141
yepiskopu olan Pyotrun vəsiyyətilə müqəddəs Qriqorun taxtının
bərpa olunmasına qədər idarə etdiyi Sünik kilsəsinin yepiskoplarının
xeyir – duası ilə Albaniya katolikosları tərəfindən təyin olunmalı
idilər
43
. Buna görə yepiskop Vrtanes Sünik yepiskopluğuna
Albaniyanın müqəddəs patriarxı Zəkəriyyə tərəfindən təyin
olunmuşdu və bundan sonra Sünik ildən – ilə müqəddəs mərhəmi
albanlardan alırdı. Belə vəziyyət düşmənçılık aradan qaldırılana
qədər davam etdi və erməni katolikosuğu yenidən birləşdi və taxtına
Abraham oturdu
44
. O ki qaldı kilsənin doqquz rütbəsinə, deməliyik
ki, kilsə əyanları özbaşına və ermənilərin qaba xasiyyətinə uyğun
olaraq Abrahamı katolikos təyin etdilər. Albaniya kilsəsinin başçısı
arxiyepiskop , gürcü kilsəsinin başçısını isə mitropolit.
Belə olduqda gürcü kilsəsinin başçısı Kürion üsyan edib öz
etirazını bildirdi. Lakin Abraham dedi ki, albanlar xristianlığı
gürcülərdən qabaq qəbul ediblər, buna görə də arxiyepiskop rütbəsi
onlara çatır. Bu mübahisənin nəticəsi olaraq gürcülər pravoslavlığı
atıb Xalkedonçuluğa keçdilər
45
.
Yunan sərkərdələri əvvəlcə onları təhrik edirdilər ki, albanlar
üzərində başçılığa nail olsunlar. Lakin albanlar razı olmayıb qədim
zamanlarda Albaniyaya gəlmiş, İsanın şagirdlərindən biri olan və
İsanın qardaşı Yaqub tərəfindən də katolikosluğa təyin edilən məşhur
havari Yeliseyin adını çəkdilər. O, Albaniyada xristianlığı təbliğ edib
və orada, Gişdə bütün Şərqdə olan kilsələrin ulu anası olan kilsüəni
bina edib
46
və o zaman ermənilərdə kilsəyəbənzər heç bir şey yox
142
idi.Albanlar öz dəlillərini irəli sürüb ermənilərdən ayrıldılar ki,
bundan sonra daha heç kəsə tabe olmasınlar
47
Yunanlar təkəbbürlə deyidilər ki, ermənilərin nə yepiskopları,
nə də mitropolitləri var və buna görə də onlar qərara gəldilər ki,
Mardpet yepiskopunu (Teodorusu ) mitropolit təyin edib, ona yalnız
xaçla rütbə verdilər, amma yepiskopların təyinatına heç bir hüquq
vermədilər. Mardpet mitropoliti xahiş etdi ki, ona bir, ya iki yepiskop
ayırsınlar, lakin kilsələrin əyanları buna razı olmadılar. Onlar
qorxurdu ki, təzəliklə birləşən iki katolikosluq yenidən parçalansın.
Sonradan Sünik hakimlərinin Allahın ehkamlarına tabe
olmalarını, Sünik kilsələrinin keşişlərini savadlı və hər cəhətdən
hazırlıqlı olmalarını görərək kilsə başçıları onlara Erməniyyə
mitropolitləri rütbəsiylə birlikdə yepiskopluq əsasını gəzdirmək
hüququnu verdilər və şərt qoydular ki, süniklilər öz rütbələrini
yüksəltməsinlər və öz kilsələrinin başçısını arxiyepiskop elan
etməsinlər. Amma ölkənin sakit qalması üçün onlara köhnə adətlərini
saxlamağa icazə verdilər ki, orada yenidən nizamsızlıq yaratmasınlar.
Buna görə də süniklilər dini mərasimlər vaxtı özlərini arxiyepiskop
adlandırmırlar və ermənilərin məktublarına cavab yazanda da bunu
etmirlər. Əgər arxiyepiskop rütbəsi elan olunmuş olunsaydı, onda bu
rütbəylə də imza edərdilər, ancaq madam ki, belə elan olunmayıb,
onlar da özlərini arxiyepiskop adlandırmırlar.
Mitropolit qarşısında xaçı daşımaq Allah şərəfidir və Onun
adı insana xaç və ibadət vasitəsilə daxil olur.
143
Beləliklə, kilsənin doqquz rütbəsi təsis olundu və Sünik
keşişləri məktublara “Dini atanız”, erməni katolikosları cavab olaraq,
“Sizin qulunuz ” sözlərini yazırdılar. Sonralar katolikos İlyanın
Albaniyada olduğu vaxt kobud hərəkəti nətəcəsində
48
ermənilər
“Sizin qulunuz” sözlərini yazmaqdan imtina etdilər, süniklilər isə
“Dini atanız” sözlərini daha işlətmədilər
49
.
İşlərin əsl həqiqəti belədir”.
SƏKKİZİNCİ FƏSİL
Amaras yepiskopu Mxitarın məktubunda olan bəzi
küfrlü sözlərə ermənilərin cavabı
“Sizə, – öz təkliflərində könüllü güzəştə gedən,
yaraşmayandan vaz keçən və sözgəlişi, öz iradələrinizdə Afina
keşişlərinə bənzər və bərabər olan Albaniyanın olduqca nəcib və
hörmətli kilsə əyanlarına! Sizə, şimalda müasir dövrün yeni tələbə və
tarixçiləri olub, diqqətlə bütün hadisələrin gedişatına fikir verən -
sənə, Amaras yepiskopu Simeona, Müqəddəs kilsənizin başqa
həmfikir yepiskoplarına, azad adamlara və Albaniya xalqının başqa
nümayəndələrinə!
Biz – erməni katolikosu Abraham, Mardpet yepiskopu
Teodoros, Bacrəvan yepiskopu Stepannos, Sünik yepiskopu David,
Xorxorinik yepiskopu Movses, Apahünik yepiskopu Kristafor və
144
başqa yepiskop, keşiş və azad adamlar Allah naminə hərarətli dua və
yalvarışlarla sözə öz səmimi salamlarımızı göndəririk.
Bizə yazdığınız məktubda öz müqəddəs ibadətləriniz və
təxminən nə kimi insanların nə kimi ziddiyyətlər yarada bilmələri
məsələsinə dair öz istəkləriniz haqqında bəhs etdiniz. Həmin
məktubu biz Sünikin Qriqor adlı əyanı vasitəsilə aldıq. O, həmçinin
bizə sizin Allahın həqiqi yolundan öz döndərən bir xadiminizdən
söhbət etdi. Sizin möminliyə can atmağınızdan və bizim müqəddəs
cədlərimizin din və iman yolları ilə getmək arzunuzdan biz, əlbəttə,
xəbərdarıq. Ondan ziddiyyətlə dolu aldığımıza baxmayaraq, biz
səbirli qalaraq bizi və sizi cədlər arasında olan səmimi dostluq
naminə bu məsələlərdə güzəşt yolunu seçmişik.
Siz öz məktubunuzda öz inamınız haqqında qısaca danışdınız,
biz də bunu müzakirə edib Müqəddəs Ruhun nəzəriyyəsiylə
müqayisə edib sizin imanınızın həqiqətdən harada uzaqlaşmasına və
ya ona uyğun gəlməsini görmək istəyirik. Sən səhv hesab etməyin
barəsində mənə öz fikrini izah et və özün də irəlidə durmada
tərəddüd etmə, çünki belə şeylər Allah kilsəsinin adətində deyildir.
Bir neçə zəif ibarələrdən sonra sizin məktubunuzdan bilindi
ki, siz bizi bir adamın sözünə inandığımıza təqsirləndirirsiniz.
Deyirsiniz ki, bu adam dar düşüncəlidir və buna görə də bizim
hərəkətimiz yersiz və mənasızdır və təkidlə qeyd edirsiniz ki, “ biz
dində və imanda heç də sizdən a.ağı deyilik, çünki havarilər və
müəllimlər bizə də sizin kimi Zəburu eynilə öyrədiblər”.
Dostları ilə paylaş: |