Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə20/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

83

 Bundan sonra Allahın kilsələri şadlıqla doldu, çünki İblisin

şərlə dolu oğulları düşmənləri tərəfindən yaxalanıb, daş – qalaq

edilib öldürülmədilər, onlar qılınclardan keçirilib can verə - verə

öldülər. İblisin  ən murdar adamını və onun yeddi kinli oğullarını isə

qılıncdan keçirib əzablarla bu dünyadan qovdular. Və Tanrı Firuz

şahı tamamilə məhv edındən sonra Onun qüvvə və qüdrəti ilə də şər

qovuldu.


İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Valarşın şahlığı

133

. Albaniya çarlığını Vaçaqan

ondan aldı.

Cani Firuz rəhmsiz ölümlə bu dünyadan köçəndən sonra onun

yerinə hakimiyyətə qardaşı Valarş gəldi. Məhz Vaçaqanın dövründə

Tanrının: “ Kim yaradıb öyrədərsə o, Səmavi çarlıqda ulu

adlanacaq”

1

 sözləri Vaçaqanın simasında təcəssüm edirdi. Çünki bu



mömin çar həqiqətən yaradır və yaxşılıq edirdi. ən əvvəl o, özü

günahlı işlərdən və çərli yoldan əl çəkib çoxlu və müxtəlif səxavətli

əməllərdə olub, bütün Alban çarlığını mürtəd və iblisi

bütpərəstlikdən Tanrıya tövbələrlə tamamladı. Onun ölkəsinin

nahararları ki, öz mənəvi müdrikliklərini məcus dinilə və  bütlərlə

iyrənc ibadətlərilə qəmlədib, bədənlərini isə alçaq pozğunluqla

murdar etmişlər, bunları o, öz qeyrətli nəsihətləriylə  İsanın

həqiqətinə inanmağa məcbur etdi. Onları inandırdı ki, həqiqətən

1

 İncil. Matfeydən, V,19.




84

Tanrı Oğlunun əmriylə Qiyamət günü gələcək və sünməz əbədi

atəşdə ağır cəza yalnız dönükləri, tövbə etməyənləri və kinli

günahkarları gözləyəcək. Əbədi mükafatlar və təsvirəgəlməz

şənliklər isə o adamlara veriləcək ki, onlar idrakolunmaz İlahiyə

etiqad edir və Tanrı buyruğuna görə, etdikləri xoş  əməllərinə görə

yenidən diriləcəklər.

O kəslər ki, xilasedici xaçı suya salandan sonra yollarından

azıb məcus dininə etiqad etdilər, onları tövbəyə məcbur etdi. O kəslər

ki, onları uşaqlıqdan əbədi ölüm yoluyla getməyə məcbur

edilmişdilər.Vaçaqan əmr etdi ki, onların xaçlarını yenidən suya

salsınlar və bu yolla onları Tanrı oğlu, Xilasedici İsanın müqəddəs

bədən və qanına ibadət etməyə layiq görürdü. O, öz çarlığından daha

çox ölkəsinin nahararlarının müqəddəs kilsə xadimləriylə

birləşməsinə sevinir və həyatverici ehkamlarını həmişə yadda

saxlayır və əmin  idi ki, hər kim doğru yoldan azmışdı, imana gətirib

səxavətli  həyata  daxil  edərsə  o,  “öz  canını  ölümdən  xilas  edib

hesabsız günahlarından təmizlənər”.

1

Və hər gün Tanrıya xidmətindən ilham alaraq o,



müqəddəslərin xatirəsi üçün ibadət edirdi. Bundan sonra o,

istehkamları çox olan və hakimiyyəti altında olan Arsaxın əhalisinə

əmr etdi ki, onlar bütlərə ibadətdən, onlara qurban verməkdən və

bütpərəst mərasimdən əl çəksinlər.

Vaçaqan çox səxavətli və sülhsevər insan idi. O,quruculuqla

1

 İncil. Əhdi Cədid. Yaqubun risaləsi, V, 20.




85

məşğul olub, öz ölkəsinin əvvəllər kinli Firuz şahın qəsb etdiyi bütün

diyarlarına fərmanlar göndərdi ki, hakimiyyətinin bərpa olumasından

xəbərdar olsunlar və Firuzun təqib etdiyi ölkə əyanlarının ata – baba

mülklərini qaytardı.

Bundan sonra  öz mülklərini geriyə alan Albaniya nahararları

birləşib çar taxtına İrab şahları nəslindən olan Vaçaqanı məsləhət

gördülər. O, böyük şücaətə malik, müdrik, düşüncəli, hündürboy və

qədd – qamətli bir adam idi. O, Yezdəgirdin oğlu və Alban çarı

Vaçenin qardaşı idi. Onlar Vaşaqanı qəbul edib İran şahı Valarşın

vasitəçiliyi ilə çar taxtına layiq gördülər. Vaçaqan Albaniyaya gələn

kimi Allahı  inkar edən məcusların məzhəbini rəddetmək və  İsaya,

həqiqi Allah kimi, etiqad üçün yollar axtardı. Elə bu vaxt o, hikməti

– ilahiyyə İran şahı Valarşın əqlinə təsir edir və şah əmr edir ki, hər

kəs öz iradəsi ilə öz din və inamına sadiq olsun və heç kəs heç kəsə

məcusların dinini zorla qəbul etdirməsin. Bunu eşidən mömin və

Allahın istəklisi çar Vaçaqan  böyük sevinclə Allah kilsəsinə üz

qoydu və orada arası kəsilməyən dualarla və göz yaşları ilə əbədi və

tərifə  gəlməyən müqəddəs Üç Uqnumu mədh etdi. O, yepiskop,

keşişlərdən  və bütün kilsə xadimlərindən çox xahiş etdi ki, onlar

başqalarının halına acıyıb onunla birlikdə dua etsinlər ki, rəhmdil

Allahı özləri ilə barışdırsınlar.Özü pəhriz saxlayaraq dua etdi və

kasıblara sədəqə verərək özünü müqəddəs Pyotra bənzətdi.

134


 Ondab

ibrət olaraq Mömin çar Vaçaqan pak dinin səxavətilə bütün

günahlarından təmizləndi və həqiqi Allahın dininə etiqad etdi. O,



86

çoxlu başqa ölkələrin

135

 hamının Allahı olan İsaya müraciətində



şəfavericisi və bu ölkələrin İblisin ağır əsarətindən xilasedicisi oldu.

Çünki şəfa vermək sənətində o həkim dah bacarıqlı və daha biliklidir,

kim ki, özü qılıncdan ağır yara alıb sağaldı və kim ki, müxtəlif

dərmanları və otları özü sınaqdan keçirib, o, bu dərmanlar vasitəsilə

o biri yaraları da tezliklə sağalda bilər. Necə ki, günah işlədən adam

özü sonradan səmimi – qəlblə Allah yanına gəlib özcanını tövbə ilə,

yəni həmin xilasedici dərmanla dualar və tövbələrlə müalicə edir –

belə adam başqa günahkarların həkimi, canının və bədəninin

xilaskarı olub, onları bütünlüklə, müqəddəs xristian dininə çevirə

bilər.


Vaçaqan bütxana tikənlərə, cadu edənlərə, murdar sənəmlərə

sitayiş edənlərə və xristian dininin ayinlərinin bütöv və sarsılmaz

saxlamayanlara qarşı ciddi cəza və cərimələr təyin etmişdi. Və əgər

cadugərlər, sehrbazlar və bütpərəst kahinlər dəfələrlə xəbərdarliqlara

baxmayaraq, yenə də öz çirkin əməllərini davam edirdilərsə, çar

Vaçaqan onları ağır işgəncələrlə, çubuqlarla döyməklə və

buxovlandırıb onun hüzuruna gətirməklə ağır cəzalarla

tərbiyələndirirdi. Belə cəzalarla o, sehrbazların, cadugərlərin və

kahınlərin çoxunu şikəst edir və ölkədən qovurdu. Bəzilərini qul

edir,bəzilərini isə xaçpərəstliyə döndərib Allahı tanımaq yoluna

qoyurdu. Ölkənin çox yerində o, yepiskop, keşiş və nəzarətçilər təyin

etdi. Bütün kilsə xadimlərinin nüfuzi Mömin çar Vaçaqanın

dövründə yüksəklərə qalxıb hörmətlərə malik olmuşdur.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə