Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə30/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

124

17) Sonra. Yepiskop və keşişlər çara əsilzadələrdən şikayət

etmişlər  ki,  onlar  hər  kənddə  iki  və  ya  üç  kilsə  və  vəng  tikirlər.

Əsilzadələr öz növbələrində qara fikirlərini söylədilər. Bundan sonra

çar, yepiskop və  əsilzadələr razılığa gəldilər ki, tikilmiş kilsələr

yerində qalmalı,amma onlardan gələn xeyir və gəlirlər baş kilsəyə

verilməlidir.

18) Qoy əsilzadələr kilsəyə verdikləri üşrün yarısını Baş

kilsəyə, yarısını da öz kilsələrinə versinlər.

19) Hər bazar günləri həm ağa, həm də nökər bir yerdə ibadət

üçün Baş kilsəyə gedib orada nahar ibadətini keçirsinlər. Hər bir

qərib rəhmət qərib paylarını kilsəyə verməlıdirlər.

20) Əsilzadələr öz şəxsi mülklərindən yepiskopun xəbəri

olmadan keşişi nə qova, nə də götürə bilərlər. Yepiskoplar da

əsilzadələrin razılığı olmadan keşişləri nə təyin, nə də çıxara bilərlər.

Keşiş, əsilzadə və ya dindarlar tərəfindən ona qarşı təhlükə olarsa

belə, yepiskopun icazəsi olmadan öz yerindən getməməlidir.

21) Əgər əsilzadə öz kilsəsində səcdəgah qurmaq və oraya

qaxımış cəsəd gətirmək  və ya nahar ibadətini keçirmək istəsə,

bunları o, mümkünsə yepiskopun icazəsilə etməlidir. Kim ki, bunları

yepiskopun icazəsilə edir, ona uğurlar olsun. Kim ki, bunu

yepiskopun icazəsi olmadan edir, o, kilsədən uzaqlaşdırılır və

yepiskopa mümkün miqdarda cərimə gətirir. Yalnız qanunlar təyin

edən cəriməni gətirdikdən sonra o, xeyir – dua ala bilər.

Bütün bu şərtləri yepiskop, keşiş və  əsilzadələr çarın



125

hüzurunda müəyyən etdilər.Qoy çar, onun xanımı vəoğlu yepiskop,

keşişlər və bütün kilsənin duaları ilə xoşbəxt olsunlar. Qalan camaat

və bu məclisə toplaşanlar da xoşbəxt olsunlar.

Bu qanunlara çarın vəzirləri Mutak, sərkərdə Mirhərik, qəbilə

başçıları Marut, Tirazd, Asparakos, Şama, Bakur, Ratan, Arğeş,

Girdımanın

149


 sahibi Cəsur Vardan, Xurs, Bermusan, Xosken,

patriarx Pivroq və Albaniyanın bütün əsilzadələri qol çəkdilər və

qanunları Albaniya çarı Vaçaqan öz möhürüylə təsdiq etmişdir.

OTUZ DÖRDÜNCÜ FƏSİL

Şəhidlərin Dizəpaya dağında zühur olması və

onların qaxımış cəsədlərinin Abbasın katolikosluğu

vaxtında

150

əldə edilməsi

 Dizəpaya dağında yerləşən Kataroy vəngindəki sovməə

düşmənlər tərəfindən hələ Abbasın bu Albaniya ölkəsinin

katolikosluğuna

151

seçilməsindən qabaq yandırılmışdır. Çar



Vaçaqanın və Amaras yepiskopu Qarnikin dövründə bu dağda

müqəddəs Moisey, müqəddəs Daniyel və müqəddəs İlya zühur

etmişlər. Bunlar masagetlər çarı Sanesanın övladları idi və müqəddəs

Qriqorinin başqa 3870 gənc kimi şagirdləri idi. Təqib olunanda onlar

qaçıb Dizəpaya dağında gizlənib, özlərinə yurd saldılar. Lakin

qaniçən Sanesan onları yaxaladı və Navasard ayının

152

 doqquzunda



hamısını qılıncdan keçirdi.


126

 Qoy Allahın şəhidlərinin havadarlığı ilə  əbədi olaraq bu

Albaniya ölkəsinə

153


 rəhmi gəlsin.

Albaniya ölkəsi tarixinin Birinci kitabı burada bitir.



İ K İ N C İ  K İ T A B

BİRİNCİ FƏSİL


127

Ölkənin Xəzərlərin talanedici basqınları

nəticəsində dağılması və Albaniya katolikosunun

taxtının Çoladan köçürülüb Böyük Bərdə şəhərində

bərqərar edilməsi

Bu hadisələrdən sonra xəzərlər Albaniya ölkəsini əsarət altına

aldılar.

1

Kilsələr və müqəddəs kitablar yandırıldı. Sonra şahlar şahı



Xosrovun

2

 padşahlığının və erməni təqviminin ikinci ilində



3

 ölkəyə


soxulmuş  İsa Xaçının düşmənlərinin talanların nəticəsində Albaniya

katolikosluğunun taxtı Çola şəhərindən ölkənin paytaxtı olan Bərdə

şəhərinə köçürüldü. Böyük Arran vilayətindən olan Abbas katolikos

seçilmişdi. O, Katolikos taxtında qırx dörd il oturandan və müqəddəs

ömür sürəndən sonra əbədiyyətə qovuşdu.

                   İKİNCİ FƏSİL

                                Behikin röyası

 Abbasın katolikosluğunun birinci ilində mən, ləyaqətsiz

Vehik, yuxumda naməlum, əlində Müqəddəs xaçı olan tərki – dünya

bir zahid gördüm. O, məni öz adımla səslədi. Mən soruşdum: “

Sahibim, sən kimsən?” O dedi:” Mən Pavlosam. İndi yanıma gəl və

bu xaça başını əy, amma ona toxunma”.

Yuxudan ayılanda mən buna əhəmiyyət vermədim. İki ildən

sonra yuxumda müqəddəs Varosu gördüm. O, zahid paltarında idi və

mənə dedi:” Biz, qaxımış cəsədlər, Arsax vilayətinin Mahan elinə



128

mənsub olan Qalsət çölündə basdırılmışıq. Burada birinci şəhid

Stefanın, şəhid Feodosinin, müqəddəslər Varosun, Mamasın, Mar,

Sarqisin,  şəhid Qeorqun, Kozmanın, Damianın cəsədləri və qırx

şəhid

4

 cəsədlərinin bir qismi var”. Yuxuma həmin surətdə kişi girdi



və mənə dedi:” Mən xilaskardan rica etdim ki, cəsədim itib batmasın.

Kim ki, bu müqəddəs xaçın zərrəciyini almaq istərsə, bunu alabilər.

Orada bu xaçın və İsa üstündə əzab çəkmış xaçın da zərrəcikləri var”.

Mən, Vehik, bunlara çox təəccüb etdim, çünki bu yuxunu

yeddi il dalbadal görürdüm. Ona görə  mən ən mərhəmətli Allaha və

müqəddəs şəhidlərə yalvarıram ki, bu röyanın sirrini mənə açsınlar.

Həmən röya təkrar gəldi və məni cəsədləri çıxarmağa təhrik etdi.

Cəsədlər: “ Biz hələ də əziyyət içindəyik”,  -.deyirdilər.

Bundan sonra mən Vehik, durb getdim müqəddəs katolikos

Abbasın hüzuruna və ona şərəfli şəhidlər haqqında danışdım. Bunu

eşidən katolikos ölməz Allahı  şükranə duaları ilə təriflədi və təcili

yanına Tirıdən olan keşiş Danili göndərdi ki, o, əcaib sirlə  şəxsən

özü  tanış  olsun.  Həmən  mömin  Danil,  keşiş  Boh  və  kitab  hərisi

İyezekil ilə birlikdə təcili yola düşdülər və tezliklə Kalsetə, mən

Vehikin yanına gəldilər. Bu şadlığa – bizim köməyimizə çoxlu başqa

adamlar da gəldi, məsələn: Momharekdən rahib Abbas və onun

dindar yerliləri,keşiş Markos öz peşəkarları ilə, Karmalin çölündə

yerləşən müqəddəs İoann adna vəngdən keşiş Tirit və çoxlu

dindarlar. Onlarla birlikdə biz ibadət etdik və ricalarda olduq.

Bundan sonra yeri qazdıq və insan boyunda quyu açan kimi, ordan




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə