Moisey Kalankatuklu Albaniya tarixi


qaldı. Gürcülərin  ermənilərdən ayrılması və katolikos



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə33/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

137

qaldı. Gürcülərin  ermənilərdən ayrılması və katolikos

Abraham albanlar barəsində nə kimi tədbirlər gördü

  Ermənilər xaçpərəstliyə Roma təqviminin qırx üçüncü ilində

dönüblər

21

. Albaniya isə xristianlığı erməlilərdən 270 il qabaq qəbul



edib

22

. Ermənilər xaçpərəst olandan yüz səksən il sonra, erməni



katolikosu Babıgenin vaxtında

23

, ( Dvində), dünyaya təşvişə salan



Xalkedon qurultayı məsələsinə dair yerli qurultay çağırılmışdı

24

.



Dindar yunan imperatorları Zenon və Anastasiusun əmri ilə Yunan,

İtaliya, Erməniyyə, Albaniya və  İberiya birlikdə biabırçı Xalkedon

qurultayını və papaz Leonun risaləsini lənətlədilər

25

. Səksən yeddi il



sonra erməni katolikosu Abrahamın vaxtında

26

 gürcülər lənətə gəlmiş



Kürionun vasitəsilə və onlarla birlikdə Yunan və  İtaliya

ermənilərindən ayrıldılar

27

. Lakin Albaniya pravoslavlıqdan əl



çəkməyib hələlik ermənilərlə bir yerdə qaldı. Buna görə Abraham öz

risaləsində Kürionun dönüklüyünü bütün adamlar arasında pisləyib

onu dini qılıncla hamıdan ayırır

28

. Əvvəlcə  bu haqda o, Albaniyaya



xəbər göndərir  və aşağıdakı məktubu yazır:”Albaniyanın ( katolikos)

taxtı Erməniyyədəkindən qabaq təsis olunub

29

və fikirlərində



bənzəyiş var. Biz albanları köməyilə keşişlərin yunanlara verdiyi,

qiyamətə qədər etibarlı olan höklərinə görə Kürionu lənətləyib rədd

etdik. Biz və albanlar, gürcülər haqqında aşağıdakı qərarları qəbul

etdik: onlarla heç bir təmasda olmamaq – nə ibadətə, nə yeməkdə, nə

içməkdə, nə dostluqda, nə uşaqların tərbiyəsində, nə onların

Mtsxeqdə, nə də Manqlisdə

30

 olan xaçlarına ibadətdə, onları bizim




138

kilsələrə buraxmamaqda, nə də onlarla qohumluqda. Onlarla

yəhudilərlə olduğu kimi yalnız alış – verişdə təmasda olmaq olar.

Əgər bu qadağana baxmayaraq kimsə onlarla təmasa girsə,

qoy o adamın canı və başı lənətlənib ömrü boyu Allaha kilsəsindən

qovulsun. Qoy bu qərarları pozan Zülmətə qərq edilib Cəhənnəmə

vasil olsun!”

YEDDİNCİ FƏSİL

Yunanların ermənilərin kilsəsində doqquz

rütbənin olmaması barəsində ermənilərə etirazları;

Ermənilərin Albaniya  katolikosunu özlərinə

arxiyepiskop kimi tabe etmək təşəbbüsləri

31

 və

albanların buna qəti etirazı. Sünikin ermənilərdən üz

çevirib albanlar tərəfinə keçməsi və onlardan kilsə

rütbəsini  və kilsə yağını almaları

 Markian Yunanlar üzərindəki bütün fəsadlı hakimiyyəti

dövründə

32

 öz yaramaz arvadı, devrilmiş Nestor küfrün havadarı olan



Pulheriya

33

 tərəfindən aldanaraq, Xalkedon qurultayını çağırıb



xristian dininin əsaslarını dağıtdı. Bundan sonra həmin qurultayın

tərəfdarları dəfələrlə ermənilərlə mübahisəyə girib onları tabe etmək

istədilər. Bəzən bu tabeliyi məktublar vasitəsilə, bəzən də üzbəüz

oturaraq birinci dəfə Konstantinopolda, ikinci dəfə isə Feodosiopolda

onlar azmış erməniləri öz tərəflərinə çəkmək istədilər. Hərçənd

imperator əmrilə yığılan yunan din xadimləri əmin idilər ki, öz




139

zəngin dilləri və gözəl danışma qabiliyyəti sayəsində onlar qalib

gələcəklər, lakin onlar da ləyaqətli cavablar alırdılar. Çünki artıq

ermənilər də savadlanmışdılar və onların arasında yunan dilini

bilənlər də var idi.

Ermənilər hər yana xəbər yaydılar ki, Mayraqomlu  İovan

yunanların tərəfdarı olub ermənilərin əleyhinədir

34

. Bu böhtanın



təşəbbüskarı sonralar erməni katolikosu olan Solomon adlı bir rahib

idi


35

. Bu Solomon öz müəllimi Makenos vəngin keşişi Solomondan

bu barədə soruşdu və o da aşağıdakını yazıb öyrədirdi: “ Ermənilər

inam cəhətdən yunanlar tərəfindən məğlub edilməlidirlər, ancaq

onlar yunanlara bu məsələdə məğlubiyyətə uğradılar. Yunanlar

deyirlər:” Allah kilsələri doqquz rütbə ilə yaratdı və bu rütbələrin yer

üzündəki ardıcıllığı mələklərin göydəki ardıcıllığı kimidir

36

. Yerdə



belədir:katolikos, yəni baş keşiş, arxiyepiskop, yəni baş yepiskop,

mitropolit, yepiskop, keşiş, dyakon, dyakon köməkçisi, İncil oxuyan

və Zəbur oxuyan. Bunların hamısı bir yerdə katolikos seçə bilərlər,

katolikos isə bunların hamısını təyin edə bilər.

Buna görə də, əgər siz səmimi – qəlbdən Allaha inanırsınızsa,

onda dediyiniz, sizin patriarxınız kimdir, çünki yer üzündə cəmi dörd

kilsə başçısı patriarx taxtı vardır: İskəndəriyyədə - Markın taxtı,

Antakiyada – Matfeyin, Romada – Lukanın və Efesdə - İoannın

37

. Bu


kainatın dörd tərəfinə, Cənnət çayının dörd axarına, heyvanların dörd

növünə, dörd Zəbur oxuyana və Musanın dörd qanunlarına ( çünki

İkinci qanunçuluq – Musanın beşinci kitabı ayrı sayılır) müvafiq



140

edilmişdir. Biz onların hamısına tabe oluruq və bizimlə bir din olmaq

üçün onlardan birinə və ya hamısına tabe olunuz. Sizin müqəddəs

Qriqoriniz  Qeysəriyyədə arxiyepiskop rütbəsinə  layiq görülmüşdür

və bu qayda ondan sonra olanlar üçün də bu günə qədər saxlanılır.

Əgər siz tamam ayrı bir kilsəyə mənsubsunuzsa, onda indiyə qədər

bizə tabe olan sizin arxiyepiskop bu gün kimə tabedir?

38

  Yox,  əgər



sizin katolikosunuz, nə də kilsənizin bütün rütbələri yoxdursa, onda

aydındır ki, Ariy və başqa barbarlar və başqa dinə mənsub xalqlar

kimi siz də dönük kafirlərsiniz”.

Bütün bunlara cavab tapmayan ermənilər məğlub oldular.

İmperator Yustinian öz hakimiyyəti dövründə müqəddəs İoann Zəbur

oxuyanın qaxımış cəsədini Konstantinopola gətirib

39

 oradaca da



patriarx taxtını bərqərar etdi, baxmayaraq ki özünün əsas taxtı Efesdə

qaldı. Həmin minvalla o, Matfeyin taxtını Antakiyadan Qüdsə, dediyi

kimi “ ulu Çarın şəhərinə”

1

aparır. Lakin onun əsas taxtı Antakiyada



qaldı. O zamandan həddindən artıq fəallaşan iddialılar oldu ki,

harada bir havari vəfat edən kimi bu yeri patriarx məskəni kimi elan

edirdilər. Və onların tərəfindən belə bir qayda qoyulan kimi, biz də

öz patriarx taxtımız barəsində fikirləşdik.

İranlılar və yunanlar Erməniyyəni öz aralarında böldülər

40

.



Baş keşiş Movses Dvində oturmuşdu

41

. Yunanlar isə ona qarşı taxtda



İohan adlı birisini oturtdular

42

. Katolikosluq iki yerə parçalandı.



Buna görə Sünik xalqı hər iki katolikosluğa nifrət edərək ölkələrinin

1

 İncil. Matfeydən, V,35.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə