”

Xoçkorik saraya gəlib gördü ki, çar yatıb və o çarı ayıltmağa



cürət etmədi. Qayıdıb həmən adama dedi:” Çar yatıb və onu yuxudan

ayılda bilmədim”.

Xoçkorik  saraya  gedib  –  gələn  vaxt  yer  parçalanmış  qalıb

qındil yanır və həmən adam yerindən tərpənməmişdi. Həməm adam

Xoçkorikə dedi:” Çar yuxudan duranda ona gördüyünü danış” və

bundan sonra o, yarğanı ayağı ilə örtmək istədi. Lakin Xoçkorik

əlindən  tutub  bunu  etməyə  imkan  vermədi  və  dedi:”  Nə  qədər  çar

bunu görməyib yarğana toxunma!” Lakin həməm adam ona qulaq

asmayıb ayağıyla həməm yerə vurdu və yarğan da yox oldu.

Yuxudan oyanıb Xoçkorik çarın yanına gəlib hamısını ona

danışdı.Orada toplaşanların hamısı səhərə qədər yorulmadan bütün



110

nemətləri bəxş edən Allaha ibadət etdilər.

Ertəsi gün səhər ibadətdən qabaq onlar bir yerdə möcüzəli

xaçın yanına gəlib burada çarın çadırını qurdular, ətrafına da pərdələr

saldılar. Yepiskoplar öz şagirdlərilə bu pərdəklərin arxasında

toplaşdılar. Böyük keşişlər əllərində də xaçlar, kiçik keşişlər

Zəburlarla durur, qalan kilsə xadimləri isə buxur yandırırdı. Hər

tərəfdə Zəburdan surələr oxunur və hamı tərifə gəlməyən Üç

Uqnuma ibadət edirdi. Səxavətli çar üst geyimini çıxarıb, əlinə bel

götürüb səylə yeri qazır, xeyirxah və mömin xanımı isə çuxura

yaxınlaşıb çıxarılan torpağı öz ətəyində kənara aparırdı.Yepiskop,

keşiş, əyanlar və onların arvadları da onlara baxıb torpağı kənara

daşıyırdılar.

Lakin səhvən çar yeri bir qədər kənarda qazıdı, şəhidin cəsədi

isə bu yerdən bir az sağ tərəfdə idi. Bu zaman çar da, bütün orda

olanlarda  qəm – qüssəyə qərq oldular. Bir an çar məyus və dərddən

qaldı, lakin sonradan həqiqi inamla ruhlanaraq dedi:” Canlı Allahın

(İsanın)” kəlamı qüsursuzdur, çünki harada ki, mənim namimə iki və

ya üç toplaşıb, mən onların arasındayam”

1

 və axtarılan dərhal tapılar.



İndi isə buraya bütün insanların ən müqəddəs Allah naminə o qədər

insan toplaşıb ki, mən yəqin bilirəm ki, O, bizə diqqət edir  bizi

xəcalətdə qoymaz”.

Bundan sonra çar əmr etdi ki, qazılmış yerin müqəddəs

Zaxariyyanım ən müqəddəs Pantaleonun və böyük şöhrətli

1

 İncil.Matfeydən, XVIII,20s.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə