Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə18/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

75

aciz bilirdim.

Sözlər yalnız dörd ünsürdən ibarət olan dünyanı əks edə bilər

və bu da hər bir adamın işi deyil. Bu yalnız elələrinin işidir ki, onlar

cəsarətlə elmlərin əlçatmayan yerlərinə- hesaba, həndəsəyə,

astronomiyaya və tibbə girişib, sonra isə əvvəldən və axirətdən bəhs

edən peyğəmbərlik, havarilik və yevangellik kitabların ən

sanballılarına gəlib çatır. Mənim özümdə maddiliyi izah edən bütün

biliklərin varlığına baxmayaraq, sənsə bir vaxt təkcə cismə malik

olan insan, indi, qeyri- cismanilərə bənzər oldun. Səni Zöhrəyə

oxşadardım, lakin sən ondan çox parlaqsan. Zöhrə yalnız altı ay

ərzində sübh çağı işıq verir, qalan altı ay ərzində o, yalnız axşamlar

görünür.Sənsə hər gün işıq verib Zöhrədən də parlaqsan. Zöhrə

göydə yalnız sübhçağı görünür, sənsə işığı gündüz də, gecə də

verir,göydə bütün iyirmi dörd saat ərzində görünürsən. Əgər mən

səni Aya bənzətsəm, onda bütün aqillərə gülünc görünərəm. İldə on

iki dəfə o, yetişməmiş, rütübətli, solğun və xəstə doğulub, yarasa

kimi gecələr gəzir, zülməti sevib işığa nifrət edir, öz yolunu başa

çatdırmır,Atəşdən əziyyət çəkir və tez-tez bizdən gizlənir. Sənsə

həddindən artıq vüsətli, hündürboy, şəfəqsaçan, şad xəbər gətirən,

mələyəbənzər, sevindirən, ruhlandıran, nurlu və öz tay-tuş

dostlarından daha gözəlsən. Səni heç bir şeyə bənzətmək

olmaz.Yalnız deyə bilərəm ki,sən Günəşdən də üstünsən.Günəşin

xatirinə dəymək və ya səni tərifləmək istəmirəm, ancaq onun təbiəti

haqqında sənə demək istəyirəm. Günəş yolunu azan, sərgərdan,



76

insafsız kölgəsalan, cənubda yaşayan,insanları qışda üzən, yayda isə

yandıran, yazda yağmurlu, payızda isə quraqlı, gecələr gizlənən,

səhərlər doğulan, gülləri yandıran, göyərtiləri qurudan, gündüzlər

heyvanları kölgəyə qovan və günü iki yarıya böləndir.

Yunanlar onu düzgün olaraq Apollon adlandırıblar.Və  əgər

sən Günəşin tutqun şüalarını yada salsan, bil ki, o, gecələr və

buludlar arxasında gizlənən, tozdan üzü tutulan və qasırğadan

həyəcana gələndir. Sənsə Günəşə bənzər oldun: Müqəddəs Atanın

vasitəsilə qüdrətli, Oğul vasitəsilə qorxmaz və Müqəddəs Ruhun

vasitəsilə nurlandıran oldun. Sən gecələr görünən gündüzlərlə

imanının şüarını saçansan.

Sənə bədii ifadələrlə müraciət edirəm. Sən hər cür cəhətdən

kamilsən. Sən qartaldan daha itigözsən, sənin eşitmən ən qorxaq

heyvanın eşitmə qabiliyyətindən daha da itidir. Sən nəinki səmaları

görmüsən, sən orada Ulunu görüb kiçikləri rədd etdin. Ötərini atıb

əbədiliyi əldə etdin və padşahlıq qızıl tacını rədd etdin və bunun

müqabilində sənin üçün əbədi tac hazırlandı ki, onu sən İsanın

müqəddəs əllərindən alacaqsan. “ hər kəs Mənim adımın xatirinə öz

evlərini və ya qardaşlarını və ya bacılarını və ya atasını və ya anasını

və ya arvadını  və ya uşaqlarını və ya torpaqlarını tərk edərsə,yüz

qatını alıb əbədi həyata varis olacaq”.

1

 Kasıb üçün bunu etmək



asandır,amma sənin kimi çara bənzər insan üçün qeyri-

mümkündür.Əgər kimsə sənin etdiklərini edərsə-bu insanlara

1

 İncil. Matfeydən, XIX,29



.


77

həqiqətəuyğun olmayan kimi görünər,mələkləri təəccübləndirər və

yalnız saysız-hesabsız mələkləri tərk edib fani insan şəklində yer

üzünə gəlmiş Allaha layiq ola bilər.Sənin əməllərin Allaha

layiqdir.O, İsa bütün dünya üçün həyat və nicat olubdur, sənsə bütün

dünyaya həyat və nicat qapısını açmısan.Ataların dini-imanı sənin

vətənində hifz olundu, kilsələr dağılmayıb, əzabla ölmüşlərin,

sovməələri sakitlik içindədir, keşişlər öz işləri ilə məşğuldur,

qurbanlar səcdəgahlarda, peyğəmbərlər qiraətlərində, havarilər təsəlli

verməklərində. oxuyanlar dualarında, qızlar bakirəliyində, rahiblər

pəhrizlərində və hər kəs öz mövqeyinə görə işiylə məşğuld ur.

Sənin səxavətin haqda xəbərlər Şərqdən Kadiksa

129

 və


cənubdan şimala qədər çatıb. Sənin iztirabla çələnglənmiş adın

səmalardakı  Lövh-i Məhfuzda bütün havarilər, əzabla birinci ölənlər,

batriklər və yepiskopların adları ilə yanbayan yazılmışdı.Ehtiyatlı ol,

ey belə əzəmətə layiq olan və sımalar zirvəsinə ucalan qəribə insan!

Öz ümidində möhkəm ol, qoy sənin məhəbbətin tükənməsin. Həqiqi

inamda səbirli ol ki, Ölüm Əjdahası öz quyruğu ilə sənin həyatının

üzərində qələbə şalmışdısa, indi, yaşa dolğun vaxt, əminəm ki, onun

bütün murdar hiylələrini ayaqlarınla əzişdirərsən.

Əgər mən sənə qarşı bütün məhəbbətimi sözlərlə izah edə

bilsəydim, bunun üçün gərək çoxlu perqament sərf edəydim. Çox

vaxt sənə məhəbbətimi göstərmək üçün yanına gəlmək istəyirdim.

İndi isə bizim və bütün müqəddəs kilsə qardaşlarının xahişi ilə səni

Müqəddəs Ruha tapşırırıq. Allah sənə yar olsun! Amin!



78

Givtin həmin çara ikinci   məktubu

Sənə, İsanın əzabını çəkən, onunla birlikdə Xaçda əziyyət

çəkən, məlaikələr tərəfindən şöhrət cübbəsinin geyindirilənə, mənim

pak oğlum Vaçeyə, Albaniya çarına, Givt, Allah simasında sevinclər

arzulayır. Ey, bu dünyanın hökmdarı! Öz biabırçı tənbəlliyimə görə

mən sənin kimi gözə görünməyən döyüşdən qalib çıxana təsəlli verən

sözləri deməyə cürət etmirəm. Axı sən ürək verən sözləri insanlardan

almamısan, sən köməyinə İsanın qorxuducu qüvvəsini çağırıb bütün

dünyanı arxanda qoyub başqalarından yüksək olmusan.

İndi isə, səni səbirli olmağa çağıraraq, Allaha dua edirəm ki,

mənim təbrikim sənə zövqverən və  şirin görünsün. Sənin,ey İsanın

əsgəri, üstünlüyünlə xoşhal olub, başa düşürəm ki, öz cəhalətimə

görə, öz naqis biliyimə görə bütün lazım olanı toplaya bilim və sənin

kimi alicənaba tərif libasını toxuyum. Və  əgər Yunanıstanın bütün

natiq və filosofları bir yerə toplansalar belə, yenə də onlar sənin

ruhani qələbənə lazımi tərifləri ifadə edə bilməzdilər.Çünki sən

Allah- təalanı bütün qəlbinlə, bütün canınla və bütün qüvvələrinlə

sevərə dərk etmisən.

1

 Sən bütün var- dövlətini və  əzəmətini tək bir



Allaha –hamımın Allahına dəyişmisən. Və onunla yekdil olaraq sən

təkcə  ərzlə yox, səmaların bütün əzəmətiylə nəşələndin

Bütpərəstlərin üfunətli qurbanlarını rədd edərək, sən İsa simasında

ətirsaçan oldun və sənin ətrin Qərbədək yayılıb genişləndi və zəfər

1

 Bax:İncil. İkinci qanunçuluq,VI, 5.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə