Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə24/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

99

çələngini Vatnean çölündə böyük dənizin salinində geymişdir. Sonra

da onun şagirdləri cəsədini götürüb Amarasa apardılar və ulu

Qriqorinin  tikdiyi kilsənin içində dəfn etdilər. Lakin onun dəfn

edilən yeri heç bir işarə ilə qeyd olunmamışdı, çünki şagirdlər

qorxurdular ki, ya quldurlar cəsədi məhv edər, ya da başqaları onu

götürüb ayrı yerdə basdırarlar. Və bu əhvalatdan sonra çoxlu illər

keçdiyi üçün müqəddəs cəsədin harada dəfn olunması hamının

yadından çıxmışdı.

Çar öz saray keşişləri ilə müqəddəs cəsədi axtarıb tapmaq

haqda məsləhətləşdi. Və həmin kəndin keşişini çağırtdırıb sorışdu:”

Kilsəyə yaxın olan qəbirlərdən heç olmasa birinin üstündə işarə və ya

başqa əlamət var, ya yox?” Keşiş dedi:” İndi kilsənin ətrafında çoxlu

qəbir var, lakin Ulu Qriqorinin bina etdiyi kilsə o qədər böyük idi ki,

onu quldurların basqınları nəticəsində heç kəs axıracan tikə bilmədi”.

Onda  çar  dedi:”  Mən  əmr  edirəm  ki,  kilsə  ətrafında  qazıntı

başlansın”, amma bir az fikirləşərək sözünə davam etdi:” Ola bilsin

ki, qəbirlərin çoxluğundan biz indi şəhidin ən müqəddəs qəbrini tapa

bilmədik. Ona görə də biz gərək pəhriz saxlayıb dualarda olaq və ən

mərhəmətli Allaha yalvaraq ki, bizə kömək etsin  və biz də Allahın “

nəyi biz istədiksə istədiksə istəyimizi  Ondan alırıq”

1

 sözlərini



yadımıza salaq.

İYİRMİ SƏKKİZİNCİ FƏSİL

1

 İncil. İoannın biribci risaləsi,V,15.




100

Çar Vaçaqanın bütün yepiskop və keşişlərə onların

duaları və Allaha xahiş etmələri haqda məktubu:bəlkə

bu vasitələrlə ona gizli olan xəzinə ( Qriqorisin cəsədi)

bəxş olundu.

Bu əhvalatdan sonra çar əmr etdi ki, onun ölkəsinin  bütün

vilayətlərinə aşağıdakı məzmunda fərmanlar göndərilsin. “ Bütün

yepiskop, keşiş, rahib, zahidlərə və bütün kilsə qardaşlığına salamlar!

Hamıya məlum olsun ki, siz hamınız vaxt itirmədən müqəddəslərə

ibadətlərə başlamalı, pəhriz saxlamalı və mərhəmətli Allahdan rica

etməlisiniz ki, o, şəhid Qriqorisin cəsədini bəxş etsin. Sizin hamınıza

salamlar!”

Çarın fərmanını alan bütün yepiskoplar, keşişlər, rahiblər  və

kilsə xadimləri ilə birlikdə  İsa xalqını götürərək tələsik çarın

Divtakan adlı kəndində toplaşdılar. Çarın əmri  ilə gecikənləri

cəzalandırdılar.

Üç gün bu kənddə müqəddəslərin xatirəsinə  əzəmətli

ibadətlər keçirdilər.Mərasim vaxtı çar bir qayda olaraq ətrafına bütün

kilsə xadimlərini toplayıb ayaq üstə dururdu. Ən müqəddəs

Qriqorisin və şanlı şəhidlər Ripsime və Qayanenin qaxımış cəsədləri

Arsax vilayətinin Darahıca kəndində idi. Buraya cəsədləri erməni

katolikosu İohandan

139

 alıb gətirən Matte adlı keşiş olub.Cəsədləri



gətirmək üçün çar Darahıca  keşişlərini göndərdi. Qriqorisin və şəhid

Ripsime ilə Qayanenin cəsədləri Divtakanda keçirilən izdihamlı

yığıncağa gəlib çatanda, onları qarşılamaq üçün kəndin ətrafına şar,



101

onun arvadı və bütün məşhur nahararlar çıxdılar. Qarşılamağa bütün

yepiskoplar və onları müşaiyət edən saysız – hesabsız kilsə xadimləri

də çıxmışdı.Bütün bunlar dəstələrə bölünüb və hər dəstənin öz

müqəddəs kilsə bayrağı, çox hörmətli İncillə, çoxlu miqdarda xaçlar

və güəş altında parlayan müxtəlif  timsallarla gedirdi. Hər dəstəni

buxur tüstüsü bürümüş, hər yandan dini mahnılar səsi gəlirdi.

Çar bütün camaatla birlikdə böyük sevinclə müqəddəslərin

qaxımış cəsədlərini aparan keşişə xidmət edirdi. Beləliklə, cəsədləri

müqəddəslərin mənzilinə gətirib şəhid Zaxariyya və Pantaleonun

cəsədləri ilə yanbayan qoydular. Yalnız bu vaxt çar inandı ki, mətin

inamla axtardığı və kilsə camaatından xahiş etdiyini tapacaq. O

dedi:” Yəqin qəti əminəm ki, Ulu Qriqorinin havadarlığı ilə Allah

müqəddəs Qriqorisin cəsədini mənə bəxş edəcək! ”

Bundan sonra çar özüylə bütün müqəddəs kilsə camaatını

aparıb əmr etdi ki, yepiskoplar, keşişlər, rahiblər, bütün kilsə

xadimləri, onların köməkçiləri dəstə - dəstə xaçları və buxurdanları

ilə birlikdə onun arxasınca gəlsinlər. Çarın özünü saray keşişləri və

çoxlu  xadimləri  dövrəyə  almışlar.  Çar  istədi    öz  xanımını  elə  orada

qoyub getsin, çünki yaz  vaxtı idi və arası kəsilməyən yağışlar

yağırdı. Lakin xanımı orada qalmaq istəməyib camaatla birlikdə

müqəddəsin cəsədini tapmaq arzusu ilə  əriylə birlikdə getdi.

Onlar özləriylə  İsa naminə  şəhid olmuş beş müqəddəsin

cəsədlərini götürdülər. Bunlar aşağıdakılae idi: Ulu Qriqori, Şəhid

Zaxariyya, ən müqəddəs Pantaleon  və məşhur qalibələr olan



102

Ripsime və Qayane. Onlar bu müqəddəslərin vasitəçiliyi ilə Allaha

yalvarıb ondan istədiklərini almaq niyyətində idilər.Onlar

müqəddəslərin cəsədlərini müxtəlif çar libaslarına sarıyıb  sonra da

buxurla və müxtəlif ətirli güllərlə birlikdə müqəddəslərin daxildən al

- əlvan gönlə və ağ kətanla üzü çəkilmiş və üzəri qaş – daşla

bəzənmiş qızıl xaçı olan təxti – rəvanına qoydular. Təxti- rəvana

xınalı ağ atlar qoşulmuşdu. Təxti –rəvanın önündə və arxasında

çoxlu saray xadimləri gedirdi. Bunlar əllərində xaç gecə- gündüz

Allaha dua deyirdilər. Çarın özü də təxti – rəvanın yanında olub

başqaları ilə birlikdə Zəbur surələrini oxuyurdu. Yepiskoplar və

başqa kilsə xadimləri dəstələrlə təxti – rəvanın hər güncündə gedir,

Zəbur surələrini oxuyur, Allahı tərifləyir, ondan müqəddəs Qriqorisin

cəsədini onlara bəxş etməyini rica edirdilər. Çar Vaçaqan əmr etdi ki,

yepiskoplar və başqaları axşama qədər bir şey yeməsinlər, axşam isə

kiçik çörək parçası ilə kifayətlənsinlər. Çarın özü də müqəddəslərin

cəsədlərini əldə edənə qədər belə edirdi. Çar sarayı keşişləri

canfəşanlıqla pəhriz saxlayır, Allaha cəsədlərin verilməsi haqda dua

edirdilər.Bəziləri isə cəsədlərin alınmasına qədər dillərinə heç bir şey

vurmadılar. Bütün toplaşanlar gecə - gündüz dua edib, Allahdan

Qriqorisin istəkli cəsədini istəyirdi. Elə bu günlərdə Mömin Vaçaqan

məclis qurub orada şəhid Qriqorisin cəsədini axtarmaq üçün münasib

vaxt seçdilər. Elə həmin günlərdə çar Darahıc kəndinin keşişi

Matteni və bir neçə xadimi Sohara göndərdi ki, orada ibadət edib

zühur olunan müqəddəslər naminə dua oxusunlar. Səhər ibadət



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə